B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


III.12. Neft yataqlarının lay parametrlərinin işlənilmə prosesində dəyişilməsinin təyini



Yüklə 10,22 Mb.
səhifə62/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   58   59   60   61   62   63   64   65   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

III.12. Neft yataqlarının lay parametrlərinin işlənilmə prosesində dəyişilməsinin təyini.
Yataqların işlənilməsinin geoloji əsaslarını tərtib etmək üçün ayrı-ayrı laylar haqqında geoloji-mədən məlumatlarının qiymətlərini bilmək lazımdır. Təcrübələr göstərir ki, yataqları xarakterizə edən məlumatların əksəriyyəti ilk qazılan quyulardan alınır. Bu dövrdə məhsuldar layları təşkil edən süxurların tərkibi, onların neft və sularının xarakteri, tektonik qırılmaların mahiyyəti və s. öyrənilir. İşlənilmə prosesində yatağı xarakterizə edən parametrlərin əksəriyyəti dəyişməyə məruz qalır. Bu dəyişmələr bəzən çox böyük miqyasda getdiyindən onların ilk qiymətlərinə istinad edib işlənilmənin geoloji əsaslarını tərtib etmək düzgün deyil. Bununla əlaqədar olaraq yataq parametrlərinin işlənilmə prosesində dəyişmə dərəcəsini öyrənmək və onların müasir qiymətlərini əldə etmək mədən geoloqların qarşısında duran əsas vəzifələrdən sayılır.
Süxurların kollektorluq xüsusiyyətləri. Yataqların işlənilməsi zamanı onların ilk hidrodinamik tarazlığı pozulur (lay təzyiqi aşağı düşür, lay flüidlərinin yerdəyişməsi baş verir və s.). Bu halda lay süxurlarına əlavə təzyiq (dağ təzyiqi) artır. Maye çıxarılmasının həcmi artdıqca süxurlara həmin təzyiqlərin təsiri çoxalır. Bundan əlavə, işlənilmə prosesində kontur və laya vurulan suların məsaməli mühitdə hərəkəti duzların çökməsi ilə də nəticələnə bilər. Göstərilən amillər yatağın işlənilmə prosesində süxurların məsaməlik və keçiriciliyini azaldır. Bu hal müxtəlif geoloji şəraitlərdə müxtəlif intensivliklə özünü göstərir. Məsələn, subasqı rejimli layların təzyiqləri az dəyişdiyindən həmin layların süxurlarında kollektorluq qabiliyyətinin pisləşməsi kiçik miqyasda gedir. Qazbasqı və ya neftdə həll olmuş qaz rejimində isə lay təzyiqi kəskin azaldığından lay süxurlarının məsaməlik və keçiriciliyi daha çox azalmağa məruz qalır. Bundan əlavə yaxşı seçilmiş və yuvarlanmış qumdaşıları və qumlarda bu proses zəif və pis seçilmiş süxurlarda isə kəskin müşahidə edilir. Bu da onunla əlaqədardır ki, birinci tip süxurlar təzyiq düşküsünə dözümlü, ikincilər isə əksinə - dağ təzyiqi artdıqca xırda dənəli qumlar iri dənəli qumlar arasındakı boşluqlara itələnir. Nəticədə layın süxurlarının məsaməliyi azalmış olur.
Yuxarıda qeyd edilənləri Balaxanı-Sabunçu-Ramana mədəninin lay rejimləri, litologiyası və kollektor xüsusiyyətləri biri-birindən kəskin fərqlənən qırməki (neftdə həll olmuş qaz rejimi) və qırməkialtı (aktiv qarışıq rejimi) lay dəstələrinin məsaməliyinin dəyişməsi timsalında göstərək.
Hər iki lay dəstələrin horizontları 100 ilə yaxındır ki işlənilmədədir. Onların süxürlarını səciyyələndirən göstəricilərin, o cümlədən məsaməliyin, işlənilmənin ilk və cari dövründə dəyişməsi əyani olaraq təsvir olunur şək.III.25. Göründüyü kimi, qırməki və qırməkialtı lay dəstələrin süxurlarının məsaməliyi işlənilmə prosesində azalır. Onların təbii göstəricilərindən asılı olaraq bu azalma işlənilmə prosesinin ilk və cari dövrlərində müxtəlif miqyasda baş vermişdir: qırməki dəstəsində məsaməlik cəmi 3,6-3,5% azalır (26,4-26,9 ÷ 22,8-23,4 %), qırməkialtı lay dəstəsində isə məsaməlik 4.9-5.5% azalır (26,5-27,7 ÷ 21,6-22,2 %).
Odur ki, məhsuldar layların işlənilməsini rasional başa çatdırmaq üçün tərtib olunan layihələrdə və qalıq ehtiyatların qiymətləndirilməsində məsaməliyin ilkin qiymətlərindən istifadə etmək düzgün deyil (B.Ə.Bağırov,R.S.Bağırova, F.F.Məhərrəmov, 1990).


Şəkil III.25. Balaxanı- Sabunçu-Ramana mədəninin süxurlarının məsaməliyinin işlənilmə dövrlərində dəyişməsi
(a – qırməki lay dəstəsi; b – qırməkialtı lay dəstəsi)

Yataqların geoloji quruluşundan, hidrodinamik şəraitindən və işlənilmənin xarakterindən asılı olmayaraq çökmə süxurların məsaməlik və keçiriciliyinin cari qiymətlərini əldə etmək üçün yatağa qazılan quyulardan süxur nümunələrinin götürülməsi və laboratoriya tədqiqatının aparılması lazımdır.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin