1. FİZİKİ TƏRBİYƏ NƏZƏRİYYƏSİ
1.FİZİKİ TƏRBİYƏ NƏZƏRİYYƏSİ VƏ METODİKASI ELMİ TƏDRİS FƏNNİDİR.
Bədən tərbiyəsi , fiziki tərbiyə və idman haqqında
Bəşər tarixinin müxtəlif dövrlərində yaşamış görkəmli filosoflar,alimlər bədən tərbiyəsi və idmanı sağlamlığın,gümrahlığın zəruri şərtihesab etmişdir. Bu barədə Hippokrat,Platon,Aristotel, Qalen, Petrarka, Ər-Razi, Əbu Saleh, İbn Sina ,Qabus, Nizami, N.Tusi, Xətai, Füzuli və başqaları çox qiymətli fikirlər söyləmiş, bədən tərbiyəsi və idmanın ilkin elmi-nəzəri ünsürlərini müəyyən etməyə çalışmışlar. Hippokrat deyirdi ki, hərəkətsiz müalicə yoxdur. Petrarka gimnastikanı sağlamlığın zəruri şərti sayır, onu şəfaverici dərman hesab edirdi. İbn Sina hər bir adamın bədən tərbiyəsi və idmanla məşğul olmasını sağlamlığın rəhni hesab etməklə yanaşı idman oyunları ilə məşğul olmağı da tövsiyə edirdi.Onun fikrincə ,hifz –səhiyyənin əsasını rejim,qida ,yuxu kimi üç amil təşkil edir. Rejimə o, idman oyunlarını ,iradi çalışmaları ,bərpaedici çalışmaları daxil edir və bunları bir neçə növə bölürdü. Yavaş və normal şəraitdə edilən çalışmalara-yüyüməyi,yüyürərkən dərin nəfəs almağı, bədənin bütün hissələrini hərəkət etdirməyi , bir xətt üzərində qalmağı, top atıb-tutmağı,sərt çalışma və təmrinlərlə isə uzun məsafəyə qaçışı ,dolanbac yollarla qaçışı, dərə -təpə döngəli və xəndəklər olan yerlərdə qaçışı, ox atmağı , zorxnalarda ağırlıq qaldırmağı , zövkanı və s. daxil edirdi.
İbn Sina “Vərzi”(“İdman”) adlı şeirində yazırdı:
Vərzilə,(İdman-H.Q.) yaxşıca olan aşina ,
Fərəhlə çatarsan yüz yaşına.
Bəlkə də daha çox yaşayarsan bil,
Həb və tez dərdinə dərman deyil.
Bütün dərdlərinə bax budur dəva
Təbiət ,su ,günəş və təmiz hava .
Dahi Azərbaycan şairi Nizami təsvir etdiyi qəhrəmanlarını bədən tərbiyəsi və idmanla məşğul olduğunu ,onların at çapmağını ,qılınc çalıb ,ox atmağını ,məşq etməyini,kəmənd atmağı,böyük məhəbbətlə təcənnüm edirdi.
Böyük Azərbaycan alimi N.Tusi “Əxlaqi-Nasiri ” əsərində oyunları,zorxanalarda gənclərə öyrədilən fəndlərə,bədən tərbiyəsi və idmanın sağlamlığın zəruri şərti olmasına,bu işdə təbii amillərdən –su,günəş və havadan istifadə etməyə yüksək qiymət verirdi.Şah İsmayıl Xətai ov etməyi ,qılınc vurmağı,ox atmağı yüksək qiymətləndirirdi. Ə.Təbrizi çovkama, şahmaza ,ox atmağa, qılınc vurmağa ,güləşməyə böyük əhəmiyyət verir və “Mehr və Müştəri ” əsərində qəhrəmanlarının qələbəsini onların cəldliyində, çevikliyində, dözümlü olmalarında ,hərb elmlərinin sirlərinə yiyələnmələrində görürdü.
Misallar göstərir ki, Yaxın və Orta Şərq ölkələri, Azərbaycan mütəfəkkirləri bədən tərbiyəsi və idmanın sağlamlıq vasitəsi olması haqqında Avropa intibahına işıq tutmuşlar.Tədricən Şərqin müdrik alimlərinin fikirləri bütün sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə də keçmiş , bu sahədə də Qərb intibahının təşəkkülünə səbəb olmuşdur.
Bədən tərbiyəsi ,fiziki tərbiyə və idman özünün tarixi inkişafı boyu müəyyən elmlərlə qarşılıqlı əlaqədə inkişaf etmiş, özünəməxsus xüsusiyyətləri ilə tədricən başqa elmlərdən fərqlənmişdir.
Bədən tərbiyəsi və idmana verilən qiymət hər bir dövrdə hər bir dövləti maraqlandırmış, onun strategiyasını təşkil etmışdir.
Bu strategiya öz baxımdan səciyyələndirilə bilər.Əvvələn, hər bir dövlət özünün maddi nemətlər istehsal edən insanlarını sağlam görmək istəyir.Çünki sağlam olmayan adamlar dövlətə arzu olunan faydanı verə bilməz.Sağlam adamlar sağlam nəslin yaradılması, yetişdirilməsi deməkdir. İkincisi, sağlam adamlar Vətən torpağının qorunması üçün lazımdır. Üçüncüsü, ən yaxşı yüksək fiziki hazırlıqlı idmançılar dövlətin şöhrətini artırırlar. Yarışların qalibi olan idmançıların şərəfinə dövlətin bayrağı qaldırılır,onun himni səsləndirilir.Bu üç mühüm cəhətə görə bütün dövlətlər tarix boyu bədən tərbiyəsini, fiziki tərbiyəni və idman strateji məqsəd kimi diqqət mərkəzində saxlamış və saxlayır.
FİZİKİ TƏRBİYƏ ÜZRƏ MÜTƏXƏSSİS HAZIRLAYAN ALİ MƏKTƏBLƏRDƏ TƏDRİS OLUNAN FƏNNLƏRİN QARŞILIQLI ƏLAQƏSİ
ÜMÜMNƏZƏRİ FƏNNLƏR
Bədən tərbiyəsi ümmumbəşər mədəniyyətin tərkib hissəsidir.Onun başlıca qayəsi bütövlüklə əhalinin sağlamlığını ,gümrahlığını qoruyub təkmilləşdirməkdir. Bədən tərbiyəsi insanların sağlam və normal inkişafına məqsədyönlü təsir göstərən daha səmərəli vasitələr və metodlar haqqında bilikləri özündə ehtiva edərək onlarda həmin biliklərin inkişafını təmin edən praktikanın yolunu işıqlandırmışdır. Bunların nəticəsində isə fənnlər kompleksi yaranmışdır. Belə fənnlərdən biri “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası ”dır.Fiziki tərbiyə nəzəriyyəsi və metodikası profilə uyğun elm və tədris fənni olub,fiziki tərbiyəs sahəsində peşə fəaliyyəti səviyyəsini onun özünəməxsus komponentlərini (Kommunikativ,konstruktiv, qnustik, tədqiqatçılıq,təşkilatçılıq və hərəki qabiliyyətlər) müəyyən edən əsaslı biliklər və bacarıqlar , vərdişlər sistemini formalaşdırır. Fiziki tərbiyə müəllimi peşənin özünəməxsus komponentlərinə dair bilik və bacarıqlara yiyələnmək, bu işə nəzəri hazırlıq gələcəyin fiziki tərbiyə müəlliminə yeni bilikləri,elm sahəsindəki yenilikləri məqsədyönlü, şüurlu və sistemli öyrənməyə , bu və ya digər pedaqoji hadisələrə tənqidi yanaşmağa ,onları təhlil edib ümumləşdirmələr aparmağa, fiziki tərbiyə vəzifələrinin həyata keçirilməsində fəndaxili və fənlərarası əlaqələr yaratmağa , pedaqoji , bioloji və psixoloji biliklərini zənginləşdirməyə imkan yaradır.
Fiziki tərbiyə nəzəriyyəsi pedaqoji proses olan fiziki tərbiyənin ümumi qanunauyğunlarını, fiziki tərbiyə metodikası isə fiziki tərbiyənin xüsusi qanunauyğunluqlarını (ümumi fiziki hazırlıq , peşə məqsədli ümumi hazırlıq və idman hazırlığı metodikaları) öyrənməklə məşğuldur. Şübhəsiz ki, bu metodikaların hər birinin daxilində xüsusi metodlar mövcuddur. Çünki onların çoxcəhətli olması məşğul olanların yaşına , cinsinə , peşə mənsubiyyətinə , idman ixtisaslaşmasına və s. uyğundur.
Fiziki tərbiyə nəzəriyyəsi fiziki tərbiyənin mahiyyətini özündə əks etdirən daha mühüm elmi müdəaların dinamik sistemidir. O,xüsusi qanunauyğunluqları ümumiləşdirir və onu konkret metodikanın hissəsi edir.Metodikalar da öz növbəsində nəzəri ümumiləşdirmələr üçün əsas yaradır, əldə edilmiş müddəaları pedaqoji tövsiyələr şəklində həyata keçirir.Hər bir metodika konkret tövsiyələr işləyib hazırlamaq üçün ümumi qanunauyğunluqlardan nəinki istifadə edir,həm də məşğul olanların müəyyən kontingentini pedaqoji prosesinə xas olan xüsusi qanunauyğunluqları da müəyyənləşdirir. Təbii ki, fiziki tərbiyənin nəzəriyyəsi və metodikası bir-birindən təcrid olunmuş halda deyil, vəhdətdə fəaliyyət göstərir.
Hər bir elmin özünəməxsus mənbələri olduğu kimi ,fiziki tərbiyə nəzəriyyəsi və metodikası elminin də mənbələri vardır. Bu mənbələr ictimai həyat təcrübəsi ,fiziki tərbiyə təcrübəsi , mütərəqqi ideyalar ,müxtəlif dövlət qərarları ,qabaqcıl müəllim təcrübəsi ,tədqiqatın nəticələri daxildir.
Əgər ictimai həyat təcrübəsi sayəsində adamlarda fiziki tərbiyənin qanunauyğunluqlarını dərketmə meyli yaranırsa və nəticədə insanların fiziki təkmilləşməsinin idarəetmə sistemi formalaşırsa, fiziki tərbiyə təcrübəsində nəzəri müddəaların obtektivliyi yoxlanılır.Fiziki tərbiyə nəzəriyyəsi və metodikasını zənginləşdirən yeni ideyalar məhz təcrübədə yaranır.
Tarixin müxtəlif dövrlərində yaşamış görkəmli filosofların, pedaqoqların şəxsiyyətin ahəngdar inkişafı və tərbiyəsi haqqındakı mütərəqqi fikirləri mənbə, qaynaq olmuşdur.Məsələn,böyük alim ,filosof ,tarixçi A.Bakıxanov və M.F.Axundov hələ keçən əsrdə tərbiyənin məqsədini kamil insan yetişdirməkdə görür və bu tərbiyənin mühümtərkib hissələrindən birini fiziki tərbiyə hesab edirdilər. Böyük jurnalist, maarifçi H.Zərdabi “Gigiyena” əsərində şəxsiyyətin formalaşması və sağlamlığında fiziki tərbiyəni mühüm amil hesab edirdi və s. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası şəxsiyyətin ahəngdar inkişaf tərbiyəsininməzmunu və yolları haqqında bu kimi mütərəqqi ideyalardan qaynaqlanır. Belə ki, fiziki tərbiyə nəzəriyyəsi və metodikası birdən-birə formalaşmır. Onun inkişafı böyük bir tarixi yol keçmiş Şərq və Qərb alimlərinin fikirləri zəminində təşəkkül tapmışdır.B.A.Aşmarinin redaktorluğu altında nəşr edilmiş “Теория и методика физического воспитаия” dərsliyində fiziki tərbiyə nəzəriyyəsi və metodikasının inkişaf dövrləri müəyyən edilmiş və hər bir dövrün özünəməxsus əlamətləri də qeyd edilmişdir.
Dostları ilə paylaş: |