B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə70/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   66   67   68   69   70   71   72   73   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Kollektor süxurların qumluluğu. Bu əlamət modellərin strukturuna daxil olmamışsa da, onun təsiri hər iki tip yataqlar üçün vacib göstəricidir. Onun neftverməyə bilavasitə təsiri kollektor süxurları xarakterizə edən digər parametrlərlə (keçiricilik, məsaməlik və s.) özünü göstərir və müsbət korrelyasiya ilə səciyyələnir.
Süxurlarda sement maddəsinin miqdarı. Hər iki rejimli yataqlara görə alınmış reqressiya tənliklərində bu göstəricinin əhəmiyyətlilik dərəcəsi az olduğu üçün iştirak etmir.
Çöküntülərin bölünməsi. İstismar obyektinin kəsilişində müxtəlif xarakterli layların növbələşməsi burada bərabər maye axımını təmin etməyə imkan vermir. Odur ki, rejimlərindən asılı olmayaraq, layların bölünməsinin artması onların son neftvermə əmsalına mənfi təsir göstərir.
Neftin özlülüyü. Məlum olduğu kimi, neftin özlülüyü artdıqca onların lay şəraitindəki hərəkəti məhdudlaşır. Təsadüfi deyil ki, hər iki modeldə bu parametr mənfi yüklü olmaqla iştirak edir.
Neftin sıxlığı. Bu göstəricinin modellərdə iştirak etməməyi onun neftin özlülüyü ilə müsbət korrelyasiyası ilə izah olunur.
Quyu şəbəkəsinin sıxlığı. Neftdə həll olmuş qaz rejimli yataqların işlənilməsi sıx quyu şəbəkəsi ilə aparıldıqda müsbət nəticələr vermişdir. Qarışıq rejimli yataqlarda isə analoji effekt qeyd olunmur. Bu hal onların aktiv hidrodinamiki xüsusiyyətləri ilə əlaqədardır. Hətta quyular arasındakı məsafənin ən böyük qiymətlərində belə kənar suların aktiv təsiri nəticəsində layda toplanmış neft resursları son nəticədə istismar quyularına doğru sıxışdırıla bilir.
İşlənilmənin ilk mərhələsində neftçıxarma tempi. Mərkəzi Abşeronun neftdə həll olmuş qaz rejimli yataqlarında işlənilmənin ilk dövründə həddən çox miqdarda mayenin hasilatı onların son neftvermə əmsalına müsbət təsir etməmişdir. Belə ki, bu dövrdə əldə edilmiş yüksək hasilat lay enerjisinin (neftdə həll olmuş qazın) xeyli istifadəsi nəticəsində əldə edilmişdir. Qarışıq rejimli yataqlarda isə işlənilmənin ilk dövrlərində hasilatın böyük götürülməsi onun III və IV mərhələlərdə tempini tədricən azaldır və nəticə etibarilə son neftvermə yüksəlmiş olur.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin