BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə30/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   26   27   28   29   30   31   32   33   ...   542
Nuriyev A. 

 “Kommunizm yolu” - 1986 - 22 iyul  

 


 

66

B

ərd

ə  

şə

h

ər  

Ъ

üm

ə  m

əscidi 


 

67

Аллащ-Аллащ. (Бярдя тцрбяси. Нцшабя галасı) 


 

68

 

Ибращим мясъиди.  ВЫЫ-ЫХ яср


 

69

 

 

 

Ширванлы

 ща

мамы

. ХВЫЫЫ

-ХЫХ

 яср

 


 

70

Сяккизэушяли тцрбя. ХВЫЫЫ яср. Эцлоьлулар кянди 


 

71

Балабяйин

 еви

. ХЫХ

 яср

 


 

72

Торпаг

 гал

а. 

ВЫ

 яср

 


 

73

Ахсадан

 Баба

 тцрбяси

  ХЫВ

яср

 


 

74

U

ğurb

əyli

k

ənd

m

əscidi


 

75

Тяртяр

  чайынын

  кюрпцляри

 


 

76

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bərdə pulları


 

77

 

 

 

 

Xоvsuz xalça. Vərni Qarabağ (Bərdə)

 


 

78

 

BƏRDƏNİN  “YAŞIL  ABİDƏLƏRİ” 

 

Hansı daha qədimdir: Nüşabə  məqbərəsi, yoxsa Soltanbuddakı 

saqqız ağacları? Hansı daha qiymətlidir: Nüşabə məqbərəsi, yoxsa Soltan-

bud meşəsi?  

Bu müqayisə sizə qəribə gəlməsin. Ona görə ki, Soltanbud meşəsi 

də abidədir, Nüşabə məqbərəsindən, başqa tarixi yadigarlardan heç də az 

əhəmiyyət daşımır. Bircə fərq burasındadır ki, saqqız ağacları yaşıl abidə-

lərdir. Bu abidə ilin fəsillərinə uyğun olaraq dondan dona girir, yaşıllaşır, 

nəfəs alır. 

Nə qəribə görkəmi varmış saqqız ağaclarının! Bura elə bil nəhəng 

göbələklər aləmidir. Bir boyda, bir buxunda yerdən qalxıb, eyni vəziyyət-

də çətirlənib. Ya bəlkə qüdrətli bir əl bu ağacların budaqlarını bir bərabər-

də nizamlayıb?  

Evkalipt ancaq Avstraliyada bitdiyi kimi, saqqız ağaclarının beşiyi 

də Azərbaycandır. Soltanbud meşəsi dünyada ən böyük saqqız meşəsidir. 

Saqqız ağacı üst-üstə uzanan qoşa budaqlarından qəribə pilləkən yaradıb. 

Elə bil ki, üstdəki budaq uzandıqca “ayaqlarını” aşağıdakı budağın üstünə 

qoyurmuş. Sanki, gövdə duyub: – üstdəki budağı küləkdən qorumaq çə-

tindir, ona görə də, sınmasın deyə altdakı budaqdan ona möhkəm dayaq-

lar verib, ikisini üç-dörd yerdən bir-birinə “qaynaq” eləyib... Əgər mümkün 

olsaydı bu qoşa budaqların ucunu əyib rahat nərdivanla ağaca çıxa bilər-

sən. 


Soltanbud meşəsi 2.200 hektara yaxın sahəni tutur. Bu, böyük əra-

zidir. Lakin heç kəs inkar etməz ki, meşə keçmişdə daha böyük sahə tu-

turmuş. Elə indi də baxırsan ki, ara-sıra boş yerlər var. Belə yerlərdə 

ağaclar tədricən seyrəlir, yoxa çıxır. Meşələri bərpa etmək, seyrəkliyi ara-

dan qaldırmaq üçün son illər xeyli iş görülür. Üst-üstə 400 hektara qədər 

sahədə saqqız ağacları əkilmişdir.  

Bir qədər aşağıda yan-yana dayanmış qoşa təpələr – Soltanbud 

meşəsinin qoşa gözətçiləri görünür. Son vaxtlar bu uca təpələr hasara alı-

nıb. Dairəvi şəkildə arxlar çəkilib, arxlar boyunca isə şam ağacları əkilib. 

İndi təpələri yaşıl şamlar qucağında saxlayır. 

 

Mehdiyev X.  

“Kommunizm yolu” - 1976 - 18 sentyabr  

 



 

79

 

BƏRDƏ  PULLARI 



 

Pul – dövlətçiliyin ilkin şərtidir. 

VIII-IX və X əsrlərdə Bərdə şəhəri Azərbaycanın paytaxtı olmaqla 

bərabər, dünyanın ən böyük şəhərlərindən biri idi. Şəhərdəki sikkəxanada 

qızıl, gümüş və mis pul kəsilirdi. Mənbələr 767-ci ildə Xəlifə əl-Mənsurun 

dövründə Bərdədə qızıl, gümüş pul sikkələri kəsildiyindən xəbər verir.  

Professor E.A.Paxomov yazır: Azərbaycan və Arran sikkəxanala-

rında kəsilən sikkə uzaqlara, Şimalda – Rusiya, Almaniya, İsveç, Norveç, 

Baltik sahillərinə, həmçinin  Şərq ölkələrinə gedir, əvəzində  həmin ölkə-

lərdən xammal gətirilirdi. Arran ərazisində Abbasilərin ilk sikkələri hicri 

140-cı ildə Yəzdiyyədə və hicri 142-ci ildə (759/60-cı ildə) Bərdədə kə-

silmiş fels adlı sikkə idi. 

889-929-cu illərdə Saci sülaləsi Azərbaycanda hakim idi. Bu sülalə-

dən hakim olan Məhəmmədin, Yusifin və Fəhdin adına Bərdə şəhərində 

qızıl və gümüş (dinar və dirhəm) pul sikkələri kəsilmişdir.  

Saci sülaləsindən hakim olan Məhəmməd Afşinin (889-900) adına 

889-cu ildə Bərdə şəhərində kəsilmiş gümüş pul 1913-cü ildə Kiyev şə-

hərindəki dəfinədən tapılmışdır. Həmin ildə  Məhəmməd Afşinin adına 

Bərdə şəhərində kəsilmiş digər gümüş pul sikkəsi hazırda Azərbaycan Ta-

rixi muzeyində numizmatika fondunda saxlanılır. R.R.Fasmerin təsvirinə 

görə bu pul 1913-cü ildə Kiyevdə tapılmış pulun eynidir.  

901-ci ildə Bərdə şəhərində kəsilmiş gümüş pul 1913-cü ildə Esto-

niyanın Fridrixsqor dəfinəsindən tapılmışdır.  Əhməd Kəsrəvinin məlu-

matına görə Yusif İbn Abu Sacinin adına daha çox qızıl və gümüş pul kə-

silmişdir ki, R.R.Fasmer bu pulları 7 tipə ayırmışdır. Yusif Azərbaycanın 

ən güclü dövlət xadimlərindən olmuşdur.  

904-cü ildə Yusifin adına Bərdə şəhərində kəsilmiş qızıl pul Mosk-

va şəhərindəki Tarix muzeyində P.V.Zubovun kolleksiyasında saxlanılır.  

1835-ci ildə İsveçin Medel Pad əyalətindən tapılmış pul da 904-cü 

ildə Bərdə şəhərində kəsilmişdir.  

1886-cı ildə Pomarinidəki pul dəfinəsindən tapılmış gümüş pul da 

905-ci ildə Bərdədə kəsilmişdir.  

907 və 916-cı illərdə  Bərdə  şəhərində  kəsilmiş pullar 1868-ci ildə 

Vladimir quberniyasının Murova şəhərindəki dəfinədən tapılmışdır.  

Yusifin adına 902-ci ildə Bərdə şəhərində kəsilmiş pul 1840-cı ildə 

İsveçə məxsus Hotland adasının Botels burnunda tapılmışdır.  

910-cu ildə Bərdə şəhərində kəsilmiş 4,29 qram ağırlığında qızıl pul 

A. Markovun məlumatına görə imperator Ermitajının (hazırda Sankt-Pe-

terburq Dövlət Ermitajı) müsəlman pulları kataloqunda saxlanılır.  



 

80

Rusiya, İsveç, Pribaltika, Almaniya, Orta Asiya və bir çox ölkələr-

dən tapılmış sacilərin qızıl və gümüş pul sikkələri Azərbaycanın xarici öl-

kələrlə ticarət  əlaqələrində böyük rol oynamışdır. O vaxtlar Azərbaycan 

daxilində kiçik alver mis pullarla aparılırdı. Tarixi məlumatlardan aydın 

olur ki, Bərdənin dünyanın bir çox ölkələri ilə qarşılıqlı ticarət əlaqələri-

nin nəticəsidir ki, Bərdədə  kəsilmiş pullar dünyanın bir çox ölkələrində 

tapılır və həmin ölkələrin tarix muzeylərində nümayiş etdirilir.  

Həmin vaxtlar qədim Bərdə  şəhəri dünyanın  ən böyük, çiçəklənən 

şəhərlərindən biri olmaqla yanaşı, odlar diyarı Azərbaycanın elm və mə-

dəniyyət mərkəzi idi. Şəhərdə əhalinin sayı yüz min nəfərə çatırdı.  

XIII  əsrin  ərəb tarixçisi İbn  əl-Əsirin (1160-1234) “Əl-Kamil-Fit-

Tarix” kitabında da Bərdə şəhərinin tarixi keçmişi haqqında bir çox ma-

raqlı məlumatlara rast gəlmək olur. Həmin kitabda göstərilir ki, VII əsrdə 

ərəb sərkərdəsi Səlman  İbn-Rəbiyə  əl-Bahili Bərdə  şəhərinə  gəldi və 

şəhərin bir fərsəngliyində (6 kilometrliyində) olan Sərsur (Tərtər red.) ça-

yı üzərində əsgəri qərargah qurdu. Yerli əhali onunla bir neçə gün vuruş-

du. Nəhayət, şəhər əhalisi onunla Beyləgan sülhü bağladı. O, şəhərə girdi. 

   Həmin kitabda daha sonra göstərilir ki, VII əsrdə  Səid  əl-Hərəşi 

Xilatdan çıxıb yoluna davam etdi. Yol üstündəki hasarları və qalaları bir-

birinin ardınca fəth edərək Bərdəyə çatdı.  

Bəcirəvanda Səidin yanına bir nəfər ağ atlı  gəlib salam verdikdən 

sonra ondan soruşdu: “Ey əmir, sən cahad və qənimət istəmirsən?”  

Səid dedi: “Mən bunları haradan tapa bilərəm.” 

Atlı dedi: “Budur, burada xəzərlilərin 10 min əsgəri var. Yanlarında 

da müsəlmanlardan 5 min nəfər kişi, arvad və uşaq əsirdir. Özləri də siz-

dən 4 fərsəng məsafədə düşmüşlər.” 

Sonra kitabda göstərilir ki, Səid xəzərlilərə hücum etdi. Xəzərlilər 

tərəfindən əsir olunmuş müsəlmanları azad edərək özü ilə bərabər Bəcirə-

vana gətirdi. 

Kitabda hadisələrlə əlaqədar olaraq daha bir neçə yerdə Bəcirəvanın 

adı çəkilir. Bizcə, həmin Bəcirəvan hazırda rayonumuzun ərazisində yer-

ləşən Bəcirəvan kəndidir. Bu da bizə məlumdur ki, qonşu rayonların heç 

birisində Bəcirəvan adlı kənd yoxdur.  

Beləliklə, demək istəyirik ki, Azərbaycan dövlətçiliyi tarixində Bər-

dənin xüsusi rolu olmuşdur. Arranın, Albaniyanın nəinki sikkə siyasəti

ümumdövlət qurumu əsaslı öyrənilməlidir. 



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin