Bədən tərbiyəsi, fiziki tərbiyə və idman haqqında


I mərhələ.Gündəlik fəaliyyət nəticəsində ninsanın hərəkətlərinin orqanizmə təsiri haqqında əldə etdiyi empi biliklərdən ibarət olmuşdur. II mərhələ



Yüklə 40,71 Kb.
səhifə2/3
tarix12.11.2022
ölçüsü40,71 Kb.
#68755
1   2   3
B?d?n t?rbiy?si, fiziki t?rbiy? v? idman haqq?nda

I mərhələ.Gündəlik fəaliyyət nəticəsində ninsanın hərəkətlərinin orqanizmə təsiri haqqında əldə etdiyi empi biliklərdən ibarət olmuşdur.
II mərhələ.Qədim Yunanıstanda,Yaxın və Orta Şərq ölkələrində fiziki tərbiyə haqqında ilkin metodikaları təcrübə yolu ilə filosoflar, pedaqoqlar,həkimlər yaratmışlar. Onlar insan orqanizmi fəaliyyətinin qanunauyğunluqlarını öyrənməyə, fiziki hərəkətlərin təsiri mexanizmini izah etməyə çalışırdılar. Lakin bunların mahiyyətini aça bilmirdilər. Buna görə fə fiziki hərəkətlət məşğələlərinin effektliyi barədə zahiri nəticələrə ( insan güclü,dözümlü olur,özü üçün yeni bacarıqlar əldə edirdi) görə mühakimı edirdilər.
Şərq ölkələrində (Şummer,Misir, Şin,Türk) xüsusilə qədim Yunanıstanda fiziki tərbiyə metodikası daha çox məşhur olmuşdur. Bu metodika müəyyən vasitələrin vahid sistemini,habelə güc,dözümlülük və.s. inkişafı və təlim metodlarını özündə birləşdirmişdir.
III mərhələ. Fiziki tərbiyə haqqında nəzəri biliklər intibah dövründə başlayıb XIX əsrin sonunadək intensiv sürətdə toplanır.İnsan haqqında ,onun tərbiyəsi ,təlimi və müalicəsi haqqında elmin inkişafı filosofları , pedaqoqları ,həkimləri fiziki tərbiyə problemlərinə diqqət yetirməyə məcbur edir. XVIII əsrdə anatomiya mütəxəssisləri fiziki həərəkətlərin biomexanikası sahəsində tədqiqat aparmışlar.XIX əsrdə isə fiziki tərbiyə haqqında nəzəri əsərlər yaranır və fiziki tərbiyə nəzəriyyəsinin əsası da məhz həmin mərhələdə qoyulur. Həmin vaxtdan da o elmi biliklərin müstəqil sahəsinə çevrilir.
IV mərhələ. Fiziki tərbiyə nəzəriyyəsi və metodikasının müstəqil elm və tədris fənni kimi yaranması. Bu XIX əsrin sonundan 1917- ci ilə dək olan dövrü əhatə edir.P.F.Lesqaft fiziki təhsil və tərbiyə sahəsində böyük işlər görmüşdür. Onun əsərləri müasir fiziki tərbiyə nəzəriyyəsi və metodikasının –müstəqil elm və tədris fənninin əsasını təşkil edir.
V mərhələ. Müasir tərbiyə haqqında təlim həyata keçirilir.Həmin mərhələ fiziki tərbiyə haqqında elmin intensiv inkişafı ilə səciyyələnir.
Faktiki materialın çoxluğu ,yeni qanunauyğunluqların kəşfi əvvəllər vahid elmi fənn olan fiziki tərbiyə nəzəriyyəsi və metodikasnın dərəcələrə ayrılmasına gətirib çıxardı.
“Fiziki tərbiyə nəzəriyyəsi və metodikası” bir sıra elmlərlə sıx bağlıdır.Bu bir həqiqətdirki,heç bir elm yalnız özünün tədqiqat nəticələri ilə məhdudlaşmır,başqa elmlərin fakt və dəlillərindən də istifadə edir.
Buna görə də fiziki tərbiyə nəzəriyyəsi və metodikası bir neçə elmin məşğul olduğu problemləri həll edir.
Bu onunla izah edilir ki, insanı onun təlim-tərbiyə məsələlərini bir çox elmlər öyrənir.Fiziki tərbiyə nəzəriyyəssi və metodikası elmi də gənc nəslin tərbiyəsi məsələlərini ,onun təşkili formalarını , prinsip və metodları və s. məsələləri öyrəndiyinə görə bəzi elmlərarası əlaqələr yaranır.Məsələn, fəlsəfə fiziki tərbiyə nəzəriyyəsi və metodikasınn metodoloji əsasını təşkil edir. Buna istinad edərək alimlər fiziki tərbiyə sahəsindəki xüsusi qanunların fəaliyyətini obyektiv qiymətləndirməyi, problemin mahiyyətinə nüfuz etməyi, inkişafın qanunauyğunluqlarını açmağı və təhlil etməyi bacarırlar.
Fiziki tərbiyə nəzəriyyəsi və metodikası ümumi pedaqogika ilə bağlı olub onun tərbiyə və təhsil sahəsindəki nailiyyətlərindən yaradıcılıqla istifadə edir.Onun mühüm müddəalarını özü üçün əsas götürür və özünün prinsiplərini ,metodlarını inkişaf etdirir və təkmilləşdirir.
Fiziki tərbiyə nəzəriyyəsi və metodikası ümumi psixologiya, yaş psixologiyası və fiziki tərbiyə və idman psixologiyası tədqiqatlarının nəticələrindən geniş istifadə edir, bütün idman-pedaqoji fənlərlə sıx əlaqə yaradır.
Fiziki tərbiyə nəzəriyyəsi və metodikası bioloji elmlərlə də sıx əlaqə yaradır.Bu isə insan orqanizminin xüsusiyyətləri ,orqanizmin fiziki tərbiyə vasitələrinin təsirinə reaksiyanı öyrənmək zəruriliyindən irəli gəlir. Yalnız anatomik,fizioloji və biokimyəvi qanunauyğunluqları nəzərə almaqla fiziki tərbiyə prosesini səmərəli təşkil etmək olar. Fiziki tərbiyə nəzəriyyəsi və metodikasının digər elmlərlə əlaqəsi birtərəfli olmayıb qarşılıqlıdır və biri digərinə kömək edir.
Fiziki tərbiyə haqqında elmin inkişafı bir-birinə yaxın elmlərə təsir göstərməyə bilməz.Misal üçün ,idman nəzəriyyəsi və metodikası uşaq və yaşlı adamın orqanizminin potensial imkanları haqqında psixoloqların, fizioloqların təsəvvüründə əhəmiyyətli düzəlişlər etmişdir.
Müasir fiziki tərbiyə nəzəriyyəsi və metodikasının əsas məzmunu müasir tərbiyə sisteminin ayrılmaz hissəsi olan fiziki tərbiyə haqqında təlim təşkil edir. Fiziki tərbiyə nəzəriyyəsi və metodikasında əsas yeri fiziki tərbiyə vasitələri, fiziki hərəkətlərin təlimi prinsipləri və metodları ,hərəki keyfiyyətlərin inkişafı ,təlim prosesinin quruluşu ,məşğələlərin təşkili formaları ,hesaba alma və planlaşdırma ,habelə əhalinin müxtəlif kontingentinin fiziki tərbiyəsinin təşkili xüsusiyyətləri kimi didaktik məsələlər tutur.
Fiziki tərbiyə nəzəriyyəsi və metodikası fiziki tərbiyə nəzəriyyəsi və fiziki tərbiyə metodikasından ibarətdir.Fiziki tərbiyə metodikasına fiziki tərbiyə sisteminin və idman hazırlığı metodikaları daxildir. Belə bölgü onunla şərtləndirilmişdir ki, fiziki tərbiyənin hər hansı bir prosesində üstünlük təşkil edən üç istiqamətdən biri ola bilər.Üstünlük təşkil edən istiqamət hər şeydən əvvəl həmin istiqamətdə qarşıya qoyulan vəzifənin aparıcı olması ilə ifadə olunur.
Hər hansı bir fənnin öyrənilməsi və tədrisi onun anlayışları ilə səciyyələnir.Fiziki tərbiyə nəzəriyyəsi və metodikası fənninin özünəməxsus anlayışları vardır. İlk növbədə onun anlayışlarına “bədən tərbiyəsi ” , “ fiziki tərbiyə” və “idman ”daxildir. Bu anlayışlararın izahı “ Bədən tərbiyəsi” fənninin Dövlət Standartında verilir.Bədən tərbiyəsi cəmiyyətin ümumi mədəniyyətinin mühüm hissəsi olub, onun qazandığı elmi nailiyyətlərin insanın fiziki kamilliyi üçün istifadə olunan metod, xüsusi vasitələr və şəraitin yaradılmasına səmərəli istifadəsinə istiqamətləndirilməsidir.

Yüklə 40,71 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin