129
BEHBUDOV SƏFİYAR
ABUZƏR OĞLU
Səfiyar Abuzər oğlu Behbudov 1967-ci il
iyun ayının 18-də Bərdə rayonunun Mollalı
kəndində anadan olmuşdur. Şəhər 6 saylı
orta məktəbi bitirdikdən sonra 1985-ci ildə
həqiqi hərbi xidmətə çağırılmışdır. 1987-ci
ildə hərbi xidmətdən qayıtdıqdan sonra hər-
bi komissarlıq tərəfindən zabitlik kursuna
göndərilir. Kursu bitirdikdən sonra ona kiçik leytenant rütbəsi verilir.
Milli azadlıq hərəkatının ilk günlərindən hərəkatın ön sıralarında
gedir. Bərdə rayonunda özünümüdafiə batalyonunun yaradılmasında bö-
yük köməyi olur. Bərdədə ilk dəfə “Soy” demokratik gənclər təşkilatını
yaradır.
Səfiyar Xocalı soyqırımından bir həftə sonra dözə bilməyib silaha
sarılır və qeydiyyatdan keçmiş özünümüdafiə batalyonunda bölmə ko-
mandiri vəzifəsinə təyin olunur. Bir çox döyüşlərdə iştirak edir, əvvəl
Tərtər bölgəsindən başlayır. Sonralar Səfiyar bölməsi ilə birlikdə Əsgəran
istiqamətində döyüşə göndərilir.
2 mart 1992-ci ildə səhər saat 05-ə işləmiş həyəcan siqnalı verilir.
Düşmən Səfiyargilin postuna hücum edərək döyüşçüləri mühasirəyə alır.
Bunu eşidən Səfiyar Behbudov öz bölməsi ilə birlikdə PDM-də
düşmən üzərinə hücuma keçir və döyüşçülərimizi mühasirədən çıxarır.
Özü isə Əsgərana doğru irəliləyir. “Qara qaya”da Səfiyar düşmənin böyük
qüvvəsinə rast gəlir. Lakin geri çəkilmir, bərabər olmayan döyüşə atılır.
Bu döyüşdə Səfiyarın PDM-ni vururlar.
Səfiyar sol tərəfindən yaralanır və yaralı vəziyyətdə əsir düşərək
çox işgəncələrə məruz qalır. Ancaq düşmən ondan heç bir məlumat ala
bilmir.
Quduzlaşmış düşmənlər Səfiyarın əl-ayağını bağlayıb üstünə neft
tökərək diri-diri yandırırlar.
1992-ci il iyunun 7-də Azərbaycan Respublikası Prezidentinin fər-
manı ilə Səfiyar Abuzər oğlu Behbudova Azərbaycanın Milli Qəhrəmanı
adı verilmişdir (ölümündən sonra). Subay idi.
Məzarı Bərdə rayonunun Mollalı kəndindədir.
Şəhər 6 saylı orta məktəbi onun adını daşıyır.
|