Baza modulu üzrə Təlim Materialı


İşəgötürənlərin işçidən peşəkarlıq yolunda gözlədiyi kriteriyalar



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə14/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   10   11   12   13   14   15   16   17   ...   84
Peşə etikası

İşəgötürənlərin işçidən peşəkarlıq yolunda gözlədiyi kriteriyalar

Bütün  kriteriyalara  nəzər  saldıqda  eyni  məqsəd  daşıdığının  şahidi  olsaq  da,  müəyyən

gözləntilər  var  ki,  onlar  işəgötürənlər  tərəfindən  hamılıqla  qəbul  edilirlər.  Onlara  qısaca  nəzər 

yetirək: 

 Analitik və geniş çərçivəli düşüncə bacarığına sahib olması, peşəsinə hakim və sahəsində

yetkinlik qazanması;

 Təkcə  alınan  təhsillə  yox,  usta-təcrübəçi  münasibətilə  və  digər  yollarla  alınan  bilik  və

bacarıqlarının olması;

 Peşə etikasına, ən vacibi müvafiq peşə qaydalarına və əxlaqi dəyərlərə sahib olması;

 Bilik  əldə  etmədən  münasibət  bildirməmək,  doğru  və  inanılan  biliyə  sahib  olmanın

əhəmiyyətini bilməsi;

 İşə, həyata, gələcəyə və ətraf-mühitə dair yeni fikir və ideologiyalara sahib olması;

 Təhsildən  aldığı  biliyi  unutmaması, təcrübə  və  tətbiq  edərək  bu  biliyi  inkişaf  etdirməsi,

artırması;

 Ünsiyyət  bacarıqlarının  olması  ən  önəmli  kriteriyalardan  sayılır.  Dinamik,    dəyişim  və

inkişafa açıq, fərqli fikirləri qəbul edən, özünü daim inkişaf etdirə bilən olması;

 Önəmli, önəmsiz  ayırd etmədən hər bir öhdəliyə əhəmiyyət verməsi;

 İş  həyatına  rahat  adaptasiya  olmağı,  müştərilərlə  fəaliyyətdə  məsuliyyətli  davranmağı,

işlədiyi  müəssisə  ilə  doğmalaşması,  özünkiləşdirməsi,  aid  hiss  etməsi  fonunda

bacarıqlarını layiqiylə göstərməsi.




11 

1.2.2. T

ələbələr üçün fəaliyyətlər 

“Peşəkarlığın  əsas  kriteriyaları  hansılardır?”  mövzusunda  auksiyon  təşkil



edin. Hamı növbə ilə mövzu barəsində fikir söyləsin. Hər fikirdən sonra “bir,iki” sayın, 

bu zaman başqa iştirakçı cəld təklif versin. Ən sonuncu fikri söyləyən qalib seçilsin.  

Sinif qruplara ayrılsın. Hər qrup mövzularda öyrəndiyi bir tədqiqatçının adını yazsın.



Digər qrupa ötürsün. Digər qrup kağızda gördüyü tədqiqatçının nəzəriyyəsi haqqında

açıqlayıcı məlumat qeyd etsin. Bu şəkildə kağızlar qruplar arasında dövr etsin. Sonda

yekun  nəticə  qrup  kapitanları  tərəfindən  təqdim  edilsin.  Qanunauyğunluğun

qorunub, qorunmadığı müzakirə edilsin.

“Peşəyönümlü  peşəkarlıq”  ifadəsi  lövhəyə  yazılsın.  Bununla  bağlı  tələbələrin  nə



xatırladıqları  soruşulsun  və  söylənən  həmin  fikirlər    ifadənin  altına  sırayla  yazılsın.

Verilən  fikirlərdən  anlayışla  bağlı  olan  fikirlər  seçilsin,  onlardan  ideya  çıxarılsın.  Bu

ideya əsasında yeni mövzuya başlanılsın.

“Bilik əldə etmədən münasibət bildirməmək, doğru və inanılan biliyə  sahib olmanın



əhəmiyyəti”  mövzusunda  öz  fikrinizi  qeyd  edin.  Bu  mövzunun  nəticələri,  vacibliyi

haqqında təqdimat hazırlayın.



1.2.3. Qiym

ətləndirmə 

Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı: 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin