Baza modulu üzrə Təlim Materialı


Peşəkar ideologiya – professionalizm



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə18/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   14   15   16   17   18   19   20   21   ...   84
Peşə etikası

Peşəkar ideologiya – professionalizm

       Peşəkar  ideologiyanı  qərəzsizlik,  ədalətlilik,  obyektivlik,  cəmiyyətə  faydalı  olma  prinsiplərinə 

əsaslanan, sosial problemlərə elmi və humanist yanaşan insanların ideologiyası kimi açıqlamaq olar. 

Peşəkar  ideologiyanın  mənbəyində  mütəxəssis  olma,  məsuliyyətlilik,  müstəqillik,  bağlılıq  və 

yardımsevərlik kimi xüsusiyyətlər vardır.  




13 



Peşəkar etik kodekslər

       Bütün  ictimai fəaliyyət  formaları özünəxas əxlaq sistemi  qurmağa  ehtiyac  duyur.  Peşəkar etik 

kodeks  peşə  sahiblərinin  davranışını,  ya  da  fəaliyyətlərini  yönləndirən  mücərrəd  qaydalar 

toplusudur. Bir-birindən fərqli nə qədər peşə varsa, bir o qədər də peşə əxlaqı vardır. Bir alim üçün 

etik  addım  düzgün  bildiyini  ifadə  etməkdirsə,  bir  din  alimi,  ya  da  generalın  peşə  əxlaqının 

qaydalarına  əsasən  düzgün  bildiyini  söyləməsindən  çox,  itaət  etməsi  önəmlidir.  Bir  həkimin 

öləcəyini bildiyi xəstəyə yalan demək məcburiyyətində olmasının əxlaqi prinsiplər baxımından necə 

qiymətləndirilməsindən asılı olmayaraq həkimin peşə etikasına uyğun davranışdır.  

       Peşə daxilində bütün fərdlərin qarşılıqlı münasibətlərini tənzimləmək baxımından etik kodekslər 

vacib  əhəmiyyətə  malikdir.  Etik  kodeks  bir  peşənin  yüksək  səviyyədə  məsuliyyət  sahibi  olduğunu 

göstərdiyi üçün cəmiyyətin inamını qazanır. Peşəkar hər yerdə, hər şəraitdə mənfəəti düşünmədən 

və ayrı-seçkilik etmədən xidmət təklif edən şəxsdir.  

      Peşəkar  etik  kodeks,  xüsusilə  1950-ci  illərdən  sonra  baş  verən  elmi  və  texnoloji  dəyişiklərin 

nəticəsində meydana çıxan problemlər qarşısında daha da böyük əhəmiyyət kəsb etmişdir.  Hazırda 

həm  dövlət,  həm özəl müəssisələr  etik  kodekslərini təyin edir,  bununla  da müəssisə  daxilində  bir 

mədəniyyət formalaşdırırlar.  

1.3.2. T

ələbələr üçün fəaliyyətlər 

Lövhədə asılmış kağızın birinci üzündə “Yüksək dərəcədə sistemli bilik”, ikinci üzündə



“hündür  və  uca  sözlərinin  sinonimidir”,  “elm,  savad  mənalarını  verir”,  “müəyyən

nizam  üzrə”  kimi  ifadələr  yazılsın.  Tələbələrdən  kağızın  ikinci  üzündə  verilmiş

ifadələrdən  əsas  mənanı  tapmaları  istənilsin.  Tələbələrə  dəstək  üçün  yeni  ifadələr

əlavə edilsin, sonda çıxan nəticədən mövzunun müzakirəsi başlasın.

Qruplara ayrılın. Hər qrup təhsil aldığı müəssisədə yoldaşlarıyla birgə hansı dəyərləri,



qaydaları, prinsipləri bölüşdüklərini yazsın. Təhsil müəssisəsinin formalaşdırdığı əsas

xüsusiyyətlər, çıxan nəticələr əsasında müzakirə edin.

Qruplar  hər  biri  bir  peşə  seçərək  peşəkar  etik  kodeksi  hazırlasın.  Daha  sonra  Venn



diaqramı  köməkliyi  ilə  peşələrin  etik  kodeksləri  arasında  fərqli  və  oxşar  cəhətlər

müzakirə edin.

Misal üçün: Həkimlik və müəllimlik sənəti üçün oxşar və fərqli etik kodekslər: 

fərqli 


oxşar  

      fərqli 




14 

1.3.3. Qiym

ətləndirmə 

Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı: 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin