Liderlik anlayışını qısaca açıqlayın.
18
T
əlim nəticəsi 2: Vaxtdan səmərəli istifadə etməyi bacarır
2.1.1.
Vaxt anlayışını və onun əhəmiyyətinin nədən ibarət olduğunu sadalayır
Vaxtdan səmərəli istifadəni bacarmaq bizə nə qazandıracaq?
Vaxtdan səmərəli istifadə etmək hər bir insan üçün vacib bacarıqlardan
biridir. “Vaxtım yoxdur”, “Vaxtla yarışıram”, “İşlərimi çatdıra bilmirəm” kimi
ifadələri hamımız həm eşidirik, həm də istifadə edirik. Bunun səbəbi həqiqətən
vaxtın yoxluğudurmu? Aparılan tədqiqatlar, bunun vaxtla əlaqəsi olmadığını,
insanların vaxtdan səmərəli istifadə etməməsi nəticəsində baş verdiyini açıqlayır. Bu təlim nəticəsi
vasitəsilə, siz vaxtdan səmərəli istifadə etmək üçün lazımlı məlumatlarla tanış olacaqsınız. Xüsusilə, iş
həyatı ilə bağlı mövzular sizə həyatınızda və kariyeranızda ən dəyərli resurs olan vaxtı düzgün
dəyərləndirmənin yollarını açıqlayacaq.
Dostları ilə paylaş: