190
MƏMTİYEV TOFİQ
RƏHİM OĞLU
Məmtiyev Tofiq Rəhim oğlu 16 may
1966-cı il tarixdə Bərdə rayonunun Ha-
cıalılı kəndində anadan olmuşdur.
1983-cü ildə Mehdixanlı kənd orta
məktəbini bitirmişdir. 1983-1984-cü və
1986-1990-cı illərdə Bakı Dövlət Uni-
versitetinin Mexanika-riyaziyyat fakültə-
sində təhsil almış, 1984-1986-cı illərdə isə orduda xidmət etmişdir.
1990-1991-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində olan He-
sablama Mərkəzində mühəndis, 1991-1993-cü illərdə isə Elm-İstehsalat
Kompyuterləşdirmə Mərkəzi “Kamran” kiçik müəssisəsində böyük mü-
həndis vəzifələrində çalışmışdır.
1993-cü ildən başlayaraq hazırki tarixədək sığorta sahəsində çalışır.
Eyni zamanda elmi işlə də məşğul olmuşdur. Belə ki, 1993-1996-cı illər-
də Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İns-
titutunun dissertantı olmuş, 1996-cı ildə isə diferensial tənliklər ixtisası
üzrə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri
namizədi alimlik dərəcəsi adını almışdır.
Hazırki tarixədək sığorta sahəsində müxtəlif vəzifələrdə çalışmışdır.
Belə ki, 1993-2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Dövlət Sığorta Nəzarətində iqtisadçı, aparıcı iqtisadçı və baş iq-
tisadçı, 2001-2009-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi-
nin Dövlət Sığorta Nəzarəti şöbəsində baş məsləhətçi vəzifələrində ça-
lışmış, 2009-cu ildən hazırki tarixədək isə Azərbaycan Respublikası Ma-
liyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində şöbə müdiri vəzi-
fəsində çalışır.
Sığorta sahəsinə aid 10-dan artıq məqalənin müəllifidir.
Respublikamızda aktuarilərin hazırlanması məqsədi ilə Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma kursu bazasında ilk dəfə
keçirilmiş (2001-ci ilin 22 oktyabr-21 noyabr tarixlərində) aktuarlıq kur-
sunun tədris proqramının müəllifi və əsas aparıcı müəllimi olmuşdur.
Azərbaycanda aktuar işinin inkişaf etdirilməsi və peşəkar aktuarilə-
rin hazırlanması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və
Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən ABŞ-ın Beynəlxalq İn-
191
kişaf Agentliyinin maliyyə dəstəyi ilə “Şərq-Qərb İdarəetmə İnstitutu” ilə
birlikdə təsis edilmiş Maliyyə Sabitliyi üçün Tərəfdaşlıq Proqramı çərçi-
vəsində 2008-2009-cu illərdə respublikamızda keçirilmiş aktuarlıq kurs-
larını müvəffəqiyyətlə başa vurmuş və müvafiq sertifikatlar almışdır.
Müxtəlif illərdə xarici ölkələrdə aktuarlıq kursları üzrə keçiril-
miş seminarlarda iştirak etmiş, həmçinin 2010-cu ilin mart ayında bütün
dünya aktuarilərinin Cənubi Afrika Respublikasında təşkil olunmuş
XXIX konfransının iştirakçısı olmuşdur.
Dostları ilə paylaş: |