59
Aşağıdakılardan hansı müəssisənin sosial öhdəliyini açıqlayır?
a) Müəssisənin işçilərinə və şəriklərinə qarşı olan öhdəliklərini əks etdirir.
b) Müəssisənin sosial mühitdəki qruplara və fərdlərə olan münasibətini əks etdirir.
c) Müəssisə rəhbərlərinin etik davranış qaydalarını tənzimləyir.
Hər hansı müəssisənin təhsilə maddi dəstək verməsi davranışı hansı öhdəliyə
aiddir?
a) əxlaqi öhdəlik
b) iqtisadi öhdəlik
c) könüllü öhdəlik
Müəssisə xarici qruplara qarşı öhdəliklər daşıyır dedikdə, xarici qrup olaraq nə
nəzərdə tutulur?
a) rəqib təşkilatlar, ətraf mühit
b) müştərilər, ətraf mühit, dövlət;
c) müştərilər, müəssisədə çalışan işçilərin yaxın qohumları;
Xarici təsirlərdən yayınmaq davranışını tam izah edən bəndi göstərin.
a) Müəssisə məhsulun istehsalında, satışında başqa təsirlərdən uzaq olmalıdır.
Heçbir təzyiq onun qərarlarının obyektivliyini dəyişə bilməz.
b) Müəssisə məhsulun müştərinin nə qədər müddətə istifadə edəcəyini
bildirməlidir.
c)Müəssisə satın alınan məhsulun istifadəsindəki riskləri öncədən müştəriyə
bildirməlidir.
Müəssisə fəaliyyətində ətraf mühitə qarşı münasibətdə etik qaydalara riayət
etməlidir fikrini izah edin.