BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə116/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   112   113   114   115   116   117   118   119   ...   542
202

 

 



 

VƏZİROV  ASLAN  

FƏRHAD  OĞLU 

 

1910-cu ildə  Bərdə yaxınlığındakı 

Zümürxan kəndində anadan olmuşdur. 

Sovet Ordusu polkovniki, Sovetler İttifaqı 

qəhrəmanıdır. 1928-ci ildə Zaqafqaziya 

Hərbi-piyada məktəbini, 1930-cu ildə Le-

ninqrad Hərbi-mühəndis məktəbini, 1941-ci 

ildə isə Moskva Hərbi-mühəndis Akade-

miyasını bitirmişdir. 

Aslan Vəzirov 1927-ci ildə Sovet or- 

dusunda hərbi qulluğa başlamışdır. Hərbi-mühəndis məktəbini bitirdikdən 

sonra Sovet İttifaqının müxtəlif hərbi qarnizonlarında qulluq etmişdir. 

Böyük Vətən müharibəsinin başladığı ilk günlərdən o, hərbidə olmuşdur. 

Şimali Qafqaz cəbhəsindəki 5-ci mühəndis-texniki briqadasına, Ukrayna 

cəbhəsindəki mühəndis-texniki briqadasına və Belorusiya cəbhəsindəki 

qvardiya  şturmavoy mühəndis-minaaxtaranlar briqadasına komandanlıq 

etmişdir. Aslan Vəzirov 20 aprel 1945-ci ildə Oder çayını döyüşə-döyüşə 

keçməkdə xüsusilə  fərqlənmişdir. Sonra Aslan Vəzirov düşmənin güclü 

atəşləri altında 70-ci birləşmiş orduya da başçılıq etmişdir. 3 gün ərzində 

sahili tərk etməyib, briqadanın  şəxsi heyətini ruhlandıraraq, cəsarət və 

qorxmazlıq rəmzi oldu. Göstərdiyi bu şücaətə və cəsarətə görə ona “Sovet 

İttifaqı qəhrəmanı” adı verildi. O Dneprodzerjinski və Moqilevin sayılan 

vətəndaşları siyahısına layiq görülüb.  

Vəzirov Aslan Fərhad oğlu müharibədən sonra Kaunas və Voronej 

şəhərlərində, 1965-ci ildən isə Bakıda yaşayıb. Böyük Vətən müharibəsi 

veteranları  şurasının sədri, Respublika Ali Sovetinin deputatı seçilib. O 

bir çox orden və medallarla təltif olunub, bunlardan 4 “Qırmızı Bayraq” 

ordeni, Polşanın “Qrunvaldın rıtsar xaçı” ordeni və s. adlarını  çəkmək 

olar. XXI əsrin başlanğıcında Bakı  şəhərində  rəhmətə gedib və orada da 

dəfn olunub. 

 



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin