BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə77/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   73   74   75   76   77   78   79   80   ...   542
HACIYEV  QASIM 

ƏHƏD  OĞLU 

 

Hacıyev Qasım Əhəd oğlu 1950-ci ildə 



Bərdə rayonunun Hacıalılı kəndində ana-

dan olub.  

1970-1974-cü illərdə Azərbaycan Döv-

lət Pedaqoji İnstitutunun (indiki APU) 

Tarix fakültəsini (əyani) bitirib. 1984-

1987-ci illərdə Azərbaycan Elmlər Aka- 

demiyası Tarix İnstitututunun aspiranturasını (əyani) bitirib.  

1990-cı ildə Kemerova Dövlət Universitetinin İxtisaslaşdırılmış 

Müdafiə Şurasında «Şabran şəhərinin şüşə məmulatı (IX – XVII əsrlər)» 

mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri 

namizədi alimlik dərəcəsi alıb.  

1990-1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoq-

rafiya sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində 

çalışıb. 1997-ci ildən Tarix İnstitutunun aparıcı elmi işçisi, şöbə müdirinin 

müavini vəzifəsində işləyib. 

2000-ci ildə «Bərdə  şəhərinin tarixi (e.ə.III-b.e.XVIII  əsri)» adlı 

monoqrafiyasını nəşr etdirib.  

2003-cü ildə Azərbaycan MEA Tarix İnstitutunda yaranmış 

«Qarabağ tarixi» şöbəsinin müdiri vəzifəsinə seçilib. Hazırda həmin vəzi-

fədə çalışır və Qarabağın tarixinə dair tədqiqat aparır. 2006-cı ildə Azər-

baycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitu-

tunun Birləşdirilmiş Elmi Şurasında «Bərdə  şəhərinin tarixi (e.ə.III  əsr-

b.e.XVIII əsri)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, tarix 

elmləri doktoru alimlik dərəcəsi almışdır. 

Qasım Hacıyev 2000-ci ildə çap olunmuş «Bərdə  şəhərinin 

tarixi (e.ə.III əsr-b.e.XVIII əsri)» və 2006-cı ildə çap olunmuş «Bər-

də  şəhərinin tarixi (e.ə.IV  əsr-b.e.XIX  əsri) adlı 2 monoqrafiyanın, 

50-dən artıq elmi məqalənin müəllifidir. 

1992-ci ildən Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində 

Azərbaycan tarixi, Arxeologiya, Türk xalqlarının tarixi fənləri üzrə müha-

zirələr oxuyur.  



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin