Peşəkar təşkilatlanma
Peşəkar təşkilatlanma peşəkar status qazanılması prosesidir. Peşəni – oxşar bilik və bacarığa
sahib olan, birgə ünsiyyət mədəniyyəti formalaşdıran insanların bir araya gəldiyi sosial qrup kimi
adlandıra bilərik. Fərdin sosial xarakter daşıyan peşəyə daxil olması, onun birlik olmanın
təbiətindən irəli gələn güc, mənəvi məmnuniyyət hissi qazanmasına səbəb olur. Peşəkar
təşkilatlanmanın ilk mərhələsi peşə təhsilinin qazanılmasıdır. Təhsil verən müəssisəyə daxil olan
fərd bundan öncəki prosesdən fərqli olan, ona peşə qayda və qanunlarını qazandıran yeni
təşkilatlanmaya qoşulur. Peşəkar təhsilin əsas hədəfi təhsildən əlavə peşəyönümlü təşkilatlanmanı
təmin etməkdir. Peşəkar təşkilatlanma fərdin işləyəcəyi qurumlarda fəaliyyəti ilə davam edir.
Peşəkar təşkilatlanmada digər vacib qurum həmkarlar ittifaqıdır. Həmkarlar ittifaqı peşədaxili
təhsilə yönəlmiş qısamüddətli təhsil seminarları, peşəyönümlü nəşrlər, peşə ilə bağlı simpoziumları
ilə təşkilatlanma funksiyalarını yerinə yetirirlər.
Bir peşəni digər peşədən fərqləndirən bir sıra xüsusiyyətlər vardır. Buna peşə mədəniyyəti
deyə bilərik. Peşələr daxili düşüncə tərzi, dəyərlər, qaydalar, müəyyən edilmiş ünvanlar, emblemlər,
geyim tərzi, fərdi geyim forması, tarixi-mədəni mənaları ifadə edən simvollarla birgə bir mədəniyyət
formalaşdırırlar.
Dostları ilə paylaş: |