|
“Peşə etikası” modulunun spesifikasiyasıPeşə etikası
“Peşə etikası” modulunun spesifikasiyası
Modulun adı: Peşə etikası
Modulun kodu:
Modul üzrə saatlar: 60
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə peşəkarlığın əsas prinsiplərini bilir və
vaxtdan səmərəli istifadə etməyi, qrup şəklində işləməyi və iş yerində mövcud davranış qaydalarını təhlil etməyi
bacarır.
Təlim nəticəsi 1: Peşəkarlıq prinsiplərini bilir
Qiymətləndirmə meyarları
1. Peşəkarlıq anlayışının nə olduğunu müəyyən edir;
2. Peşəkarlığın əsas kriteriyaları izah edir;
3. Peşəkar davranışın əsas meyarlarını izah edir;
4. Peşəkarlığın kariyera inkişafındakı rolunu dərk edir.
Təlim nəticəsi 2: Vaxtdan səmərəli istifadə etməyi bacarır
Qiymətləndirmə meyarları
1. Vaxt anlayışını və onun əhəmiyyətinin nədən ibarət olduğunu sadalayır;
2. Vaxtın idarə olunmasındakı əsas yanaşmaları təhlil edir;
3. İdarəetmə funksiyaları və vaxtın idarə olunması arasında əlaqəni izah edir;
4. Vaxtdan səmərəli istifadəyə mane olan əsas əngəlləri aradan qaldırma üsullarını sadalayır;
5. Fərdi vaxt planlaşdırma üsullarını nümayiş etdirir.
Dostları ilə paylaş: |
|
|