91. Bələdiyyənin nizamnaməsi hansı yolla tərəfindən qəbul edilir ? a) Bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqları tərəfindən
b) Bələdiyyə sədri tərəfindən
c) Bələdiyyə qulluqçuları tərəfindən
d) bələdiyyə üzvləri tərəfindən
e) Mərkəzi Seçki Komissiyası tərəfindən
92. Yerli büdcə gəlirlərinə aşağıdakılardan biri aid deyildir ? a) Bələdiyyə sədrinin təyin etdiyi torpaq vergisi ;
b) Fiziki şəxslərdən əmlak və torpaq vergisi;
c) Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
d) Bələdiyyə mülkiyyətində olan müəssisələrdən olan mənfəət vergisi;
e) Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş;
93. Bələdiyyə torpaqlarının tərkibi hansıdır ?
a) qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar
b) qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış torpaqlar
c) xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar
d) xüsusi mülkiyyətə verilmiş torpaqlar
e) yararsız torpaqlar
94. Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanmır ? a) torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməsi
b) torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması,
c) torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi,
d) torpaqdan haqqı ödənilməklə istifadə edilməsi;,
e) müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması.
95. Yerli büdcələrin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqdan sonra neçə gün ərzində başa çatdırılmalıdır ? a) 1 ay
b) 10 gün
c) 21 gün
d) 14 iş günü
e) 7 iş günü