SəRBƏst iŞ Tələbə: Səbinə Miriyeva Müəllim: Dos. Esmiralda Rəhimli Fakültə: Tərcüməçilik


Sitatların növləri onlardan istifadə qaydaları



Yüklə 64,52 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix14.12.2023
ölçüsü64,52 Kb.
#178508
1   2   3   4   5
Miriyeva Səbinə, 123. Fənn və müəllif kataloqu. Qeyd götürmə. Plagiat. Sitatların növləri onlardan istifadə qaydaları (2)

Sitatların növləri onlardan istifadə qaydaları 
Tədqiqatçı apardığı elmi işin əlyazmasını tərtib etdikdə çox vaxt işdə 
göstərilən arqumentləri isbat etmək üçün kənar elmi işlərdən sitatların 
gətirilməsinə ehtiyac yaranır. Bu, humanitar sahələr üçün tipik olsa da ondan 
istifadə qaydaları bütün sahələrə şamil edilir. Kənar mənbələrdən olan elmi 
nəticələrdən istifadə etmək qadağan deyil. Burada əsas diqqət onların işdə necə 
istifadə edilməsi və dəqiq göstərilməsindən ibarətdir. Əks halda işdə plagiatın yer 
alması baş verir ki, bu da yol verilməzdir. 
Nəyi sitat kimi göstərmək olar 
Sitatların mənbələrinin işdə göstərilməsindən əlavə, istifadə olunan biliyin 
mütləq sitat şəklində göstərilməsinə olan ehtiyac da yoxlanmalıdır. Yəni, ümumi 
halda hamıya məlum olanların mütləq sitat kimi göstərilməsi düzgündürmü? – 
sualına cavab verilməlidr. Sitatların işdə göstərilməsi üçün əsas meyarlardan biri 
onun biblioqrafik verilənlərinin və mənbəyinin asanlıqla tapılmasından və beləliklə 
gətirilən sitatın düzgünlüyünün yoxlana bilinməsindən ibarətdir. Yəni yalnız 
ictimaiyyətə əlçatan olan mənbələrdən istifadə edilməsi məqbul sayılır. 


Ən geniş yayılmış sitat mənbələri kitablar, məqalələr, hüquqi normativlər və 
dissertasiyalardır. İnternetdən sitat gətirilməsinə xüsusi tələblər qoyulur. Bu haqda 
aşağıda ətraflı söhbət açılır. 
Sitat gətirməyə qoyulan tələblər 
Sitatların işdə göstərilməsi zamanı aşağıdakı qaydalara əməl olunması tələb 
olunur: 
1. Sitatın mətni dırnaq arasına alınır və ilkin mənbədə verildiyi kimi işdə qeyd 
edilir. Yazma zamanı sitatın mətnindəki köhnə qrammatik qaydaları yenisi ilə əvəz 
etməyə yol verilir. Bu halda dəyişməyə izahat verilməlidir. Sitat gətirilən səhifənin 
alt hissəsində sitatın dəqiq mənbəyi göstərilir. Sitatla əsas mətnin arasından bütöv 
xətt çəkilir. Digər müəlliflər tərəfindən təklif olunmuş anlayışlar yalnız polemikaya 
səbəb olduqda dırnaq arasına alınır, əks halda buna ehtiyac duyulmur.
2. Sitat, müəllifin fikrini təhrif etmədən verilməlidir. Bəzi hallarda verilən 
sitatın həcmini kiçiltmək məqsədilə sözlərin buraxılmasına yol verilir. Bu halda 
arada çoxlu nöqtələr qoyulur. 
Məsələn: 
İlkin mənbə: “Müasir tibbdə əldə olunan uğurlar uyğun müalicə 
vasitələrindən istifadə etməklə istənilən yüksək sağlamlıq səviyyəsini hər kəs üçün 
əlçatan etməyə imkan verir.” 
Şəxsi variant: “... tibbdə əldə olunan uğurlar ... yüksək sağlamlıq səviyyəsini 
əlçatan etməyə imkan verir.” 
3. Dolayısı yolla gətirilən sitatlar (başqa müəlliflərin fikirlərini öz sözləri ilə 
izah etmədə) böyük mətnə qənaət etməyə imkan verir. Belə olan halda da müəlifin 
fikrini təhrif etməyə yol verilmir. Sitatın sonunda “Bax.” qeydi ilə oxucu mənbəyə 
yönəldilir. 
İlkin mənbə: “Reabilitasiya sahəsi xəstəxanalara nisbətən daha çox inkişaf 
etməkdədir.” 
Mənası dyişdirilmiş halda: Reabilitasiya sahəsi xəstəxana sektoruna nisbətən 
daha yüksək dinamikaya malikdir. 


4. Həddən artıq sitatlardan istifadə etmək arzu olunmur, çünki, bu işin elmi 
səviyyəsini aşağı salır.
5. Əgər tədqiqatçı göstərilən sitatda kursivlə bəzi sözləri ayırmaq istəyirsə, o 
bunu məxsusi olaraq göstərməlidir. Yəni sitatda ayrılmış sözdən sonra şəxsi izahat 
verilir, bunun ardınca isə müəllifin inisialları göstərilir. İzahat mətni mötərizəyə 
alınır. Belə izahatlara misal olaraq: (haşiyə mənimkidir. – R.Ə.), (mənim 
tərəfimdən vurğulanmışdır. – R.Ə.), (kursv mənimkidir. – R.Ə.) göstərmək olar.
6. Hər sitatın mənbəyi mətndə göstərilir və nömrələnir. Uyğun mənbəyə 
istinad iki variantda aparılır: 
- Birinci variantda sitatın mənbəyi bütövlükdə onun daxil edildiyi mətndə 
verilir. Üstün cəhətinə o aiddir ki, oxucu ədəbiyyat mənbəyi haqqında birbaşa 
məlumat alır. Ancaq mətnə geniş əlavə informasiyanın daxil edilməsi fikrin 
dağılmasına gətirib çıxarır. Bu da onun çatışmayan cəhətini göstərir.
- İkinci variantda ədəbiyyat mənbəyi sətiraltı göstərilir və kənar informasiya 
kimi təsir göstərir. Bu informasiya oxucunun diqqətini mətnin məzmununa 
yönəldilməsinə maneəçilik göstərmir və lazım gəldikdə dəqiq nəzərdən keçirilə 
bilər. Burada mənbənin iki cür göstərilməsi mümkündür: tam və ya ixtisarla. 
Oxucunu səlis oxuma tempindən ayırmamaq üçün çox vaxt qısa yazılma 
formasından istifadə edilir. Qısa məlumatın önündə mənbə kimi istifadə olunmuş 
ədəbiyyatların siyahıdakı yeri göstərilir. Burada yalnız müəllifin adı və mənbənin 
siyahıdakı nömrəsini göstərmək kifayət edir. 
7. Sitatların əlyazmada göstərilməsi zamanı onların mütləq vahid formada 
tərtibinə çalışmaq lazımdır.
8. Xarici dildə olan sitatlardan imkan daxilində az istifadə edilməsi məsləhət 
görülür, çünki onun azərbaycan dilinə tərcüməsi tələb olunur. Xarici dildə olan 
sitatlardan yalnız o zaman istifadə əlverişlidir ki, onun nisbətən dəqiq, başqa 
interpretasiyalara yol verməyən tərcüməsi mövcud olsun. Bu sitatlardan istifadə 
tədqiqatçının xarici dil səviyyəsini yoxlamaq üçün nəzərdə tutulmur. Yazma 
zamanı başqa tərcümələrin də istifadəsinə yol verilir. Bu halda tərcüməçinin adını 
altsətirdə qeyd etmək lazımdır. 


Mətndə aşağıdakı sözlərdən istifadə etməklə oxucunun diqqətini sitata 
yönəltmək olar: “məlum olduğu kimi...”, “əgər nəzərə alsaq ki,...”, “təkcə bu doğru 
deyil ki,...”, “ və bu da tamamilə doğrudur...” və i.a. Sitatların göstərilməsində ilkin 
və yoxlanmış mənbələrdən istifadə etmək məqsədəuyğundur.
Texniki elmlərdə sitatlardan istifadə 
Humanitar elmlərdə sitatların gətirilməsi və analizi yeni biliklərin əldə 
olunmasını göstərməkdirsə, texniki sahələrdə bu tamam başqa, daha doğrusu az 
məna kəsb edir. Texniki mətnləri yazma prosesində tədqiqatçının öz şəxsi biliyinin 
artırılması öndə durmur. Burada söhbət çox vaxt eksperimentlər və ya mütaliə 
zamanı qazanılmış faktiki biliklərin başadüşülən şəkildə təsvir olunmasından gedir. 
Hətta, ədəbiyyatların toplanması və analizi mərhələsində də yalnız müəyyən 
tapşırığa uyğun informasiyaların toplanmasına cəhd edilir. Ədəbiyyatlar burada 
daha az interpretasiya edilir. O, daşıdığı informasiya dolğunluğuna görə 
qiymətləndirilərək ümumiləşdirilir. Uyğun olaraq çox nadir hallarda kitab və 
məqalələrdən digər müəllifin mövqeyi və arqumentasiyası götürülərək yazarın öz 
sözləri ilə ümumiləşdirilir və başqa mövqelərlə müqayisə edilir. Mühəndislik 
elminin inkişafına baxmayaraq mətnlərin analizi elmi metod kimi yalnız humanitar 
elmlər üçün prioritet olaraq qalır. 
İnternet materiallarından sitatların gətirilməsi 
Yuxarıda qeyd edildiyi kimi, istifadə olunan mənbələrin elmi işdə dəqiq və 
düzgün verilməsi vacib tələblərdəndir. Bu, internetdən götürülmüş materiallar üçün 
də eyni qaydada qüvvədədir. Onu da qeyd etmək lazımdır ki, intenet mənbələrinin 
yoxlanması digərlərinə nisbətən daha tez və asandır. İndiyə qədər internet 
mənbələrindən sitatların göstərilməsi üçün bir neçə təklifin işlənməsinə 
baxmayaraq onlardan istifadə zamanı müxtəlif dərəcəli çətinliklər meydana çıxır. 
Bu çətinlik bir tərəfdən ondan ibarətdir ki, internet materiallarının müəllifini heç də 
həmişə asanlıqla tapmaq mümkün olmur. Digər tərəfdən rəqəmsal media 
mənbələrinin (verilənlər bankı, bloqlar, məzmunu dinamik dəyişilən portallar) 
çoxsaylı olması sitatların gətirilməsini elə də asan etmir. Başlıca problem ondan 
ibarətdir ki, təkcə URL–lər yox, həmçinin onların məzmunu və veb–səhifələrinin 


strukturu daimi olaraq yenilənir. Bu problemlərə o da əlavə olunur ki, əksər 
internet mənbələrinin arxivləşdirilib uzun müddət istifadəçilər üçün əlçatan 
olmasına baxmayaraq, bəzi səhifələr müəyyən vaxtdan sonra pozulur və ya başqa 
ünvana köçürülürlər. İnternetdə verilmiş mətnlərin neçə səhifədə yerləşməsini 
ayırd etmək heç də həmişə mümkün olmur. Ciddi internet portalları öz 
səhifələrində mətnləri səhifələrə bölünmüş şəkildə yerləşdirirlər. Bu arzuolunan 
olsa da, ona heç də həmişə rast gəlinmir. 



Yüklə 64,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin