Fənn və müəllif kataloqu. Qeyd götürmə. Plagiat. Sitatların növləri onlardan
istifadə qaydaları
Hüquqları qanunla qorunan başqa bir müəllifin işindən onun icazəsi olmadan
sui-istifadə müəlliflik hüququnun pozulması sayılır.
Belə işlərə elmi kəşflər,
ixtiralar, hipotezlər, yeni tədqiqat metodları, müəlliflik ideyaları, yaradıcılıq işləri
(foto, musiqi, mətn və s.) aid edilir. Müəlliflik hüquqlarının əsas pozuntusu kimi
elmi işlərin
qeyri-qanuni köçürülməsi, bu və ya digər formada şəxsi məqsədlər
üçün istifadə eidlməsini göstərmək olar. Müəlliflik hüququnun pozulmasında
aşağıdakı hallar baş verə bilər:
Elmi etikanın pozulmasında iştirak edən müəllif
və ya müəllif kollektivi
birlikdə baş verənlərə məsuliyyət daşıyır. Hansı müəllifin müəlliflik hüquqlarının
pozulmasından asılı olmayaraq, məsuliyyət elmi işin
bütün müəllifləri üzərinə
düşür. Hər hansı bir alimin rəhbərliyi altında görülmüş elmi işdə plagiata yol
verilərsə, işlə bağlı pozuntunun yaratdığı kölgə rəhbərin də üzərinə düşür. O, işin
yoxlanılması zamanı digər mənbələrdən götürülmüş biliklərin üzə çıxarılmasına bir
mütəxəssis kimi məsuliyyət daşıyır. Etik problemlər işin nəticələrinin təqdimatı
zamanı da baş verə bilər. Tədqiqatçı təqdim olunan elmi nəticələrin düzgünlüyünə
tam cavabdehdir. Işdə nəticələri sual altına
alan verilənlər müzakirə
olunmamalıdır. Bu həm şəxsi, həm də onun istifadə etdiyi tədqiqatçıların əldə
etdikləri nəticələri əhatə edir. Səhvlərə yol verməmək üçün digər mənbələrdən olan
biliklər
ehtiyatla, analitik olaraq başqa işlərlə müqayisədə qiymətləndirilir. Digər
mənbələrdən olan biliklərin tam və dəqiq istifadə olunması üçün araşdırılan
mövzuya aid kifayət qədər mənbələrin öyrənilməsinə ehtiyac var.
Bu mənbələrin
təhlilində əlverişli olmayan, şəxsi tədqiqat nəticələrini
inkar edən işlərdən yan
keçmək və ya gizlətmək düzgün deyil.