B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r
KORRELYASİYA ANALİZİ. Korrelyasiya dedikdə tədqiq edilən iki və daha çox hadisə arasındaki istənilən əlaqə nəzərdə tutulur. Korrelyasiya analizi üsullarının köməyi ilə asılı olmayan dəyişənlər arasındaki təsadüfi əlaqə tədqiq edilir və belə əlaqənin olub olmaması haqqında hipoteza yoxlanılır. Tədqiq edilən çoxluğun strukturasından asılı olaraq iki ölçülü və çox ölçülü korrrelyasiya əlaqələri öyrənilir. əgər X və U dəyişən kəmiyyətləri bir-birindən asılıdırsa, onlardan hər birinin bir qiymətinə digərinin bir və ya bir neçə qiyməti uyüun ola bilər. Bu zaman onlar arasındaki əlaqə X = f(U) və ya U=f(X) kimi funksional asılılıqlar ilə ifadə edilir.
Korrelyasiya asılılıüı iki təsadüfi dəyişən kəmiyyət arasındaki elə asılılığa deyilirki, kəmiyyətlərdən biri dəyişdikdə digər kəmiyyətin ona uyğun orta qiyməti dəyişsin.
Fərz edək ki, X və U təsadüfi kəmiyyətləri arasındaki asılılıq koordinat müstəvisində göstərildiyi kimidir
Şəkildən göründüyü kimi X-in hər bir qiymətinə U kəmiyyətinin tam təyin olunmuş bir qiyməti uyğun gəlmir. Diaqramda Ui dəyişəninin Xidəyişəninə uyğun olan orta qiymətlərini qeyd etsək (şəkildə üçbucaqlarla qeyd edilib) gətirsək və alınan nöqtələrdən AV düzxəttini keçirsək, onun tənliyinin
olduğunu taparıq. Bu tənlik U dəyişəninin X dəyişəninə nəzərən reqresiya tənliyi adlanır. əgər, arqumenti U dəyişəni qəbul etsək, onda
t ənliyi X dəyişəninin U dəyişəninə nəzərən reqresiya tənliyi olacaqdır. Diaqramda bu düz xətt CD ilə göstərilmişdir.
Korrelyasiya asılılığının analitik formasını və bu asılılığın dərəcəsini təyin etmək korrelyasiya nəzəriyyəsinin əsas məsələlərindən biridir. Bu məsələnin öyrənilməsi reqresiya funksiyasının qurulması ilə əlaqədardır.
Korrelyasiya nəzəriyyəsinin ikinci əsas məsələsi korrelyasiya asılılıq dərəcəsinin müəyyən edilməsindən ibarətdir. əgər X və U təsadüfi kəmiyyətləri arasındaki əlaqə xəttidirsə, onda bu alaqənin dərəcəsi korrelyasiya əmsalı vasitəsilə müəyyən olunur:
Burada , ,
Korrelyasiya əmsalı aşağıdaki qiymətləri ala bilər:
1. rxy=0 -bu halda X və U arasında əlaqə yoxdur;
2. = +1 -bu halda X və U arasında ciddi müsbət xətti əlaqə mövcuddur;
3. rxu = -1 -bu halda X və U arasında ciddi mənfi əlaqə mövcuddur.
Korrelyasiya-reqresiya analizində düsturların a, a1 və v, v1 əmsalları reqresiya əmsalları adlanır və aşağıdaki kimi təyin olunurlar :
Bu ifadələrini yuxarıdakı düsturlarda nəzərə alsaq
olduğunu tapırıq.
X və U təsadüfi dəyişən kəmiyyətlər arasındaki korrelyasiya əlaqəsinin olması hipotezası aşağıdaki statistik kriteriya ilə təsdiq edilir:
Korrelyasiya əlaqəsinin (1-) ehtimalı ilə dəqiqliyi o vaxt qəbul edilirki, t-nin göstərilən düstura görə hesablanmış qiyməti Styudent paylanmasına nəzərən hesablanmış cədvəl qiymətindən çox olsun.