Peşəkarlığın tarixi inkişafı
Ümumilikdə peşələrlə bağlı ilk böyük araşdırmalar 1960-ci illərdən başlamışdır. Bu
dövrdə eyni mənfəəti güdən qruplar olaraq adlandırılan peşələr bütün cəmiyyət
səviyyəsində araşdırılmışdır. 1970-ci illərdə peşələr haqqında düşüncələr yenidən yaranmağa
başlamışdır. Belə ki, bu dövrdə daha əvvəl aparılmış araşdırmalar tənqid edilmiş, müxtəlif
peşə sahələrinin tarixi inkişafı və formalaşması adına yeni araşdırmalar aparılmışdır.
Peşələrin sosioloji araşdırılmasında onların xüsusiyyətlərini quruluşdan prosesə
yönəldilməsini vurğulayan Fraydson peşənin özünü, cəmiyyətdə rolunu, peşəkarların sahib
olduqları iqtisadi-siyası gücün də araşdırılmasını təklif etmişdir. 1980-ci illərdən etibarən isə
tədqiqatlar
nəzəri dəyərləndirmələrdən daha çox tətbiqi araşdırmaların nəticələrinə
yönəlmişdir. Ümumi mənada, peşəkarlıq hər iş və fəaliyyətin daima yenilənməsidir.
Struktur-funksional
nəzəriyyənin
banisi
Durkhaym
peşələrin
cəmiyyətin
formalaşmasında əhəmiyyətli rolu olduğunu vurğulamışdır. Sənaye inqilabından sonra
yaranan sosial-iqtisadi problemlərin və əxlaqi çöküntünün qarşısının həmin dövrdə sayları
durmadan artan yüksək səviyyədə təhsil almış peşəkarlar sayəsində alınacağını
vurğulamışdır. Durkhaymın fikrincə, peşələr cəmiyyətdə stabilliyin qorunması üçün dövlət ilə
fərdlər arasında münasibəti tənzimləyən vasitəçi “qurumlardır”. Nəzəriyyənin digər
nümayəndəsi olan Parsons, peşə daxilində olan elm və texnologiyanın cəmiyyətə nüfuz
etməsinin sosial xidmətə səbəb olduğunu vurğulamışdır.
Son olaraq, peşəkarlıq anlayışının müəyyən peşə sahiblərinin sahib olacağı davranış
və düşüncə forması olduğunu yada salaraq, T. Brantenin verdiyi təsnifata nəzər yetirək:
Cədvəl 1.1. Peşələrin təsnifatı *
Sərbəst Peşələr
Azad şəkildə işləyən müəllim, həkim, hüquqçu, mühəndis, mühasib və s.
Kapital əsaslı peşələr
Özəl müəssisədə işləyən müəllim, həkim, hüquqçu, mühəndis, mühasib və
s.
Siyasi peşələr
Seçki yoluyla vəzifə tutanlar, dövlət qulluqçuları və s.
Dövlət rifah peşələri
Sosial xidmət məqsədli (dövlət müəssisəsində) işləyən müəllim, həkim,
mühəndis və s.
Akademik peşələr
Alimlər
T.Brante- Professional Types
8
1.1.2. Tələbələr üçün fəaliyyətlər
“Peşəkarlıq nədir?” Hər qrup öz nümayəndəsini lövhəyə göndərsin və
lövhədə qeyd edilmiş bu mövzu haqqında hər biriniz fikirlərinizi söyləyin. Bütün
fikirlər qeyd edilsin və daha sonra verilən ideyalar, fikirlər haqqında qiymətləndirmə
aparın. Razı olub, olmamanızı, səbəbləriylə birgə açıqlayın. Sonda sizə faydalı olan
ideyaları seçin. Hər nümayəndə qrupu ilə birgə bu ideyalar əsasında təqdimat
hazırlayın.
İki qrupa bölünün. Bir qrup “Peşəkarlıq anlayışının vacibliyi” mövzusunda diskusiya
aparsın. Digər qrup isə izləmə mövqeyində diskusiyanın aparılması qaydalarına
nəzarət edərək, qeydlər aparsın. Növbəti mərhələdə nəzarətçi qrup bu müzakirəni
qiymətləndirsin (Eyni qaydada qruplar yer dəyişdirsin).
“Peşəkarlıq sözünün termin olaraq mənası nədir?”, “Peşə ilə peşəkarlıq arasında nə
kimi əlaqə vardır?”, “Peşəkarlıq haqqında hansı nəzəriyyəni deyə bilərsiniz?” hər
birində bir sualı yazılı olan kağızları cavablandırın, sıra ilə digər qruplara ötürün.
Cavab kağızları lövhəyə asılsın və müzakirə edilsin.
Peşəkar sözünə, anlayışına uyğun gələn şəxsləri (tanınmış və ya ailədən) sadalayın.
Onlara nə üçün peşəkar deyildiyini səbəbləriylə birgə açıqlayın.
1.1.3. Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: |