kimi burada söhbət çap olunmuş və olunmamış materiallar, internet səhifələri və
həmçinin şifahi mülahizələrdən gedə bilər. Bir sözlə plagiat hər dəfə mətn və ya
ideyalardan istifadə zamanı ilkin müəllifi düzgün göstərmədikə baş verir.
Plagiatın aşağıdakı əsas formalarına rast gəlinir:
Başqa mətnləri dırnağa almadan və mənbəyini göstərməməklə birbaşa olaraq
köçürülməsi;
Başqa mətn fraqmentinin mənbəyini göstərməklə, ancaq dırnağa almadan
göçürülməsi;
Başqa mənbəyə aid mətnin bir neçə sözünü dəyişməklə qeyri adekvat təsviri
(hətta mənbə göstərildikdə belə).
Kənar mətnlərin qeyri adekvat təsvirinə yol verməmək
üçün yad mətnləri öz
sözləri ilə danışmaq və yenidən strukturlamaq, mətndə əsas ideyanı tapıb üzə
çıxarmaq, ikinci dərəcəli olanların atılmasını məşq etmək lazımdır. Ancaq plagiat
təkcə digərlərinin ideyalarını, cizgilərini və s. mənimsəməkdən ibarət deyil, burada
həm də söhbət ümumilikdə başqalarının işini mənimsəməkdən gedir.
Ciddi
mütəxəssislər elmi nəticəni əldə etmək üçün böyük əmək və zaman sərf edirlər.
Tədqiqatçının istifadə etdiyi mənbələrin sayından onun sərf etdiyi əməyi də
qiymətləndirmək mümkündür. Plagiator isə heç bir zaman sərf etmədən digərinin
analiz etdiyi bilikləri öz işinə daxil
edir və mənbələri göstərir, guya ki, o bu
ədəbiyyatları özü analiz edib. Plagiator başqasının işini götürüb, öz sözləri ilə
yenidən
yaza bilər, nəticələri öz fikirləşdiyi kimi formulə edə bilər. Bu da
digərlərinin əməyini mənimsəməkdir. Əsasən də ilkin mənbə xarici dildə yazılarsa,
onu izləmək çətinləşir.
Plagiata ədəbiyyat mənbələrinin axtarıb tapılmasını, yəni biblioqrafik
araşdırmanı da aid etmək olar. Bəzi hallarda tədqiqatçılar öz işlərində çoxlu sayda
mənbələr göstərirlər. Bu mənbələrin hamısına
o özü baxmasa da, öz
araşdırmalarının nəticəsi kimi qələmə verir. Məsələn, xüsusi sürətli oxuma
texnikasına malik olmayan şəxs üçün bir il müddətində 100-dən çox kitabı oxuyub
analiz etmək real görünmür. Əslində ədəbiyyat araşdırılan mövzuya yaxın olarsa,
onunla yaxından tanış olmaq lazımdır. Xarici elmi mətbuatdan məlum olan “qonaq
müəlliflik” kəlamı məlumdur. Burada söhbət magistrant və ya doktorantın öz
məqalələrində elmi rəhbərinin adını həmmüəllif kimi göstərməkdən gedir. Belə
hallar bizlərdə normal sayılsa da, qərb elmi mətbuatında buna müsbət baxılmır.
Hətta tanınmış elmi cəmiyyətlərdə belə hallar elmi etikanın pozulması kimi də
qiymətləndirilir.
Elmi işlərin nəşrində digər xoşagəlməz hal avtoplagiat sayılır [82].
Avtoplagiat eyni məzmunli işin ilkin çapına istinad göstərmədən, onun çoxlu sayda
müxtəlif elmi nəşriyyatlarda çap olunmasına deyilir.
Əgər çapa verilmiş material
əvəllər çap olunmuş materialın 60‒70% həcmini təkrarlayarsa, onda o da
avtoplagiat sayılır. Bu qadağa köhnə materialın kitab
və ya monoqrafiyada çap
olunduğu hala aid edilmir. Əsas şərt odur ki, məqalənin mənbəyi kitabda
göstərilsin.
Dostları ilə paylaş: