Nizamlı fəaliyyət yanaşması
Bu yanaşmanın əsasında, vaxtın düzgün idarə edilməməsində əsas səbəb kimi həyatımızdakı
səliqəsizlik, nizamsızlıq durur. Çox vaxt istənilən bir şey anında tapılmır. Mütəmadi olaraq, edilməli
işlər bu nizamsızlıq səbəbindən gecikir. Bu sistem əsasən üç sahədə səliqə-səhman yaratmağı əsas
götürür:
Əşyaları nizamlamaq – açarlardan, kompüter ekranına kimi, sənədləşmə
sistemlərinə, dolablara, ofis də daxil olmaqla hərşeyi səliqəyə salmaq;
Öhdəlikləri nizamlamaq – adi plandan, planlaşdırma qrafiklərinə və layihənin idarə
edilməsinə dair proqramlaşdırmalara kimi, “ediləcək işləri” nizama salmaq və
sıralamaq;
İnsanları nizamlamaq – Həm özününüzün, həm də digərlərinin edəcəyi işləri
əvvəlcədən analiz etmək, baş verənləri izləmək üçün izləmə sistemləri
formalaşdırmaq.
Nizamlılıq yanaşması fərdi intizamdan təşkilati intizama keçid edir. Gündəlik vaxtdan
səmərəli istifadənin əsas məqsədlərindən biri, gözlənilməyən bir vəziyyət baş verdikdə işləri ən
minimal vaxt ərzində qaydasına salmaqdır. Nizamlı yaşamaq yanaşmasının güclü və zəif cəhətləri
vardır. Bunlara nəzər yetirək:
-
Güclü tərəfləri – bizə əlavə vaxt qazandırır. Açar, geyim, ya da itmiş hər hansı sənədi
axtarmaq üçün vaxtımızı sərf etməli olmuruq. Nizama salmaq zehni açır və səliqə-
səhman yaradır.
21
-
Zəif cəhətləri – Burada ən önəmli nöqtə nizamlı olmanın vasitədən məqsədə
çevrilməsidir. Bu, vaxtın çox böyük qisminin fəaliyyətin icrasına yox, planlaşdırmaya
getməsidir. Bir çox insan plan qurmaq məşğuliyyətini işin icrası kimi başa düşür.
Nizama salmaq işinə çox aludə olmaq vaxt keçdikcə vərdişə çevrilərək mexaniki hal
ala bilər.
Dostları ilə paylaş: |