“ Müasir tarix” fənninin predmeti və vəzifələri Plan



Yüklə 19,76 Kb.
tarix02.01.2022
ölçüsü19,76 Kb.
#43033
Müasir tarix pred


“ Müasir tarix” fənninin predmeti və vəzifələri

Plan:

1.Kursun predmeti və vəzifələri.

2.”Avropa və Amerika ölkələri tarixi” fənninin xronologiysı.

3.Tarixşünaslıq.

Ədəbiyyat:
1.Qasımlı M.Avropa və Amerika ölkələrinin müasir tarixi.B.2003.

2.Müstafayeva S.Avropa və Amerika ölkələrinin ən yeni tarixi.I hissə.B.2010.

3.Всемирная история.М.1997.

4.История новейшего времени стран Европа и Америка. 1918-1945.М.1989.

5.Новейшая история.1917-1939.М.1956.

6.Хрестоматия по новейшей истории.М.1960-1961.

7.Язьков Е.Ф.История стран Европа и Америка в новейшее время.1918-1945.

 

Müasir tarixin mövzusunu Avropa və Amerika ölkələrinin I dünya müha- ribəsinin başa çatmasından dövrümüzədək siyasi,iqtisadi,hərbi,mədəni və bey-nəlxalq əlaqələr tarixi təşkil edir.



Avropa və Amerika ölkələrinin müasir tarixi xronoloji baxımdan iki dövrə bölünür:I dövr 1918-1945-ci illəri əhatə edir.II dövr isə İkinci dünya müharibəsinin başa çatmasından hal-hazıradək davam etməkdədir.I dövr 5 mərhələyə ayrılır.I mərhələ:1918-1923-cü illəri əhatə edir.Bu mərhələdə I dünya müharibəsinin yekunu olaraq dünyanın nəhəng imperiyaları-Rusiya,Almaniya,Avstriya-Macarıstan və Osmanlı imperiyaları dağıldı,onların süqutu nəticəsində dünyanın siyasi xəritəsində yeni dövlətlər yarandı.Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə dünyada iki sistem-kapitalizm və sosializm sistemləri arasında mübarizə başlandı.Yeni Rusiyanın Antanta dövlətləri tərəfindən tanın- maması,xüsusilə,bolşevik Rusiyasının Paris sülh konfransında iştirakdan kənarlaşdırılması mübarizənin kəskin xarakter aldığını göstərirdi.Versal-Vaşinqton sisteminin yaradılması dünyanın müharibədən sonrakı quruluşunu müəyyən etməklə yanaşı,qalib dövlətlərlə məğlub dövlətlər arasında ziddiyyətləri tamamilə həll etmədi.

Nəzərdən keçirilən dövrdə Qafqaz problemləri, xüsusilə,Azərbaycan məsə-

ləsi də mühüm yer tutur.Buna görə də AXC-nin beynəlxalq münasibətlər siste- mində mövqeyi müəyyənləşdirilir,onun süqutunun səbəbləri göstərilir.

II mərhələ-1924-1928-ci illəri əhatə edir.Bu mərhələ kapitalizmin inkişafının nisbi sabitləşməsi ilə xarakterizə olunur.Ayrı-ayrı kapitalist ölkələrində müharibənin ağır nəticələri aradan qaldırılır,bərpa-quruculuq prosesi başlanır, burjuaziyanın rəhbərliyi altında idarəetmə sistemləri möhkəmləndirilir, eyni zamanda fəhlə hərəkatı da güclənir,həmçinin,milli məsələ siyasi müstəviyə gətirilir.Bundan başqa bəzi ölkələrdə faşist təşkilatları formalaşma dövrünü başa çatdırır,habelə,hakimiyyətə gələrək siyasi idarəetməni ələ keçirirlər.Qeyd edilən dövrdə imperiya və müstəmləkələr arasında münasibətlər də yeni forma və məzmun kəsb edir.Nisbi sabitləşmə illərində beynəlxaq münasibətlər güc ami- lindən qarşılıqlı anlaşmaya keçidlə xarakterizə olunur.

III mərhələ-1929-1933-cü illəri əhatə edir.1929-cu ildə ABŞ-da başlanmış iqtisadi böhran tezliklə Avropa dövlətlərinə də təsir göstərdi.Hələ kapitalizmin nisbi sabitləşməsi dövründə əldə edilən nailiyyətlər dünya iqtisadi böhranı illərində böhranın təsirinə məruz qaldı.Sənaye və kənd təsərrüfatında gerilik yalnız 1933-cü ildə aradan qaldırıldı və bu sahələrdə göstəricilər 1913-cü il səviyyəsinə çatdı.

Həmçinin,böhran illərində müstəmləkə xalqlarında milli-azadlıq hərəkatı yüksəldi və imperiya hökumətini sarsıtdı.Dünya iqtisadi böhranı ayrı-ayrı dövlətlərdə partiyalararası ziddiyyətləri dərinləşdirdi,fəhlə hərəkatını gücləndirdi.

IV mərhələ-1933-1939-cu illəri əhatə edir.Yeni mərhələdə beynəlxalq ziddiyyətlər dərinləşərək kapitalist dövlətləri arasında yeni blokların formalaş- masını başa çatdırdı.Faşizmin hakimiyyətə gəlməsi və onun yeritdiyi siyasət Avropada və habelə,dünyada böyük təhlükələrə səbəb oldu.SSRi-nin timsalında Sovet dövlətinin faşist təcavüzünə hazır olmaması yeni diplomatik addımların atılmasını tələb edirdi.Bir sıra dövlətlərdə Xalq Cəbhələrinin və bu tipli təşkilatların yaranması beynəlxalq ziddiyyətlərə təsir göstərsə də, yeni dünya münaqişəsini aradan qaldıra bilmədi.Faktiki olaraq dünya xalqları müharibə təh-

lükəsi ilə qarşılaşmalı oldu.

V mərhələ-1939-1945-ci illəri əhatə edir.Bu mərhələ isə İkinci dünya müharibəsinin başlanmasından müharibənin sonunadək davam edir ki,bu illərdə xalqlar arasında ziddiyyətlər müharibə ilə nəticələnir və müharibənin yekunu olaraq dünyanın siyasi xəritəsində dəyişikliklər baş verir.Müharibənin I dövründə hərbi əməliyyatlar yalnız kapitalist dövlətləri arasında getdiyi halda,II dövrdə Sovet dövləti də müharibəyə cəlb olunur.Müharibənin son mərhələsində isə faşist Almaniyasının darmadağın edilməsi başlanır,ABŞ-Sovet-ingilis diplomatiyasının vahid cəbhədə mübarizəsi alman faşizmini və yapon militarizmini tamamilə məhv

edir.


II dövr isə dörd mərhələyə bölünür: I mərhələ 1946-cı ildən 50-ci illərin son-

larınadək davam etmişdir.Bu mərhələdə dünya sosializm sistemi formalaşmış,Şərqi Avropa və bir neçə Asiya ölkəsində sosialist inqilabı baş vermişdir. Həmçinin, Latın Amerikası ölkələrində demokratik antifaşist hərəkat güclənmiş,Asiya və Afrika ölkələrində milli-azadlıq mübarizəsi genişlənmişdir.Eyni zamanda “Soyuq müharibə” başlanmış və 40-cı illərin sonlarına doğru iki sistem arasında münasibətlər gərginləşmişdir.50-ci illərin əvvəllərindən etibarən isə antiimperialist hərəkat daha da güclənmiş,kolonial sistemin dağılması prosesi sürətlənmiş,Kubada xalq inqilabı qalib gəlmişdir.

II mərhələ XX yüzilliyin 50-ci illərinin sonlarından 70-ci illərinin sonla- rınadək əhatə edir.Qeyd edilən illərdə “Soyuq müharibə” davam etmiş,ABŞ Vyetnama qarşı təcavüzkar müharibə aparmış,kapitalist ölkələrində dövlət-monopolist tendensiya hakim ideologiyaya çevrilmişdir.Latın Amerikası ölkələrində isə ABŞ-ın yeritdiyi siyasət demokratik qüvvələri boğmağa yönəlmiş,lakin ,Kuba inqilabının qələbəsi antiimperalist hərəkatın genişlənməsinə təkan vermişdir.Asiya və Afrika ölkələrində isə milli-azadlıq hərəkatı daha da kəskin xarakter almışdır.70-ci illərin əvvəllərindən etibarən dünya dövlətləri arasında əməkdaşlıq meylləri artmış, qarşılıqlı anlaşma üçün şərait yaranmış,eyni

zamanda demokratik antifaşist hərəkat davam etmişdir.Bu baxımdan,Portuqaliyada

demokratik antifaşist inqilabını xüsusi göstərmək olar.Latın Amerikasının Çili,Peru,Panama kimi dövlətlərində inqilabı mübarizə dərinləşmişdir.Asiya və Afrika ölkələrində milli-azadlıq mübarizəsi bütün istismarçılara qarşı mübarizəyə çevrildi.

70-ci illərin sonlarından 80-ci illərin sonlarınadək davam edən III mərhələdə isə nüvə müharibəsi təhlükəsi aradan qaldırılmış,80-ci illərin ortalarından etibarən SSRİ-də həyata keçirilən islahatlar sosializmi movcud böhrandan çıxara bilməmiş, Varşava Müqaviləsi təşkilatı dağılmış,Sovet və Qərb sistemləri arasında gedən mübarizə sosializmin məğlubiyyəti ilə başa çatmışdır. Beynəlxalq münasibətlərdə

gərginliyin aradan qaldırılması ikiqütblü dünyaya keçidlə nəticələnmişdir.Bu mərhələnin başlıca xüsusiyyəti də bundan ibarət idi.Onu da qeyd etmək lazımdır ki,SSRİ-nin ayrı ayrı müttəfiq respublikalarında genişlənən xalq hərəkatı da İttifaq dövlətinin dağılmasında az rol oynamadı.

Nəhayət,90-cı illərin əvvəllərindən hal-hazıradək IV mərhələ əhatə edir.Bu mərhələdə Sovet İttifaqı məkanında müstəqil dövlətlər formalaşmış,həmin dövlətlərdə bazar iqtisadiyyatına keçid baş vermiş,Qərb dövlətlərində yeni müstəqil respublikalarla əməkdaşlıq əlaqələri yaratmaq meylləri müqavilə və sazişlərlə nəticəlnmiş,dünya vahid məkanda idarə olunmağa başlamışdır.Həmçinin, bu dövrdə dünyada üç güc mərkəzi-ABŞ,Avroa İttifaqı və Yaponiya foralaşmışdır.

XXI əsrin ilk onlliyi göstərdi ki,yeni əsr beynəlxalq birliyin qarşısına həlli çox vacib məsələlər qoymuşdur ki, bunların öhdəsindən yalnız əməkdaşlıq sayəsində gəlmək mümkündür.Artıq,bu istiqamətdə aparıcı dünya dövlətləri səyləri artıır,beynəlxalq münasibətlər yeni məna kəsb edir.Bütün bunlar bir daha göstərir ki,dövlətimizin də cəlb olunduğu qloballaşmanın zamanı çatmışdır.

Avropa və Amerika ölkələrində müasir tarixinin öyrənilməsi cəmiyyətin inkişafının qanunauyğunluqlarını,beynəlxalq aləmdə baş verən mürəkkəb ictimai-siyasi prosesləri dərk etməyə və praktik nəticələr çıxarmağa kömək edir.Belə ki, dünya tarixinin bu mərhələsi Qərb,Sovet və müasir tarixçilər tərəfindən ciddi araşdırılmış və tədqiqatlar davam etdirilməkdədir.Bu baxımdan Enmio Di Nolfo-

nun “The history of international relations.1918-1933” ,Peterham Lizin “Britain in the 20-th centry”, Raul R. Viotti,Mark V.Kappinin “International relations and Word Politics” əsərlərini,V.V.Aleksandrovun “Новейшая история стран Европа и Америка.1918-1945”,F.V.İlliyuxinanın“Лига нации.1919-1934” əsərlərini, habelə, M.Qasımlının “Avropa və Amerika ölkələrinin müasir tarixi.1918-1945” və C.Həsənlinin “Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920)” əsərlərini qeyd etmək olar.

Müqayisəli təhlil zamanı məlum olur ki,Qərb və Sovet tarixçilərinin müxtəlif əsərlərə yanaşma tərzi fərqlidir.Sovet tarixçiləri hesab edir ki,Qərb alimlərinin əsərlərində ayrı-ayrı məsələlərin təhlili reallığı əks etdirmir.Ona görə də Sovet tarix elminin prinsipləri kifayət qədər əsaslıdır və Qərb tədqiqatından özünün elmiliyi ilə fərqlənir.

Bunu həm I,həm də II dövrlə bağlı demək olar.Belə ki,1918-1923-cü illərdə beynəlxalq münasibətlə,habelə,II dünya müharibəsinin başlanması,müharibədən sonra iki sistem arasında ziddiyətlər,dünya sosializm sisteminin dağılması kimi problemlərə münasibətdə Sovet tarixçiləri özlərini haqlı hesab edirlər. Əsaslandırmağa çalışırlar ki,Versal-Vaşinqton sitemi daxili konfliktlərlə dolu bir sistem olmuş,dünyada mövcud qarşıdurmanı daha da gücləndirmiş,müstəmləkə əsarətinin möhkəmləndirilməsinə şərait yaratmışdır.Bununla onlar Qərb ideo- loqlarının irəli sürdükləri fikirlərə qarşı çıxmışlar ki,bu da iki müxtəlif ideologiyaya məxsus tarixçilər arasında ciddi elmi mübahisə doğurmuşdur.Qeyd etdiyimiz kimi bu fikirlər İkinci Dünya Müharibəsinin başlanmasına münasibətə də aiddir.Belə ki, Sovet tarixçiləri müharibənin başlanmasında Qərb dövlətlərini,Qərb tarixçiləri isə Sovet İttifaqını təqsirləndirir.Halbuki,müharibənin törədilməsində hər iki tərəf rol oynamışdır.

Məlumdur ki,müharibənin başa çatmasından sonra müxtəlif ictimai quruluşlu sistemlər arasında dərin ziddiyyətlər özünü açıq-aşkar göstərdi.Demək olar ki,bu qarşıdurma dünya sosializm sisteminin dağılması ilə nəticələndi.Bu məsələdə də tarixçilərin mövqeyi üst-üstə düşmür,tərəflər bir-birini günahlandırır.

Müasir tarixçilər arasında M.Qasımlı özünün əsərləri ilə daha çox diqqəti cəlb edir.Belə ki,onun 2003-cü ildə iki cilddən ibarət nəşr edilmiş“Avropa və Amerika ölkələrinin müasir tarixi” adlı əsəri müasir dövrdə yazılan ən sanballı əsərlərdəndir. KitabdaAvropa və Amerikanın ayrı-ayrı ölkələri,habelə,beynəlxalq münasibətlər tarixi və İkinci dünya müharibəsi öz əksini tapmışdır.

Kitabda,həmçinin,Avropa və Amerika ölkələrinin Azərbaycanla əlaqələrinə də geniş yer ayrılmışdır.Qeyd edilmişdir ki,Sovet ittifaqının dağılmasından sonra müstəqillik əldə edilmiş dövlətlərlə Qərb dövlətlərinin əmkdaşlığı,xüsusilə,vacib məsələlərdən idi.Azərbaycan Respublikası da özünün dövlət müstəqilliyini əldə

etdikdən sonra belə zəruri məsələ ilə qarşılaşdı.Məhz,90-cı illərdə ,Avropa və Amerika ölkələrinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı realığa çevrildi. Müəllif öz əsərində bu vacib məsələləri diqqət mərkəzində saxlamış və kitabında işıqlandırmışdır.

C.Həsənlinin əsərində də Azərbaycanın beynəlxalq əlaqələrinə dair geniş məlumatlar toplamışdır.Xüsusilə,Azərbaycan Xalq Cumhuriyyəti dövründə ölkə- mizin xarici siyasi,iqtisadi əlaqələri ciddi şəkildə araşdırılmışdır.



Bütün bunlardan başqa kollektiv müəlliflər tərəfindən “Avropa və Amerika ölkələrinin müasir tarixi ” nə dair dərsliklər və dərs vəsaitləri yazılmş və nəşr edil- mişdir.Ümumiyyətlə,Avropavə Amerika ölkələrinin müasir tarixinə dair yeni-yeni tədqiqatlar aparılır və bundan sonra araşdırmalar davam etdirəcəkdir.



Yüklə 19,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin