BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə4/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   2   3   4   5   6   7   8   9   ...   542
 

 


 8

 

BƏRDƏ  ŞƏHƏRİNİN  TARİXİ  ƏRAZİSİ, 

TƏŞƏKKÜLÜ  VƏ  ADININ  ETİMOLOGİYASI 

 

Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindəndir. Azər-

baycan həm də ulu tarixə malik şəhərlər diyarıdır. Həmin şəhərlərdən biri 

də vaxtilə ölkənin siyasi, iqtisadi və  mədəni mərkəzi – paytaxtı olmuş 

Bərdədir. Bərdə orta əsrlərdə Yaxın və Orta Şərqin nəhəng şəhərlərindən 

olmuşdur. 

Azərbaycanda qədim və orta əsr şəhərlərinin yaranması və əsas in-

kişaf xüsusiyyətləri,  şəhərin quruluşu, ictimai həyatı, hərbi-strateji möv-

qeyi, inzibati-idarə üsulu, sənətkarlıq və ticarəti, mədəniyyəti, xarici əla-

qələri və şəhər həyatı ilə bağlı digər məsələlər tarix elmimiz üçün vacib, 

habelə mühüm elmi axtarışlar tələb edən məsələlərdir.  

Mənbələr, arxeoloji materiallar və etnoqrafik müşahidələr əsasın-

da aparılmış  tədqiqat Bərdənin çoxəsrlik və  zəngin tarixə malik olması 

qənaətinə  gəlməyə imkan verir. Cənubi Qafqazda, qədim və beynəlxalq 

ticarət yollarının kəsişdiyi yerdə yaranaraq inkişaf etmiş  Bərdə  şəhəri 

Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oy-

namışdır. Bərdə orta əsrlərdə, mənbələrin dili ilə desək, “Arranın anası” 

olmuşdur. Yeri gəlmişkən, ərəb mənbələrində indiki Cənubi Azərbaycan 

“Azərbaycan”, Albaniya isə “Arran” adlandırılmışdır.  

Bərdə şəhəri dünyanın ən qədim insan məskənlərindən olan Azıx 

yaşayış məskəninə yaxın bir ərazidə – Kür və Tərtər çayları arasında sa-

lınmışdır.  

Bərdə ərazisinin coğrafi təsviri haqqında ilkin məlumata yunan və 

latın mənbələrində – Strabonun coğrafi təsvirində, Ptolomeyin “Coğrafiya 

dərsliyi”ndə, Böyük Pliniyin “Təbiət tarixi”ndə rast gəlinir. Albaniyaya 

aid həmin təbii-coğrafi təsvirlər,  şərhlər qədim Bərdə  ərazisinin təbii-

coğrafi  şəraiti və eyni zamanda təbiətinin özünəməxsus xüsusiyyətləri 

haqqında ümumi nəticə çıxarmağa imkan verir. Bu baxımdan Strabonun 

“Coğrafiya” əsərindəki Albaniya ərazisinin etnonim, toponim, oronim və 

hidronimlərinə aid məlumatlar böyük maraq doğurur. 

I əsrdə yaşamış yunan alimi Strabon Kür çayı haqqında danışarkən 

qeyd edir: “Çay suları daşarkən sahilləri daşlarla doldururdu”. Çox güman 

ki, həmin fikir Kür çayının yuxarı axını boyuna aiddir. Arxeoloji qazıntı-

lar zamanı məlum olur ki, Bərdəyə yaxın ərazidə su selinin yuduğu yer-

lərdə yarğanlar əmələ gəlmiş və çay qumu təbəqələri əraziyə yayılmışdır.  

Kür çayı sahilinin yaşayış üçün təbii cəhətdən tarixən daha əlve-

rişli olduğu məlumdur. O da məlumdur ki, Kür çayı daşarkən sahillərinin 

subasması bir neçə kilometrə qədər çatırdı. Bəlkə də buna görə də Bərdə 

şəhəri Kür çayının lap sahilində deyil, bir qədər aralıda salınmışdır. Bu 



 9

barədə müəyyən mülahizələr söyləmək mümkündür. Ərazinin hidronomi-

yası və digər təbii xüsusiyyətləri göstərir ki, Kür tarixən bol sulu, coşqun 

axan çay olmuşdur. Mənbəyini uzaqlardan götürən, sürətlə axan bu çay 

düzən ərazilərdə məcrasından çıxaraq sahillərindəki meşəlik və kolluqları 

yuyub aparır, yerində göllər və təbii kübrələnmiş torpaqlar qalırdı. Bu da 

əkinçilik – taxılçılıq və bostançılıq üçün əlverişli idi. Kürün sularından 

təbii və süni suvarma sistemlərindən istifadə etməklə  təsərrüfat yaradıl-

ması əlverişli olsa da çayın düzənlik hissəsində, onun lap kənarında şəhər 

bünövrəsi qoymaq əlverişli deyildi. 

Tərtər çayı isə mənbəyini Bərdədən çox da uzaqda olmayan Qaf-

qaz dağlarından götürərək iti və güclü axını ilə daşları yuyub gətirən coş-

qun dağ çayı olmuşdur. O, daşıb sahillərini basır, bəzən məcrasını da xey-

li məsafədə birdəfəlik dəyişirdi. Çayın yatağı ətrafında həmin izlər indi də 

qalmaqdadır. Hətta çayın yatağının və onun üzərindəki körpünün yerləş-

məsindən ilk baxışda çayın vaxtilə hansı istiqamətdə axdığını müəyyən-

ləşdirmək mümkün olmur. Tərtər çayının yaz fəslində gur sulu olduğunu 

və sürətlə axdığını görənlər, onun həmin vaxt daşarsa, hər hansı bir yeri – 

şəhər və ya kəndi bir anda yuyub apara biləcəyini təsdiq edə bilərlər. An-

caq bütün bunlarla yanaşı, hər iki çayın resurslarından geniş istifadə edil-

diyi güman olunur.  

Roma ensiklopediyaçısı Pliniy Sekund Albaniyanın bir çox hidro-

nimlərindən, o cümlədən Kür çayı  və onun qollarından bəhs edir. Yeni 

eranın II əsrində yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomey Albani-

yada 29 şəhərin və 5 çayın adını çəkir. 

Bu məlumatlar Bərdənin yerləşdiyi təbii-coğrafi ərazi haqqında ta-

rixi mənbədə verilən ilkin və qiymətli məlumatlardır. Bərdə şəhəri yaxın-

lığında yerləşən Kalankat kəndindən olan VII əsrdə yaşamış alban tarixçi-

si Musa Kalankatlı Bərdə ərazisi haqqında daha geniş, tarixi əhəmiyyətli 

və maraqlı məlumatlar verir. Əsərinin əvvəlində Albaniyanın coğrafi yeri 

və  təbiətindən bəhs edən M.Kalankatlı göstərir ki, bu ölkənin paytaxtı 

Bərdə şəhəridir. M.Kalankatlı əsərinin sonrakı bölmələrində də bəzi hadi-

sələri şərh edərkən Bərdə ərazisinin təbiəti haqqında geniş təsəvvür yara-

dır. Məsələn, o, III Vaçaqın dövründə Kürsahili qalın meşələr, şəhərətrafı 

bağlar, istirahət və ov yerləri haqqında, həmçinin Kür çayının təbii xüsu-

siyyətləri, onun sahillərinin vətəgələr üçün yararlılığı barədə, bölgənin tə-

bii  şəraiti, sərvətləri və  təsərrüfatı haqqında məlumatlar verir. M.Kalan-

katlı yazır: “Dağlararası düzləri keçib Uti vilayətinin gözəl, hamar və bə-

rəkətli düzənliklərinə enəndə,...”. Burada verilən təbii-coğrafi ərazi təsviri 

Bərdə  ərazisinin təsviridir. Bərdənin təbii  şəraiti haqqında buna bənzər 

məlumatlara əsərin başqa yerlərində də rast gəlinir. 

Bərdə  ərazisinin təbii xüsusiyyətləri haqqında yunan, latın və al-

ban mənbələrində olduğu kimi, ərəb, fars və türk dilində olan mənbələrdə 



 

10

də dəyərli məlumatlar vardır. Həmin mənbələr əsasən coğrafiyaşünasların 

və  səyyahların  əsərləri olduğundan, onlardan da Bərdənin təbii-coğrafi 

xüsusiyyətlərinə dair məlumat almaq mümkündür. Fars dilində yazılmış 

“Hüdud-əl-aləm”də bildirilir ki, “...Bərdə böyük və  zəngin  şəhərdir. O, 

Arranın paytaxtı və bu əyalətin şahının daimi iqamətgahıdır. Orada, onun 

ətrafında meyvə və taxılla zəngin olan geniş, çiçəklənən əkinlər var. Ora-

da tut ağacları çoxdur”. 

Ərəb müəllifləri də Bərdənin təbii-coğrafi ərazisi və s. barədə ma-

raqlı məlumatlar verirlər. Məsudi bildirir ki, “Kür çayı Tiflis ölkəsindən 

və Curzan torpaqlarından, Suqdəbil  şəhərindən, sonra isə  Bərdə vilayə-

tindən axır”. O, daha sonra qeyd edir ki, “Kür öz yolunu Bərdənin üç mil-

liyindən davam etdirir və onun əyalətlərindən biri olan Beyləqanın yanın-

dan keçir”. Əbu-Duləf Bərdədə müalicə əhəmiyyətli isti su bulaqlarından 

danışır. Əl-Fəqih Bərdənin təbii sərvətlərindən bəhs edərək yazır: “Arran-

da civə, mis kuprosu, mis və gümüş-qurğuşun yatağı vardır. Ora yerli fıs-

tıq, şabalıd və çox gözəl şeylər düzəldilən tozağacı ağacları ilə zəngindir; 

həmin tozağacı  ağacları  Bərdə ölkəsindəki ağac və kollarla zəngin olan 

qalın meşələrdədir. Ər-Rəhman adlanan bu meşə Xəzərə qədər uzanır və 

Xavarəzm ölkəsinə daxil olur”. İbn Rusta isə qısaca olaraq qeyd edir ki, 

“Kür çayı Albanlar ölkəsindən axır, Tiflis və  Bərdənin yanından keçir, 

Təbəristan dənizinə tökülür”. İstəxri Bərdənin təbii xüsusiyyətlərinə görə 

digər şəhərlərdən fərqləndiyini qeyd edərək yazır ki, “Arranda Bərdə, Bab 

əl-Əbvab və Tiflisdən böyük şəhər yoxdur. Beyləqan, Varsan, Bərdinc, 

Bərzənc, Şamaxı, Şirvan, Abxaz, Şabran, Qəbələ, Şəkki, Gənzə, Şəmkir, 

Xunan böyüklüyünə, çiçəklənməsinə və məhsullarına görə çox da diqqəti 

cəlb edən  şəhərlər deyil. Kür çayının suyu şirin, sağlam və yüngüldür”. 

İstəxri xüsusi olaraq bildirir ki, Bərdə “sağlam iqlimli, münbit, çoxlu əkin 

sahəsi və bol meyvəsi olan yerdir. İraqla Xorasan arasında Rey və  İsfa-

handan sonra Bərdədən daha münbit (torpaqlı), əlverişli mövqe tutan bir 

şəhər yoxdur. Buradan bir fərsəxdən də az məsafədə, onunla yaxşı müna-

sibətdə olan əl-Əndərab adlanan yer vardır. Bura Kərnə, Ləsub və Yəqtan 

arasındadır və sahəsi bir günlük yol ərazisini tutur. Bura hər cür meyvəli 

bostan və bağlarla doludur”. İbn Hövqəl Bərdənin təbii şəraiti və ərazisi-

nin təbii xüsusiyyətləri haqqında belə məlumat verir: “Bərdə şəhərinə gəl-

dikdə, bura Ümmu-Arrandır (Arranın anası) (paytaxtı) və bu yerlərin ən 

yaxşısıdır... Bura parlaq vəziyyətdə və çox yaxşı haldadır. Bu isə onun saf 

havasından, məhsuldarlığından,  əkinlərin, meyvə  ağaclarının və çayların 

çoxluğundan irəli gəlir. Rey və İsfahandan sonra İraqla Təbəristan arasın-

da Bərdə tək böyük və məhsuldar, tutduğu mövqe və xəzinəyə verdiyi gə-

lirə görə yaxşı yer yoxdur”. Müqəddəsinin məlumatı: “O ki qaldı Arrana, 

o, vilayətin üç hissəsini, Arras çayı ilə dəniz arasındakı yarımadanı tutur, 

Məlik (Kür) çayı vilayəti ortadan bölür. Onun paytaxtı  Bərdə  şəhəridir. 



 

11

Bərdə baş  şəhərdir... Bərdədə  şəhəri kəsib keçən çay var, Kür çayı isə 

şəhərdən iki fərsənglikdədir. Bərdə gözəl  şəhərdir”.  İstəxri və  İbn-Xor-

dadbeh Arran və Kürlə bərabər Kərnə (Gərnə) sözlərini işlədir ki, bu da 

Bərdənin toponimlərinə aid məlumatı zənginləşdirir. 

Bərdənin coğrafi yeri haqqında İbn Rusta bildirir ki, “Adərbaycan: 

... Bərdaa, Nəşəva, Sisacan, Arzan, Xilat beşinci iqlimdədir”. 

Yaqut əl-Həməvinin yazdığına görə, “Kitab əl məlhəmə” əsərinin 

müəllifi danışıb ki, Bərdə şəhəri yetmiş doqquz dərəcə otuz dəqiqə uzun-

luq, qırx beş dərəcə en dairəsində, altıncı iqlimdə yerləşir. Əbu Avn isə öz 

astronomik cədvəlində Bərdəni beşinci iqlimin yetmiş dərəcə uzunluq və 

qırx üç dərəcə endə göstərir. Əl-Biruni “Məsud cədvəli”ndə Bərdəni be-

şinci iqlimdə göstərir və qeyd edir ki, Bərdə Kür çayı yaxınlığındadır. 

Əl-İdrisi coğrafi  ərazilər haqqında danışarkən qeyd edir ki, “Be-

şinci iqlimin altıncı hissəsinin  əhatə etdiyi yerlərə... Azərbaycanın bəzi 

şəhərləri və bütün Arran daxildir. Biz buna Bərdə şəhərinin təsviri ilə baş-

layırıq. Çünki bura Arran ölkəsinin paytaxtıdır. Bu şəhər çox böyükdür, 

onun uzunluğu 3 milə qədərdir, eni də bundan az deyildir”. 

Həmdullah Qəzvini də Bərdəni beşinci iqlimə aid edir və göstərir 

ki, Bərdənin “yerləşdiyi coğrafi yer uzunluğu 80, eni 40 dərəcə 20 dəqi-

qədir...” Sonra müəllif yazır: “Suyu kiçik çaydan götürürlər ki, o da Tərtər 

(adı ilə) tanınır”. Həmdullah Qəzvini Bərdə şəhərinə məxsus olan yay iqa-

mətgahından da bəhs edir: “Hərik – Bərdəyə yaylaq (yay iqamətgahı) ki-

mi qulluq edir və o çox cazibədar və gözəl yerdir, bulaq suları, zəngin ya-

şıllıq və ov üçün yerlərlə zəngindir. Bərdə əhalisi yayda oraya gedir, qışda 

isə şəhərə qayıdır”. 

Məcdəddin  əl-Hüseyni (Məcidi) də  Bərdənin beşinci iqlimə aid 

olduğunu qeyd edir. 

Bərdənin koordinatları Nəsirəddin Tusinin və Uluqbəyin astrono-

mik bölgülərə aid cədvəlində də verilmişdir. 

Bərdə şəhərinin gözəlliyinin təsvirinə Nizami Gəncəvinin “İsgən-

dərnamə” poemasında da rast gəlirik: 

 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin