“Qrup işində öz rolunu təhlil edir”
Özünüzə hansı rolları verdiniz?
Qrup yoldaşlarınız sizə hansı rolları verdilər?
Müxtəlif rolların hansı xüsusiyyətləri var?
Güclü və zəif cəhətlərinizin təhlilinə dair nəticələri təqdim edin və bu nəticələrdən
gələcəkdə necə istifadə edəcəyinizi izah edin.
Müzakirələrdən nə öyrəndiniz, həmçinin tipik rolunuzun mənfi cəhətlərini azaltmaq
üçün nə edə bilərsiniz?
3.4.1. Öz peşəsi ilə bağlı qrup işində problemlərin dair nümunələrini nəzərdən keçirir
Qrup işinin tələb olunan səviyyədə işləməməsinin hansı nəticələri ola bilər?
Müzakirə etdiyimiz kimi, getdikcə daha çoxlu sayda işçi qruplarla fəaliyyət göstərir.
Biz, həmçinin qrup işinə aid müxtəlif rollar barədə də müzakirə apardıq. İndi də
gəlin qrup işindəki problemlərə nəzər salaq. İlk olaraq, qrup işi uğurlu alınmadığı
təqdirdə birgə fəaliyyət zamanı baş verənlər barədə düşünmək lazımdır. Siz öz
təcrübələriniz barədə düşünməklə başlaya bilərsiniz. Siz işlək olmayan qrupda nə
vaxt işləmisiniz? Problem nədən ibarət idi? Kimin üçün və niyə bu, problem xarakteri daşıyırdı?
Dostları ilə paylaş: |