B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r
TREND ANALİZİ. Geoloji parametrlərin fəza dəyişmələrinin təsvirlərinin qrafiklər, kəsilişlər, xəritələr, profillər şəklində verilməsi geoloji təcrübədə geniş yayılmış ənənəvi üsullardan sayılır .
Xəritələrdə geoloji əlamətlərin mürəkkəb xarakterli paylanması çox vaxt həmin parametrlərin dəyişmə xarakterinin real təsvirini çətinləşdirir. Bu çətinliyi aradan qaldırmaq üçün trend analizindən istifadə edilir.
Öyrənilən geoloji əlamətin fəza koordinatlarından asılı olaraq dəyişməsini ümumi halda aşağıdakı kimi yazmaq olar: y(x,y) = P(x,y) + ε(x,y) Burada y(x,y) - öyrənilən geoloji parametri xarakterizə edən funksiya; P(x,y) - XOY koordinat sistemində öyrənilən geoloji əlamətin dəyişməsini təqribi olaraq ifadə edən n tərtibli polinomdur; ε(x,y) - isə dəyişənin əlamətin polinomla ifadə edilə bilməyən qalığıdır. Yuxarıdakı düsturun sağ tərəfində duran hədlərin mənaları aşağıdakı kimidir:
P(x,y) funksiyası öyrənilən geoloji əlamətin ümumi regional mənada dəyişməsini xarakterizə edir və h(x,y) funksiyasının qanunauyğun komponenti hesab edilir; ε(x,y) funksiyası öyrənilən geoloji əlamətin yerli lokal faktorlar hesabına dəyişməsini xarakterizə edən qeyri-qanunauyğun stoxastik komponentidir.
Öyrənilən əlamətin regional meylinin aydınlaşdırılması trend analizi adlanır. Bu mənada P(x,y) polinomunun formasının seçilməsi böyük diqqət kəsb edir. Adətən geoloji məsələlərin həllində:
P(x,y) =ax + by + s - birinci tərtib;
P(x,y) = a1x + b1y +a2x2+ b2y2+a3xy+c1- ikinci tərtib;
P(x,y)=a+a1x+a2x +βy+β1y2+β2xy+a3x3+a4x2y+β3y2x+β4y3- üçüncü tərtib
və sair polinomlardan istifadə edilir.
Yuxarıdakı düsturlara daxil olan naməlum əmsallar ən kiçik kvadratlar üsulunun köməyi ilə faktiki məlumatlar əsasında xüsusi proqramla FK (fərdi kompüterlərdə) hesablandıqdan sonra hər variant üçün trend səthinin xəritəsi qurulur. Bundan əlavə ε(x,y) qalıq trend xəritəsi də qeyd etdiyimiz proqram əsasında qurulur. Nəticədə çoxölçülü korrelyasiya əmsalının hesablanmış qiymətinə nəzərən trend xəritələri qurulur ki, bu da hər hansı bir parametrin yataq sahəsində qanunauyğun və təsadüfi (lokal) dəyişmələrini müşahidə etməyə imkan verir.