B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Yataq rejiminin proqnozlaşdırılması



Yüklə 10,22 Mb.
səhifə33/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   29   30   31   32   33   34   35   36   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Yataq rejiminin proqnozlaşdırılması.
Yuxarıda qeyd edildiyi kimi, neft və qaz yataqlarının işlənilmə müvəffəqiyyəti onların təbii rejimlərindən əsaslı surətdə asılıdır. Lay enerjisinin təzahüründən asılı olaraq işlənilmə sistemləri əsaslandırılır və tətbiq olunur. Buna görə də işlənilmə ərəfəsində lay enerjisi haqqında proqnoz məlumatların alınması vacibdir.
Dunya təcrübəsindən məlumdur ki, layların rejimi yatağın yerləşdiyi regionun hidrodinamik mühitindən, qırışıqların tektonik xüsusiyyətindən, onların geoloji qeyri-bircinsliyindən, kollektorların geoloji-fiziki xassələrindən, habelə neftin, suyun və qazın fiziki-kimyəvi xüsusiyyətlərindən asılıdır. Odur ki, işlənilmə ərəfəsində yatağa qazılmış quyulardan yuxarıda qeyd olunan lay xassələri haqqında müvafiq məlumatlar əldə edilməlidir. Onlara istinadən işlənilmə prosesində baş verə biləcək dinamik sistemlər haqqında mülahizələr söyləmək olar.
Yuxarıda qeyd olunanları geoloji quruluşu yaxşı öyrənilmiş Cənubi-Xəzər hövzəsi neft yataqlarının timsalında şərh edilir.
Sadə tektonik quruluşlu, yaxşı ceşidlənmiş kvars qumlarından təşkil olunmuş böyük qalınlığa malik laylarda neftlərin özlülüyünün kiçik olması burada kənar suların aktiv hərəkəti haqqında fikir söyləməyə imkan verir. Layın kəsilişində aralıq qil qatlarının olmaması və ya az olması bu suların tənzimli işlənilməsi üçün əlverişli olacağı haqqında mülahizələr söyləməyi əsaslı sayır. Belə şəraitə misal olaraq mərkəzi Abşeron yataqlarında məhsuldar qatın qırməkialtı və qırməkiüstü qumlu lay dəstələrini göstərmək olar.
Kəsilişi qumlu–gilli qatların növbələşməsindən təşkil olunan yüksək özlülü neftlər ilə səciyyələnən laylarda hidrodinamik şəraitin işlənilmə üçün əlverişli olacağı şübhə doğurur. Belə ki, bu kimi geoloji şəraitdə kənar suların hərəkəti baş vermir və ya onun hərəkəti yüksək keçiriciliyə malik ayrı-ayrı laylar və laycıqlarda qeyd olunur. Nəticədə işlənilmə prosesi neftdə həll olmuş qaz rejiminin təsiri ilə həyata keçirilir. Belə geoloji şəraiti Abşeron yarımadası və Xəzər dəniz akvatoriyasında işlənilən yataqlarda qırməki lay dəstəsi obyektlərini göstərmək olar.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin