162
İBRAHİMOV ELÇİN
CÜMŞÜD OĞLU
İbrahimov Elçin Cümşüd oğlu 25 oktyabr
1960-cı ildə Bakı şəhərində məşhur neftçi
ailəsində anadan olmuşdur.
Onun atası Respublikanın Əməkdar neftçisi
Cümşüd Qulu oğlu İbrahimov uzun illər
neft sənayesində çalışmış, ömrünün axırına
kimi neft və qaz yataqlarının mənimsənil-
məsində böyük xidmətlər göstərmiş, gənc
neftçi kadrların yetişdirilməsində əvəzedilməz rolu olmuşdur.
İbrahimov Elçin Cümşüd oğlu 1981-ci ildə Ç.İldırım adına Azər-
baycan Politexnik institutunun “Avtomobillər və avtomobil təsərrüfatı”
fakültəsinə qəbul olmuş və 1986-cı ildə institutu bitirdikdən sonra gənc
mütəxəssis kimi təyinatla Xəzərdənizneftqaz İstehsalat Birliyinin 1 saylı
Texnoloji nəqliyyat idarəsinə göndərilmişdir, o orada böyük dispetçer, qa-
raj rəisi, baş mühəndis vəzifələrində çalışmışdır. İşdə göstərdiyi xidmət-
lərə görə 1993-cü ildə ona etibar edilərək, Azərbaycan Respublikası Döv-
lət Neft Şirkətinin Avtonəqliyyat və Xüsusi Texnika Baş İdarəsinin rəisi
vəzifəsinə təyin edilmişdir. ARDNŞ-də struktur dəyişiklikləri edildikdən
sonra adı çəkilən Baş idarə Avtomobil, dəniz nəqliyyatı və xüsusi texnika
şöbəsinə çevrilmiş və 1994-cü ildən həmin şöbəyə rəhbərlik etmişdir.
E.C.İbrahimov ARDNŞ-in balansında olan 7 mindən çox müxtəlif təyinatlı
avtonəqliyyata, dəniz nəqliyyatı və xüsusi texnika vasitələrinin struktur
bölməsində nəqliyyat xidmətinin təşkilinə, təmir işlərinin aparılmasına və
yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə rəhbərlik edir. Onun rəh-
bərliyi nəticəsində son illərdə nəqliyyat və sənayenin digər sahələrində
texnikanın istismarında səmərəlilik artırılmış, yanacaq – sürtkü material-
larından istifadə edilməsinə nəzarət gücləndirilmiş və bunun nəticəsində
ARDNŞ üzrə yanacağın sərfi azaldılmışdır.
E.C.İbrahimov ARDNŞ-də yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi üzrə komissiyanın sədri kimi vacib sahəyə də rəhbərlik edir.
Onun tələbkarlığı nəticəsində son illərdə ARDNŞ üzrə yol nəqliyyat ha-
disələrinin sayı xeyli azalmışdır.
E.C.İbrahimov Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şura-
sının 94 nömrəli 01.01.1999-cu il tarixli qərarı ilə Neft və Qaz sənayesinin
inkişafında xüsusi xidmətlərinə görə fəxri fərmanla və Azərbaycan Res-
publikası Prezidentinin 3049 nömrəli 18.09.2008-ci il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib.