Mübarizəçi yanaşma
Mübarizəçi yanaşmada fərd ona ayrılan vaxtı tam dəyərləndirmə və işini icra etmə missiyası
üzərində özünü cəmləyir. Bu zaman həm özünü qorumaq məqsədilə, həm də tam məhsuldar və
müstəqil formada işləmək üçün vaxtını heçkimlə bölüşmür. Mübarizəçi yanaşmada fərd aşağıdakı
addımları atır:
Özünü təcrid edir – başqa birini vasitəçi edərək, qapılarını hərkəsə bağlayır. Ona
mənasız gələn bütün münasibət və ünsiyyətdən qaçır;
Təkliyi seçir – narahat edilməmək üçün tək qala biləcəyi yerə gedir;
Səlahiyyətini başqasına verir – daha vacib işlərə vaxt qazanmaq üçün başqalarına
öhdəliklər verir.
Mübarizəçi yanaşmanın:
-
Güclü tərəfləri – vaxtın məsuliyyətini fərdin tam şəkildə anlaması bu yanaşmanın əsas
güclü tərəfidir. Məhsuldar və müstəqil işləmək üçün sakit və narahatlıqdan uzaq olmaq
lazım gəlir. Hərkəs, xüsusən də, son dərəcə vacib və yaradıcı bir işlə məşğul olduqda belə
yanaşmaya ehtiyac duya bilər.
-
Zəif tərəfləri – bu yanaşma işinə mane ola biləcək hərkəsi düşmən kimi görür. Belə ki, bu
yanaşmada əsas olan fərdin özünün işlərinin vaxtında və ən yaxşı şəkildə getməsidir. Bu
yanaşmanı mənimsəmiş biri üçün; insanlara yox deməyi bacarmaq, ehtiyac duyduqda
insanları otaqdan çıxarmaq, telefonla söhbət zamanı istədiyi bir vaxtda (danışığı yarı
kəsirsə, belə) söndürmək düzgün addım hesab edilir. Bu yanaşma işi düzgün icra etmək
üçün insanların yoldan çəkilməsini əsas alır. Lakin elə işlər vardır ki, onları icra etmək
üçün qrup şəklində, ya da kimdənsə kömək almaq lazım gəlir. Həm də bu cür yanaşma
insanların özünü təcrid olunmuş hiss etməsinə gətirib çıxarır. Nəticədə, əks təsir
yaradaraq, onların əlavə problemlər çıxarmasına, diqqəti çəkməyə çalışmalarına, vaxt
itkisinə səbəb olacaq davranışlar etmələrinə səbəb ola bilər.
Dostları ilə paylaş: |