Baza modulu üzrə Təlim Materialı


Müəssisə və təşkilatlarda etik qaydaların davam etdirilməsi



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə79/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   76   77   78   79   80   81   82   83   84
Peşə etikası

Müəssisə və təşkilatlarda etik qaydaların davam etdirilməsi

Müəssisədə  etik  davranış  qaydalarının  davam  etdirilməsində  üç  əsas  strategiya  vardır:

rəhbərliyin təşkilatçılığı, motivasiya və ünsiyyət.

 Müəssisədə qəbul edilən qaydaların tətbiq edilib, davam etdirilməsi təşkilatın vəziyyətindən

asılıdır. Qəbul olunan qaydalar effektli nəticə vermirsə, o zaman etik qaydalar mərkəzləşmiş

qaydada  tətbiq  oluna  bilər.  Yəni  rəhbərlik  müəssisənin  etik  qaydalarını  formalaşmasına  və

əxlaqi  dəyərlərin  aşılanmasındə  birbaşa  iştirak  edir.  Etik  qaydaların  mərkəzləşmiş  və  ya

mərkəzləşməmiş  olmasından  asılı  olmayaraq,  əsas  olan  rəhbərliyin  nüfuzunun  fəaliyyətə

müsbət təsir göstərəcək şəkildə paylanmasıdır.

 Motivasiya  fərdlərin  müəyyən  bir  məqsədi  həyata  keçirmək  üçün  istəkli  davranmalarıdır.

Müəssisədə  motivasiya  rəhbərliyin  qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  işləyənləri

həvəsləndirən  addımlar  atması  ilə  həyata  keçir.  Əmək  haqqı  işçilərin  fəaliyyətində  vacib

motivasiya  hesab  olunsa  da,  tək  amil  deyil.  Hazırki  dövrdə  işləyənlər  keyfiyyətli  iş  mühiti,

fərdi  inkişaf  üçün  fürsətlərin  olması,  müəssisədə  etikayönümlü  siyasətin  olmasına  böyük

əhəmiyyət  verirlər.  Ümumiyyətlə,  motivasiya  fərdin  işə  bağlılığını  artıraraq,  mübahisə,

anlaşmazlıq, işə gecikmə kimi xoşagəlməz davranışların yaranmasının qarşısını alır.

Ünsiyyətin  düzgün  qurulmaması,  müəssisədə  qəbul  olunan  qaydaların  tətbiqində  böyük



problemlər yaradır. Müəssisədə bilik və qaydaların ötürülməsində ünsiyyət vacib faktordur.

Eyni  iş  mühitini  paylaşan  fərdlərin  vacib  məsələlər,  fəaliyyətlər  haqqında  xəbərdar  olması

ünsiyyət  yoluyla  mümkündür.  Müəssisədə  bir  şəxsin  digər  şəxsi  hansısa  səbəbdən

sevməməsi,  ondan  gələn  göstərişlərə  laqeyd  yanaşmasına  səbəb  olur.  Bu  da  qeyri-etik

davranışların yaranmasına təkan verə bilər.



56 

4.4.2.  T

ələbələr üçün fəaliyyətlər 

Yaxınlıqda  yerləşən  bir  market/supermarket  təyin  edin.  Market  işçilərinin  iş



mühitində əməl etməli olduqları davranış qaydalarını menecer və  işçilərdən soruşun.

Market  işçilərini  iş  şəraitində  müşahidə  edərək  qeydlər  aparın.  Əldə  etdiyiniz

məlumatları hesabat şəklində sinfə təqdim edin.

Hərkəs  müxtəlif  peşələrə  aid  olan  etik  kodeksləri  araşdırsın.  Həmin  etik  kodekslər



əsasında,  öz  ixtisasının  xüsusiyyətlərinə  uyğun  hansı  etik  qaydaların  olacağını  qeyd

etsin.


Nümunə: 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin