221
CƏFƏR ÇƏMƏNLİ
BƏRDƏNİN
Əkinli-biçinli, bağlı-bağatlı,
Rəssam sərgisidir düzü Bərdənin.
Hünəri, şöhrəti, səsi, sorağı,
Gətirir ilhama bizi Bərdənin.
Gözəl Vətənimdə adı, sanı var,
Yüzlərlə yenilməz qəhrəmanı var,
Ellər yaraşığı bir Tərlanı var,
İgiddir oğulu, qızı Bərdənin.
Ana gülüşüdür o saf gülüşü,
Hər yana səs salıb hünəri, işi,
Zəhmətlə ölçülür hər yüksəlişi,
Gülür çiçək kimi üzü Bərdənin.
İgid Nüşabənin gözəl diyarı
Qoynunda böyüdü Fərhadın yarı,
Böyük Nizaminin fəxri, vüqarı,
Min ildir söylənir sözü Bərdənin.
Çörəkdir dünyada hər varın başı,
İsgəndər yemədi ləli, daş-qaşı,
Əzəldən Cəfərin könül sirdaşı
Aşığı Bərdənin, sazı Bərdənin.