B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə67/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   63   64   65   66   67   68   69   70   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

2. Neftdə həll olmuş qaz rejimi. Məlum olduğu kimi həll olmuş qaz rejimində neftin laydan quyu dibinə hərəkəti əsasən neftdən ayrılan qaz qabarcıqlarının genişlənməsi nəticəsində baş verir. Belə rejimlə xarakterizə olunan yataqlarda ətraf suların təsiri özünü göstərmir; lay təzyiqləri kəskin azalmağa məruz qalır. İşlənilmənin ilk dövründə qaz hasilatı nisbətən az, sonradan isə kəskin artır. İşlənilmənin son dövrlərində belə yataqlar qazsızlaşır və lay neftlərinin özlülüyü artır. Təbiidir ki, bu cür lay enerjisi yataqların ehtiyatlarının müvəffəqiyyətlə realizəsini təmin edə bilməz. Odur ki, mütəxəssislər bu cür yataqlarda son neftvermə əmsalının 0,25-0,30 səviyyəsinin mümkünlüyünü qəbul etmişlər.
Qeyd etmək lazımdır ki, obyektlərin işlənilməsinin son mərhələsində, yəni qaz resurslarının tükənməsi nəticəsində qarışıq rejim qravitasiya rejiminə keçir ki, bu da neftvermənin artımına əhəmiyyətli təsir göstərmir.
Neftdə həll olmuş qaz rejimli yataqlar adətən kollektor süxurların yüksək qeyri-bircinsliliyi ilə xarakterizə olunurlar. Ona görə də bu tip yataqlarda tətbiq olunmuş müxtəlif modifikasiyalı suvurma prosesləri müsbət nəticə verməmişdir (hətta müstəsna hallarda yüksək təzyiqlə laylara suyun vurulması belə effektli olmamışdır).
Qeyd etmək vacibdir ki, məhsuldar qatın yataqlarında neftdə həll olmuş qaz rejiminin təzahürü spesifik xüsusiyyətə malikdir. Belə yataqlar sahə üzrə və kəsiliş boyu yüksək qeyri-bircinslidir, yaxşı və zəif keçirici layların növbələşməsi və hətta pazlaşması müşahidə olunur; suvurma prosesi praktiki olaraq heç bir yerdə müsbət nəticə verməmişdir. Bu yataqların əksərində qeyd olunan rejim bir qədər fərqli formada özünü göstərir: neftçıxarmanın II mərhələsi başa çatdıqdan sonra hasilatın tərkibində bir qədər su qeyd olunur ki, bu da genezisinə görə lay sularına aiddir. Sonradan işlənilmənin III və IV mərhələsində laydan çıxarılan suyun miqdarı tədricən artaraq, bəzi hallarda hətta 90-95% çatır. O da məlumdur ki, yataqların işlənilməsi nəticəsində neft-su konturunun hərəkəti baş vermir. Görünür ki, yataq sahəsinin müxtəlif hissələrindən çıxarılan sular konturarxası zonalardan ayrı-ayrı yüksək keçiriciliyə malik laylardan daxil olmuşlar. Qeyd etmək vacibdir ki, bu dinamiki prosesin mexanizmi çox mürəkkəbdir. Yataq kəsilişində layların pazlaşması fonunda suların belə hərəkəti görünür ki, mikroçatlar və qazılmış çoxsaylı quyuların kəmər arxası hissələri ilə əlaqədardır (sement həlqəsinin olmamağı və yaxud birtərəfli sementlənmənin olması səbəbindən). Qeyd etmək lazımdır ki, bu məsələnin kifayət qədər etibarlı həlli quyu kəsilişlərinin və yataq məlumatlarının geoloji-geofiziki üsulların tətbiqi ilə həyata keçirilə bilər. Hal-hazırda bu problem neft-mədən geologiyası elminin az öyrənilmiş sahəsinə aid edilir.
Beləliklə, bütün qeyd olunanları nəzərə alaraq drenaj rejimlərinə görə tədqiqatı aparılan yataqların ehtiyatlarından istifadə müxtəlifliyinin aşkar edilməsi problemi aktual hesab olunur. Odur ki, eyni tipli yataqların ehtiyatlarının realizə dərəcələrinin müxtəlifliyinin səbəblərini öyrənmək məqsədi ilə respublikamızın quru ərazisində istismarda olan neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan 106 və qarışıq rejimlə səciyyələnən 120 obyekt seçilmişdir (B.Ə.Bağırov, 2003). Həmin obyektlərin işlənilməsi haqqında ümumi məlumatlar cədvəl III.3 verilmişdir.

Azərbaycanın qarışıq və neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan istismar obyektlərinin işlənilmə nəticələri haqqında məlumat.


Cədvəl III.3

L a y
r e c i m l ə r i

İstismar
obyektlərin
sayı

İlk ehtiyatlar, mln. t.

İşlənilmənin əvvəlindən toplanmış neft hasilatı,
mln. t.

Neftvermə əmsalları

Qalıq ehtiyatlar,
mln. t.

balans

çıxarıla bilən

cari

son

balans

çıxarıla bilən

Neftdə həll olmuş qaz

106

320

108

81

0,23

0,29

239

27

Qarışıq

120

526

285

262

0,45

0,49

254

23

Hazırkı tədqiqatın ən vacib elementlərindən biri müqayisəli analizin aparılmasıdır ki, bu da müxtəlif təbii şəraitlərə mənsub neft yataqlarının ehtiyatlarının realizəsinin xüsusiyyətlərini aşkar etməyə imkan verir.
Müqayisəli analizin aparılması əməliyyatı neft-qaz mədən geologiyasının bir çox məsələlərinin həllində geniş sınaqdan keçmiş statistik üsullardan Bartlet, Fişer və Stüdent kriteriyalarını cəlb etməklə həyata keçirilmişdir.
Müvafiq statistik kriteriyalar əsasında yataqların ayrılmış eyni tipli qrupları hüdudlarında ehtiyatların realizəsinin müxtəlif xarakterliyini və onların fərqlənmə dərəcəsini aşkar etmək məqsədi ilə hər iki rejimlə səciyyələnən yataqların cari və son neftvermə əmsallarının müqayisəli təhlili aparılmışdır. Çox maraqlıdır ki, yataqların rejimlərinə görə neftvermə əmsallarını bir-biri ilə müqayisə etdikdə kəskin geoloji müxtəlifliyin olduğu aşkar edilmişdir (cədv.III.4). Həqiqətən, bu obyektlər lay enerjisinin təzahür xarakterinə görə kəskin fərqlənirlər.

Qarışıq və neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan istismar obyektlərinin neftvermə əmsallarının müqayisə nəticələri.


Cədvəl III.4

Neft-vermə əmsal-ları

Təbii drenaj rejimləri

Kriteriyalar

Qarışıq

Neftdə həll olmuş qaz

Stüdent

Fişer

Bartlet

Orta qiymət

Dispersiya

Orta qiymət

Dispersiya

thes.

tcədv.

Fhes

Fcədv

Bhes

2cədv


Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin