B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r
Üsulun qısa səciyyəsi. Tutaq ki, mədənin kəsilişində işlənilmənin ilk dövrlərində oxşarlıq dərəcəsinə görə məhsuldar laylar birləşdirilərək n sayda istismar obyektlərinə çevrilmişdir. Onları biri-birindən ayıran sərhədlər də müəyyən edilmişdir. Müəyyən dövr keçdikdən sonra işlənilmə obyektləri arasında oxşarlıq dərəcəsinin (və ya onları ayıran sərhədlərin mövcudluğu) yoxlanılması qarşıya çıxır. Belə olduqda yatağın kəsilişindəki çöküntü kompleksini müəyyən ardıcıllıqla eyni tipli laylara bölən sərhədlərin təyin edilməsi məsələsinin həlli tələb olunur. Bu məsələni həll etmək üçün riyazi üsullar kompleksi əsaslandırılmışdır.
Əvvəlcə sadə hala baxaq. Tutaq ki, mədənin kəsilişində yalnız iki istismar obyekti vardır və onlar arasında fərqlənmə dərəcəsi yoxlanılmalıdır. Bu məqsədlə onları səciyyələndirən göstəricilər (məsələn, kollektor süxurların məsaməliyi) biri-biri ilə müqayisə olunmalıdır. Onda hər iki lay üçün həmin göstəricinin orta qiyməti ( ) və dispersiyası (S2) hesablanır və laylar üçün müvafiq olaraq , və S12, S22 qiymətləri əldə edilir. Sonra bu qiymətlər əsasında iki layı bir-birilə müqayisə etmək üçün (normal paylanma şərti ilə) müvafiq olaraq Stüdent və Fişer kriteriyalarından istifadə edilir.
Hər iki kriteriyanın hesablanmış qiymətini onların böhran qiyməti ilə müqayisə edərək, layların süxur məsaməliyinə görə əhəmiyyətli və ya cüzi fərqlənməsi haqqında qəti fikir söyləmək olar.
Neft-qaz mədəninin kəsilişində ikidən artıq istismar obyekti ayrılmışdırsa və onların hər-hansı bir parametrinə görə (məsələn, kollektor süxurların keçiriciliyi) bir-birindən fərqlənmə dərəcəsini müəyyən etmək üçün Bartlet və yaxud Koxran kriteriyaları istifadə edilir. Lakin təcrübədə ayrılmış istismar obyektlərinin müqayisəsi hər hansı bir parametrə görə deyil onların kompleks göstəricilərinin qiymətlərinə istinad edir. Bu halda istismar obyektlərinin sayını n ilə, onların müqayisə ediləcək parametrlərin sayını m ilə işarə etsək n x m ölçülü matris almış oluruq. Onda mədənin kəsilişindəki laylar arasında oxşarlıq dərəcəsini yoxlamaq üçün Rodionov kriteriyası daha effektli olmuşdur (D.A.Rodionov, 1981). Bu kriteriyaya əsasən yatağın kəsilişində yerləşən obyektlərin oxşarlıq dərəcəsinə görə birgə (və ya ayrılıqda) işlənilməsi haqqında birmənalı nəticəyə gəlmək olur.
Belə ki, əgər max (r2) ? 2q,molduqda, obyektlər oxşar olduğuna görə birgə işlənilməli və ya max (r2) > 2q,m olduqda, laylar arasında müxtəliflik mövcuddur və onların birgə istismarı müsbət nəticə verə bilməz.
Yuxarıda qeyd olunan üsulların səciyyəsi kitabın “Əlavələr” bölməsində verilmişdir.
Qoyulan məsələnin həllinə müvafiq olaraq yatağın göstəricilərini məlumatlandırma dərəcələrinə görə iki kateqoriyaya bölünməsi məqsədəuyğun hesab edilmişdir:
I dərəcəli məlumat daşıyıcı amillər – qiymətləri məsələnin həllində bilavasitə iştirak edənlər və
II dərəcəli məlumat daşıyıcı amillər – qiymətləri modelləşdirmədə iştirak etməyən, lakin nəticələrin geoloji-işlənilmə baxımından interpretasiyasını təmin etməyə yardım göstərənlər.
Üsulun realizəsi. Uzun müddət işlənilmədə olan çoxlaylı yataqların kəsilişində ayrılmış istismar obyektlərinin oxşarlıq dərəcəsinin təyin edilməsi məsələsinə baxaq. Bundan ötrü A mədənin kəsilişindəki istismar obyektlərinin məlumatları cədvəl III.1-də verilmişdir.
Göründüyü kimi burada neft-qazlılıq doqquz istismar obyektlərində cəmləşmişdir (A1-A9). Bu obyektlər üzrə hər iki dərəcəli məlumat daşıyıcı göstəricilərin cari dövrdəki orta qiymətləri verilmişdir. Onu da qeyd edək ki, mədənin kəsilişindəki obyektlər uzun müddət işlənilməsinə baxmayaraq böyük qalıq neft ehtiyatları ilə səciyyələnirlər. Obyektlərin oxşarlıq dərəcəsini Pirson kriteriyasının 95% etibarlılıqla həllində onun böhran qiyməti 2g;m =18,3 təşkil edir. Bu qiymət cədvəlin 15 sütunda əks etdirilmişdir.
Müvafiq proqramın birinci dərəcəli məlumat daşıyıcı 10 amilin qiymətləri əsasında kompüter realizəsi aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir.
A mədənİnİn İstİsmar obyektlərİnİn geolojİ-mədən məlumatları Cədvəl III.1.