B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


II.2. Çoxlaylı mədənin geoloji quruluşu



Yüklə 10,22 Mb.
səhifə11/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   7   8   9   10   11   12   13   14   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

II.2. Çoxlaylı mədənin geoloji quruluşu.
Neft və qaz yataqlarının böyük əksəriyyəti çökmə süxurlarla əlaqədardır. Strukturun yerləşdiyi rayonun tektonik xüsusiyyətindən asılı olaraq, burada müəyyən litologiyaya malik çöküntülər toplanır. Sonrakı geoloji dövrlərdə plikativ və dizyunktiv dislokasiyaların təsiri ilə onların litoloji tərkibi dəfələrlə dəyişmələrə məruz qalır. Nəticədə, kəsilişdə bir-birindən fərqlənən süxur kompleksləri yaranır ki, onlar da lay və ya təbəqə adlandırılır.
Təbiətdə xüsusilə geosinklinal vilayətlərdə tam horizontal yatan, sadə formalı laylaşmaya təsadüf edilmir. Onlar çoxlaylı olmaqla olduqca mürəkkəb quruluşlu qalxımlarla səciyyələnirlər. Belə qalxımlarda laylaşmanın hər hansı bir qanunauyğunluğu müşahidə etmək çətindir, tektonik qırılmalar isə strukturun kəsilişindəki layların tamlığını müxtəlif cür pozur. Nəticədə, lay flüidlərinin paylanmasının bənzərsiz formaları yaranır. Buna Cənubi Xəzər hövzəsinin strukturlarını misal göstərmək olar. Burada qeyd olunan xeyli sayda qalxımlarda müxtəlif laylaşma sistemi ilə yanaşı plikativ və dizyunktiv dislokasiyaların ən müxtəlif formaları müşahidə olunur. Hətta qonşu strukturalarda belə, geoloji quruluşların müxtəlifliyi də özünü göstərir. Məsələn, Abşeronun mərkəzində yerləşən Balaxanı-Sabunçu-Ramanı mədəni yalnız yəhərvari kiçik sinklinalla qonşu Suraxanı mədəni ayrıldığı halda onların kəsilişlərində ümumi oxşarlıq fonunda, özlərinə məxsus geoloji quruluşlar da nəzərə çarpır: Balaxanı-Sabunçu-Ramanıda məhsuldar qatın dabanı qırməkialtı lay dəstəsi təşkil edirsə, Suraxanıda onu daha qədim qala lay dəstəsi çöküntüləri əvəz edir. Bu strukturlarda tektonik qırılmaların forma və funksiyalarında da ümumi oxşarlıq qeyd olunmur.
Mürəkkəb quruluşlu strukturlarda flüid paylanılması da hidrostatikanın qanununa tam müvafiq deyil. Məsələn, çoxlaylı yatağın neftlərinin sıxlığı və özlülüyünün dəyişməsində onun yatma dərinliyindən asılı olaraq əslində ümumi bir qanunauyğunluq qeyd olunmur; bu istiqamətdə məhsuldar layların qazla doyma dərəcəsinin dəyişməsində də sistematik bir təzahür müşahidə olunmur və s.
Qeyd edilən qeyri-səlis geoloji mühitdə karbohidrogen yığımlarının aşkar edilməsi onun ehtiyatının hesablanması, sonra isə realizə imkanlarının əsaslandırılması, ilk növbədə həmin geoloji şəraitin özünün öyrənilməsini tələb edir. Yalnız belə tədqiqatlardan sonra strukturlarda neft və qaz hasilatına başlamaq üçün müvafiq işlər aparıla bilər.
Beləliklə, strukturun geoloji öyrənilməsi dedikdə, onun kompleks tədqiqi nəzərdə tutulur. Burada dərinliklər üzrə, sahə və ümumilikdə onun həcmi boyu gedən fasial, tektonik, hidrodinamik göstəricilərinin dəyişmələrinin aşkarı və təhlili nəzərdə tutulur.
Nəzərə alsaq ki, flüidlər yer təkində müəyyən həcmlərdə yerləşir, onda tədqiqatlar X, Y və Z oxları üzrə aparılaraq nəticələri strukturun üçölçülü modellərində əks olunmalıdır.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin