BCOOC – İşin təsviri
Tibb və Anti-Dopinq üzrə Koordinator
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi Ümumdünya Şahmat Olimpiadası dövründə anti-dopinq və
tibbi fəaliyyətlərə nəzarət etmək üçün Tibb və Anti-Dopinq üzrə Koordinator vəzifəsinə təcrübəli namizəd
axtarır. Namizədin həyata keçirəcəyi vəzifələr və ona olan tələblər aşağıdakılardır:
Vəzifələri:
Bakı Şahmat Olimpiadası zamanı Oyun Zalında, Konqres Mərkəzi, Açılış və Bağlanış Mərasimləri və
Bermuda Party zamanı tibbi komandanı istiqamətləndirmək və nəzarətdə saxlamaq;
FİDE Anti-dopinq koordinatoru ilə sıx ünsiyyətdə olmaq.
Tələblər:
Tibb sahəsində ali təhsil və təcrübə;
Zamanın düzgün bölüşdürülməsi, peşəkar ünsiyyət qurma və işləri doğru bölüşdürmə və
prioritetləşdirə bilmə bacarıqları;
Mükəmməl planlama və təşkilati bacarıqlar;
Microsoft Office proqramında və qrafik proqramlarda səlis işləmə bacarığı;
Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı və danışıq bacarığı. Əlavə dil bilikləri
arzuolunandı.
BCOOC – İşin təsviri
VİP Qonaqlar üzrə Koordinator
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi Ümumdünya Şahmat Olimpiadası dövründə VİP qonaqlarla
əlaqəli bütün tədbirlətin planlanması və həyata keçirilməsi üçün VİP Qonaqlar üzrə Koordinator vəzifəsinə
təcrübəli namizəd axtarır. Namizədin həyata keçirəcəyi vəzifələr və ona olan tələblər aşağıdakılardır:
Vəzifələri:
VİP qonaqları qarşılamaq, yola salmaq;
Beynəlxalq Şahmat Federasiyası, Konqres və Əməliyyat Komitəsi üçün yığıncaqların hazırlanması;
Oyun zalında VİP otaqğı nəzarətdə saxlamaq;
VİP qonaqların sorğusuna əsasən ehtiyaclarını qarşılamaq.
Tələblər:
Ali təhsil;
VİP koordinator vəzifəsində təcrübə və biliklərin olması;
Zamanın düzgün bölüşdürülməsi, peşəkar ünsiyyət qurma və işləri doğru bölüşdürmə və
prioritetləşdirə bilmə bacarıqları;
Mükəmməl planlama və təşkilati bacarıqlar;
Microsoft Office proqramında səlis işləmə bacarığı;
Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı və danışıq bacarığı. Əlavə dil bilikləri
arzuolunandır.
BCOOC – İşin təsviri
Viza Məsələləri üzrə Koordinator
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi Ümumdünya Şahmat Olimpiadası dövründə iştirakçıların və
qonaqların viza almalarını təmin etmək üçün Viza Məsələləri üzrə Koordinator vəzifəsinə təcrübəli namizəd
axtarır. Namizədin həyata keçirəcəyi vəzifələr və ona olan tələblər aşağıdakılardır:
Vəzifələri:
İştirakçıların və qonaqların sorğusuna uyğun olaraq viza prosesinin həyata keçirmək;
Vizaya ehtiyacı olan namizədlərin siyahısını hər zaman yenilənmiş saxlamaq üçün Əməliyyat
Komitəsi üzrə Assistent və Qeydiyyat komandası ilə sıx ünsiyyətdə olmaq;
Azərbaycan Respublikasının Xarici İşlər Naziriliyinə və müxtəlif ölkələrdə yerləşən Azərbaycan
Respublikasının Səfirliklərinə dəvət məktubları yazmaq;
Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi ilə viza məsələlərinin həyata keçirilməsi üçün sıx
ünsiyyətdə olmaq;
Viza prosesinin mərhələləri haqqında Qeydiyyat komandasını məlumatlandırmaq və hazır viza və
dəvət məktublarını Qeydiyyat komandasına yönəltmək.
Tələblər:
Ali təhsil;
Viza məsələləri üzrə mütəxəssis vəzifəsində təcrübə və biliklərin olması;