vaxtla ölçülür. İşlərə vaxtında başlamaq və bitirmək, işə vaxtında gəlmək və getmək, insan və digər
varlıqların inkişafı da hər zaman vaxtla qiymətləndirilir. Vaxtdan səmərəli istifadə edə bilməyən insan
stres altında olur. Vaxtsızlıqdan şikayət edənlərin çoxu vaxtdan düzgün istifadə edə bilməyənlərdir.
19
Vaxt axıb gedən, dayandırılabilməyən resursdursa, tək çarə ondan səmərəli istifadə etmək, yəni vaxtı
planlamaqdır.
Tarix boyu insanların vaxta verdiyi əhəmiyyətdəndir ki, dünyanın bir çox yerində olduğu
şəhərin, bölgənin simvoluna çevrilən saat qüllələri inşa edilmişdir. Bunlardan ən məşhurlarına misal
olaraq, İngiltərədə Big Beni, Rusiyada Spasskaya qülləsini, İsveçrədəki Zitglogge qülləsini və s.göstərə
bilərik.
Şəkil 2.2 Big Ben, İngiltərə
Dostları ilə paylaş: