Baza modulu üzrə Təlim Materialı


Müəssisə və təşkilatlarda etik davranış modeli



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə69/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   65   66   67   68   69   70   71   72   ...   84
Peşə etikası

Müəssisə və təşkilatlarda etik davranış modeli

Fərdlərin  etik  davranış  qaydalarını  müəyyən  edən  kriteriyalar  olduğu  kimi, 

müəssisə  və  təşkilatların  da  etik  davranış  qaydalarını  müəyyən  edən  kriteriyalar 

vardır.  

Müəssisə və təşkilatlarda qeyri-etik davranışların olması hər zaman müəssisə üçün 

mənfi  nəticələrin  yaranmasına  səbəb  olur.  Tarixdə  qeyri-etik  davranışa  misal 

olaraq 1982-ci ildə Beechnuts şirkətini misal göstərmək olar. Alma şirələrinin təkcə şəkər qamışından 

hazırlanmasının aşkar olunması şirkətin nüfuzdan düşməsinə səbəb olmuşdur.  

Müəssisələr də fərdlər kimi etik inkişafın müxtəlif mərhələlərində ola bilərlər: 

1. Ən  aşağı  mərhələ  qanuni  olmayan  davranışların  ancaq  müəssisə  daxilində  münasibətlərlə

bağlı olduğu mərhələdir. Heçbir qayda-qanun pozulmadığı müddətdə müəssisə istədiyi kimi

davranmaqda müstəqildir.

2. İkinci  mərhələdə  etik  qaydalar  vardır.  Lakin  bu  qaydalar  yalnız  yol  göstəricidir.  Yəni  əməl

edib-etməmək  müəssisənin  işidir.  Hər  hansı  bir  davranış  uyğun  davranış  olmasa  belə,  əgər

qanuna  zidd  deyilsə  güzəştə  gedilir.  Burada  əsas  hədəf  davranışların  qısa  müddətli  fayda

təmin etməsidir.



51 

Fərdin: 

Şəxsiyyəti 

Qaydaları 

Əxlaqi dəyərləri 

Keçmişi 

Cinsiyyəti 

3. Üçüncü  mərhələ  müəssisənin  etik  qaydaların  təyin  olunmasında  birbaşa  iştirak  etdiyi

mərhələdir. Qərarların doğruluğu etikaya uyğunluğu ilə ölçülür. Etik məqsəd və prinsiplərin

qəbul  edilməsi  baş  verir.  Etik  davranışları  həyata  keçirmək  üçün  texnika  və  prinsipləri

bilməyən müəssisə bu mərhələyə çata bilmir.

Müəssisə  cəmiyyətin  daxilində  mövcud  olduğu  üçün  qəbul  etdikləri  qərarlar  ətrafına  təsir  göstərir. 

Hansı  nəticələrin  müəssisənin  varlığına  problem  yaradacağı  və  ya  əksinə  varlığına  müsbət  təsir 

göstərəcəyi əvvəlcədən təyin edilməlidir.  

Müəssisədə etik davranış modeli bir-biri ilə qarşılıqlı əlaqədə olan hissələrdən ibarətdir. Bunu daha 

yaxşı izah etmək üçün aşağıdakı qrafikə nəzər yetirək: 

Rollar 


  

                          

          

                     

  

       


 

Qrafik 4.1. Müəssisələrdə etik davranış modeli 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin