Baza modulu üzrə Təlim Materialı


Peşəkar kariyerada liderlik



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə22/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   18   19   20   21   22   23   24   25   ...   84
Peşə etikası

Peşəkar kariyerada liderlik

Peşəkar  kariyerada  ən  yüksək  mövqe  kimi  lider  olmağı  misal  göstərmək  olar.  Peşəkarlığın

önəmini, ümumilikdə, kariyera inkişafında əhəmiyyətini  daha yaxşı anlamaq üçün liderlik anlayışına 

nəzər salaq.  

Lider  iş  əxlaqı  prinsiplərini  əsas  alan,  innovativ  və  yeniliyə  açıq  idarəetmə  anlayışısı  təmsil 

edən  qabaqcıl  insandır.  Bu  mövqedə  vəzifə  tutan  insanların  əsas  məqsədi  fərqli  olmaq,  ya  da  hər 

hansı  status  qazanmaq  deyildir.  Əsas  məqsədləri  fərdləri  birgə  hədəflər  istiqamətində  işlətmək  və 

rəqiblərdən önə çıxmaqdır. Əgər lider olmaq istəyirsinizsə ən yaxşı fikirləri tapmalı, həyata keçirməli 

və həyatınız boyunca öyrənməni davam etdirməlisiniz. Liderin əsas xüsusiyyətlərinə nəzər yetirək: 

-  Dəyişim mühəndisidir və yeniliklərə hər zaman açıqdır; 

-  Şəxsi baxış strategiyasına və hədəfə sahibdir; 

-  Müəssisədə  yenilikləri  anlama,  məlumatlandırma  və  təhlil  etmə  qabiliyyətinə 

sahibdir; 

-  Mübariz, çalışqan və həvəslidir; 

-  Müəssisə daxilində inkişafa dəstək və motivasiyaedici mühit yarada biləndir; 

-  Ünsiyyət bacarıqları yüksəkdir; 

-  İntellektualdır, yalnışlarından hər zaman dərs çıxarır; 

-  Söz və davranışları eynilik təşkil edir; 

-  Güclü və zəif cəhətlərini yaxşı tanıyır; 

-  Mövcud  bazardakı  inkişafı,  trendləri,  sosial  ehtiyaclardakı  dəyişiklikləri  analiz  etmə 

qabiliyyətinə sahibdir.  

-  Qrup ruhu fəlsəfəsinə inanır, qazanılan uğuru bütün işçilərə aid olduğunu bilir. 



Sonda

       Peşəkarlıq  anlayışı  haqqında  yazılanlardan  artıq  onun  kriteriyaları,  meyarları,  kariyera 

inkişafında  rolu  haqqında məlumat  sahibi  olduq.  Bu təlim  nəticəsinin  sonunda peşəkarlığı ən  gözəl 

şəkildə ümumiləşdirən kəlamları xatırlayaq: 

“Bir elm öyrənmək istədikdə sən 

Çalış ki, hər şeyi kamil biləsən. 

Kamil bir palançı olsa da insan, 

Yaxşıdır yarımçıq papaqçılıqdan.” 

Nizami Gəncəvi 

1.4.2. T

ələbələr üçün fəaliyyətlər 

Qruplara ayrılaraq hər biriniz peşəkarlığın  bir prinsipini əsas alaraq təhlil



edin.  Edilən  təhlillər  digər  qrup  üzvləri  arasında  müzakirəyə  çıxarılsın.  Müzakirə 

sonunda öz kariyeralarında peşəkar kimi hansı addımları atacağınızı qeyd edin. 

Qruplar  şəklində  öz  sahəsinizdə  peşəkarlıq  qazanmış,  tanınmış  şəxslərin  həyatı



haqqında  tədqiqat  aparın.  İstənilən  birini  seçin  və  onun  uğur  hekayəsini  siniflə

paylaşın.  İşinin  peşəkarı  olmuş  şəxsin  qazancı  və  qazandırdıqları  haqqında  müzakirə

təşkil edin.

Siniflə  birgə  seçilən  ixtisasda  peşəkar  sayılan  bir  şəxsi  qonaq  edin.  (qonaq  olun)



Tələbələrin  hazırladıqları  suallardan  ibarət  təşkil  olunmuş  görüşdən  sonra  müzakirə

təşkil edin. “Nələri öyrəndiniz?”, “hansı nüanslar sizə motivasiya verdi?” kimi suallarla

mövzunu aydınlaşdırın.



16 


17 

1.4.3. Qiym

ətləndirmə 

Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı: 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin