242.
Kalankatuklu, M.
Alban tarixi [Mətn] /M.Kalankatuklu.- Ba-
kı: Elm, 1993.- 270 s.
II kitabın X fəslində Xosrov şahın Bizans imperatoru ilə müharibə
üçün öz ordularını səfərbərliyə alması məqsədilə paytaxt Bərdədə apardı-
ğı məşvərət və aldığı qərar haqqında, XIX fəsildə Cavanşirin iranlılarla
müharibədə Bərdə şəhərində olduğu haqqında, III kitabın XVIII fəslində
erməni və alban qoşunları tərəfindən Bərdənin mühasirəyə alınması və
darmadağın edilməsi barədə söhbət açılır [S. 92-95, 120-121, 199-201] .
243.
Kazımov, Q.
Azərbaycan dilinin tarixi [Mətn]: [Ən qədim
dövrlərdən XIII əsrə qədər] /Q.Kazımov.- Bakı: Təhsil, 2003.- 584 s.
Kitabın “Azərbaycan dilinin əmələ gəlməsi” adlanan IV fəslində
qədim Bərdə nahiyəsi əhalisinin aran [alban] dilində danışdığı haqqında
ərəb coğrafiyaşünaslarının fikirləri ilə tanış olmaq olar [S.337, 348].
Dostları ilə paylaş: |