158
HÜSEYNOV AFİQ
TAPDIQ OĞLU
Afiq Hüseynov 1962-ci il noyabrın
18-də Bərdənin Arabaçılar kəndində ana-
dan olub. 1977-ci ildə Qaradırnaq kənd
orta məktəbinin 8-ci sinfini bitirdikdən
sonra Bakıda fizika-kimya təmayüllü orta
məktəbdə oxuyub. 1979-cu ildə məktəbi
fərqlənmə attestatı ilə bitirərək N.Nəri-
manov adına Azərbaycan Tibb Universi-
tetinin Pediatriya (Uşaq xəstəlikləri) fa-
kültəsinə daxil olub. 1985-ci ildə universiteti fərqlənmə diplomu ilə biti-
rərək Biokimya kafedrasında işə başlayıb. 1986-89-cu illərdə Moskvada
Pediatriya və Uşaq Cərrahlığı Elmi-tədqiqat İnstitutunun aspiranturasında
oxumuşdur. 1989-cu ildə müəllimi professor Yuri Veltişevin rəhbərliyi ilə
dissertasiya müdafiə edərək tibb elmləri namizədi adını almışdır. 1994-cü
ildə 32 yaşında tibb elmləri doktoru, alimlik dərəcəsi almışdır.
1992-ci ildə Afiq Hüseynov Türkiyənin Egey Universitetindən iş-
ləmək təklifi aldı. Bundan sonra doktor A.Hüseynovun həyatının və elmi
fəaliyyətinin yeni mərhələsi başlandı. Artıq o, dünyanın tibb ictimaiyyəti-
nin diqqətini cəlb etmişdi. İtaliyada, Fransada elmi mühazirələr oxuyurdu.
Türk, ingilis, italyan və rus dillərini mükəmməl bilməsi onun imkanlarını
daha da genişləndirir. Artıq dünyanın 97 ölkəsində onun elmi məqalələri
dərc olunmuşdur.
1999-2000, 2002-2003-cü illərdə Italiyada, 2003-cü ildə Fransada,
2004-cü ildə Avstraliyada, 2005-ci ildə Amеrikada, 2006-cı ildə Hоllan-
diyada həmin ölkələrin dəvətilə çalışmışdır.
1999-cu ildə Türkiyənin vətəndaşlığını qəbul edərkən Bərdəli so-
yadını götürmüşdür.
Afiq Hüseynov Türkiyənin Egey Universiteti tibb fakültəsi mole-
kulyar genetik laboratoriyasının yaradıcılarından biri və bu laboratoriya-
nın elmi işçisidir. Bununla belə, onun fəaliyyəti təkcə elmi yaradıcılıqla
məhdudlaşmır. Türkiyədə o, həm də savadlı uşaq həkimi kimi məşhurla-
şıb. Müxtəlif xəstəliklərin müalicəsində müvəffəqiyyətlə tətbiq оlunan 12
mutasiya ixtira еtmişdir ki, bеynəlxalq еlm aləmində «Bərdəli A» adı ilə
məşhurdur.
Moskva Tibb Universitetinin professoru Yuri Veltişev öz tələbə-
sinin – indi az qala bütün dünyada tanınan tibb elmləri doktoru, professor
159
Afiq Hüseynovun elmi nailiyyətlərini, tədqiqatlarını, onun nəticələrini
daim izləyir, tələbəsi ilə fəxr edir.
Elə ilk tanışlıqdan, ilk söhbətdən İ.Doğramacı Afiqin ağlına, zəka-
sına, tibb sahəsindəki biliyinə heyranlığını gizlətməmiş, sonralar onun iş-
ləri ilə müntəzəm maraqlanmışdır.
Professor, doktor Afiq Bərdəli bütün həyatını insanların, gələcək
nəsillərin sağlamlığına həsr edib. Onun həyat amalı ancaq budur.
Doktor Afiq Hüseynov öz arzusunu Azərbaycanda gerçəkləşdir-
mək fikrindədir. O, həm də respublikamızda Türkiyədəki kimi molekul-
yar genetik laboratoriya yaratmaq istəyir. Bərdəni, doğma kəndini də
unutmur. İşinin çoxluğuna baxmayaraq, ildə heç olmasa bir dəfə elini-
obasını, qohum-əqrabasını, dostlarını, tanışlarını yad edir.