BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə106/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   102   103   104   105   106   107   108   109   ...   542
187

 

 



 

MƏMMƏDOV  MAARİF  

HƏSƏN  OĞLU 

 

 1938-ci il noyabr ayının 1-ində Bərdə 

şəhərində  anadan olmuşdur. 1957-ci ildə 

Bərdə  şəhər 1 saylı orta məktəbi bitirib. 

1958-ci ildə A.Zeynallı adına orta ixtisas 

musiqi məktəbinin səs sinfinə daxil olub. 

Qəbul imtahanında bir yerə qarşı 50-60 

nəfər iş vermişdi. Münsiflər heyətində 

S.Rüstəmov, S.Şuşinski, Ə.Bakıxanov, 

M.Əhmədov (direktor) və A.Gəray əyləşmişdilər. Həmin musiqi korifey-

ləri o bir yerə öz ifasına görə Maarifi layiq bildilər. S.Şuşinskinin sinfində 

muğamlarımızın sirrlərini böyük həvəslə öyrənməyə başlayır. Onunla bə-

rabər N.Əliyev, Z.Xanlarova, Ş,Kürdoğlu, S.Mirzəyev, S.Abdullayev, 

E.Rəhimova, R.Sadıqova, B.Məmmədov və başqaları  Ağadan (onlar 

S.Şuşinskiyə Ağa deyirdilər) muğamın sirrlərini və incəliklərini öyrənir-

dilər. O vaxt tez-tez təşviqat qatarı ilə konsert verməyə çıxırdılar. Müdi-

riyyət Maarifi də həmin qrupların tərkibində rayonlara göndərirdi. 1960-

62-ci ildə Bakı şəhərinin zavod və fabriklərində, təşviqat qatarı ilə Hacı-

qabul, Şirvan, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Bərdə, Goranboy rayon-

larında kənd zəhmətkeşləri qarşısında konsertlər verirdilər. Tələbəlik hə-

yatından bir epizod: O vaxt böyük korifey sənətkarımız Müslüm Maqo-

mayev vokal şöbəsində oxuyurdu. Maarif siniflərin birində Ü.Hacıbəyo-

vun “Sənsiz” romansını oxuyurdu. Romansı oxuyub qurtarandan sonra 

M.Maqomayev içəri girib Maarifdən romansın axır notlarını təkrar etmə-

sini xahiş edir. Bu hal üç dəfə  təkrar olunur. Sonradan Maarif bilib ki

axırda “sənsiz” sözünün titrəyişlə qurtarması onun çox xoşuna gəlibmiş. 

1962-ci ildə texnikumu bitirəndə ifaçılıq qabiliyyətinə, muğamlarımızı 

tam mənimsədiyinə  və ictimai işlərdə  fəal iştirakına görə  təyinat komis-

siyası Maarifin təyinatını filarmoniyaya solist və  Mərdəkanda musiqi 

məktəbinə müəllim məsləhət gördülər. Lakin o Bərdəyə  gəlməyi üstün 

tutdu. 1962-ci ildən bu günə kimi rayonun mədəniyyət evinin bədii rəh-

bəri, direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildən 1 və 2 saylı musiqi 

məktəbində gənc balalara muğam, bəstəkar və xalq mahnılarımızı öyrədir. 

Bu 20 il ərzində respublika müsabiqələrində 7 nəfər şagirdi laureat adına 

layiq görülmüşdür. Bunlardan: Prezident təqaüdçüsü Pərvaz  İbrahimli, 

müsabiqə laureatları: Natəvan  İbrahimli, Zamin Cabbarov, Xatirə  Məm-




 

188

mədova, Emin Muradov, Asim Abbasov və Orxan Mirzəyevi göstərmək 

olar.  

2007-ci ilin yanvarında və avqust ayında Binə kəndində keçirilən 

“Məclisi-üns” verilişində 2 dəfə iştirak etmişdir. Həmin məclisdə muğam 

biliciləri və ustadları iştirak edirdilər. Maarifi də muğamın sirrlərinə yaxşı 

bələd olduğu üçün həmin məclislərə dəvət etmişdilər. Hal-hazırda Prezi-

dentin sərəncamı ilə  və Heydər  Əliyev Fondunun köməkliyi ilə tikilmiş 

dünya standartlarına uyğun olan yeni musiqi məktəbində dərs deyir. Ra-

yonda muğamlarımızı öyrənmək həvəsi gənclər arasında günü-gündən 

artır. Muğamlarımızı  və xalq mahnılarımızı  uşaqlarımıza öyrətməyi o, 

özünə şərəfli borc bilir.   

 

 

 



 

 

 



 

 

 




 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin