Peşəkarlığın anlayış olaraq hansı vacib cəhətləri olduğunu qeyd edin.
9
1.2.1. Peşəkarlığın əsas kriteriyalarını izah edir
Peşəkarlığın əsas kriteriyaları
Əlaqəli ədəbiyyatlara nəzər yetirsək, bir peşənin professional olub-olmaması bəzi
kriteriyalar əsasında müzakirə edilir. Peşəkarlıq kriteriyalarına dair ilk geniş
açıqlama Abraham Flekser tərəfindən 2001-ci ildə edilmişdir. Onun fikrincə
peşəkarlığın qiymətləndirilməsində əsas alınan kriteriyalar aşağıdakı kimidir:
Fərdi məsuliyyətin olması;
Biliyin əsaslı şəkildə öyrənilmiş olması;
Nəzəri biliyin daim yenilənməsi;
Nəzəri və praktiki biliyin texnikalarının öyrədiləbilən olması;
Qrup işinin əsaslı şəkildə təşkil edilməsi;
Alturizm (özgəçilik, başqaçılıq) yoluyla fərdlərin bir-birlərinə yardım etməyə və
cəmiyyətin xeyrinə işləməyə istəkli olması.
Pavalko 1971-ci ildə peşəkarlığın kriteriyalarını aşağıdakı kimi ayırd etmişdir:
bilik yükü (teorema) fonunda,
cəmiyyətin əsas sosial dəyərləriylə əlaqəli,
təhsil müddəti və keyfiyyəti ilə,
astronomiya elmi ilə,
peşəyə bağlılıqla,
birlik inancıyla,
cəmiyyətə xidmətlə,
peşə etikası ilə.
Hildegar Peplau isə peşəkarlığın ancaq təcrübə qazanaraq əldə ediləcəyini düşünən
sosioloqlardandır. Bir digər tədqiqatın nəticəsi olaraq Bernard Barber peşəkarlığın davranışa bağlı
dörd əsas keyfiyyətini aşağıdakı kimi göstərmişdir:
1. Normal təhsildən fərqli, müəyyən qayda-qanun çərçivəsində planan təhsil;
2. Fərdi mənfəətdən daha çox cəmiyyətə yönəlmiş xeyir;
3. Peşələrin sosiallaşması prosesində mütəxəssislərin könüllü olaraq peşə təşkilatları ilə əlaqə
qurmaları və bu təşkilatların meydana gətirdiyi etik qaydalar fonunda öz davranışlarını
təhlil etməsi;
4. İşləyənlərin motivasiyasını artırmağa yönəlmiş mükafatlandırmanın olması.
Bundan əlavə, Steven Kerr, Meri An, Fon Qlinov, Cenet Şrişeym, Roberg və başqaları peşəkarlığın
kriteriyalarına dair aşağıdakıları qeyd etmişlər:
Peşəyə bağlı dərnək və peşə təşkilatlarının varlığı;
İş şəraitində müstəqil hərəkət etmə haqqı;
Uzunmüddətli, təsirli və əhatəli təhsil;
Təqdim edilən xidmətin sosial rifah nəzərə alınaraq yerinə yetirilməsi;
Seçilmiş sahədə işləmək üçün lazımi keyfiyyət və yetərliliyə sahib olunması.
Bütün bu kriteriyalara nəzər yetirdikdə, görürük ki, demək olar ki bu sahədə araşdırma aparmış hər
tədqiqatçının, sosioloqun peşəkarlıq haqqında kriteriyaları eynilik təşkil edir.
Dostları ilə paylaş: