Xəbər bülleteni №14



Yüklə 474,92 Kb.
səhifə1/7
tarix04.12.2016
ölçüsü474,92 Kb.
#748
  1   2   3   4   5   6   7
Xəbər bülleteni № 14

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Noyabr 2015

Prezident tələbələrə və şagirdlərə verilən təqaüdləri artırdı

11.11.2015

prezident-fermanPrezident İlham Əliyev noyabrın 10-da sərəncam imzalayaraq doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdləri artırıb. Transparency.az bildirir ki, 2016-cı il fevralın 1-dən ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə 120 manat veriləcək.

Magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr 105 manat, 71-100 bal olan tələbələr 85 manat, 51-100 bal olan tələbələr 55 manat təqaüd alacaq.

Bakalavriat səviyyəsi üzrə təqaüdlər belə müəyyən edilib: akademik göstəriciləri 91-100 bal olan tələbələr – 95 manat; 71-100 bal olan tələbələr – 80 manat; 51-100 bal olan tələbələr – 50 manat.

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələrə 50 manat, 71-100 bal olan tələbələrə 40 manat, 51-100 bal olan tələbələrə 35 manat təqaüd təyin edilib.

Ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsi hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq ödəniləcək.

Nazirlər Kabineti doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etməlidir.

Sabiq komissar baş nazir kürsüsünə gətirilir

11.11.2015



dachian cholosh 1Rumıniya prezidenti Klaus Yohannis noyabrın 10-da hökuməti qurmağı Avropa İttifaqının sabiq kənd təsərrüfatı komissarı Daçian Çoloşa həvalə edib. Transparency.az-ın məlumatına görə, Daçian Çoloş yeni hökuməti 10 gün ərzində qurub parlamentdən xeyir-dua almalıdır.

Rumıniyanın baş naziri Viktor Ponta noyabrın 4-də istefa verib. O, paytaxt Buxarestdəki “Colectiv” gecə klubunda tələfatla nəticələnən yanğından sonrakı xalq etirazları fonunda istefaya məcbur olub (Ölənlərin sayı dünən 49-a çatıb).

Klaus Yohannis noyabrın 5-də hökuməti müvəqqəti olaraq təhsil naziri Sorin Kımpyanuya həvalə etmişdi.

DSMF-də qeydiyyata alınan əcnəbilərin sayı 27 minə yaxınlaşır

11.11.2015

dsmf son

Noyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı bu ilin əvvəli ilə müqayisədə 19,75 faiz artıb. DSMF-dən Transparency.az-a verilən məlumata görə, oktyabrda 472 nəfər qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 min 972 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,2 faizi (23 min 779 nəfər) kişilər, 11,8 faizi (3 min 193 nəfər) qadınlardır.

Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 min 583 nəfər) üzrə müşahidə olunur. İkinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 949 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə 1 617 nəfərə çatıb.

Sonrakı yerlərdə Hindistan (966), İran (960), Çin (844), Böyük Britaniya (548), Pakistan (531), Ukrayna (422), Banqladeş (375), Özbəkistan (269), Almaniya (247), Filippin (235), ABŞ (230), Qazaxıstan (211), Türkmənistan (209), Koreya (189), İtaliya (187) vətəndaşları durur.

İstehsalatda bədbəxt hadisələr 36,2 faiz azalıb

11.11.2015

Bu ilin yanvar-oktyabr aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz, bu hadisələr zamanı xəsarət alanların sayı 40 faizə yaxın, istehsalatla əlaqəli qrup halında bədbəxt hadisələrin sayı isə 13 dəfə azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, oktyabrda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı keçən ilin oktyabr ayı ilə müqayisədə 3,6 dəfə azalaraq 8-ə enib. İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 3,2 dəfə azalıb. Ötən ilin oktyabr ayında istehsalatla əlaqəli qrup halında 1 bədbəxt hadisə baş verdiyi halda son bir ayda belə hadisə qeydə alınmayıb.

Obama İrana qarşı 36 illik sanksiyaları daha bir il uzatdı

11.11.2015

obamaABŞ prezidenti Barak Obama İrana 1979-cu ildə tətbiq olunmuş sanksiyaları daha bir il uzadıb. Novator.az xəbər verir ki, Obama qərarını İranla münasibətlərin hələlik normal məcraya düşməməsi ilə əsaslandırıb: “İranla münasibətlərimiz hələlik normal sayıla bilməz. Bu səbəbdən İranla münasibətlərdə 14 noyabr 1979-cu ildə 12170 saylı sərəncamla elan olunmuş fövqəladə vəziyyət rejimini davam etdirmək qərarına gəldim”.

1979-cu il noyabrın 4-də Tehrandakı ABŞ səfirliyi zəbt olunub, 66 nəfər girov götürülüb. Girovlar yalnız 1981-ci il yanvarın 19-da qaytarılıb.

ABŞ-ın 36 illik sanksiyaları nüvə proqramı ilə bağlı ləğv edilməli olan sanksiyalara daxil deyil.

Tehranın atom enerjisi proqramı ilə bağlı illər ərzində aparılmış danışıqlar bu il iyulun 14-nə İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa İttifaqı arasında yekun razılaşma ilə başa çatıb. Həmin gün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında saziş də bağlanıb.

Birgə razılaşma İranın üzərindən ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi iqtisadi sanksiyaları götürür. İran isə əvəzində nüvə obyektlərini beynəlxalq yoxlamalara tam açır.

Naxçıvanda 1 noyabr seçkisinə nöqtə qoyuldu

11.11.2015

nmr ali mehkeme
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Ali Məclisə noyabrın 1-də keçirilmiş seçkinin nəticələrini təsdiq edib. APA-nın məlumatına görə, qərarda qeyd edilir ki, Ali Məclisə 45 seçki dairəsi üzrə keçirilmiş seçkinin nəticələri barədə sənədlər qanunun tələblərinə cavab verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisindəki 45 deputat yeri uğrunda 135 namizəd mübarizə aparıb.

Transparency.az bildirir ki, Ali Məclisin deputatları majoritar seçki sistemi ilə seçilirlər.

Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Muxtar respublikanın ərazisində daimi yaşayan, yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru: “Narahatlığa ehtiyac yoxdur”

11.11.2015



azad cavadov 1Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov qurumun ehtiyatlarının az olması iddialarına (Sığorta fondunda əmanətlərin yalnız 2,2 faizini ödəməyə pul var) münasibət bildirib. Fins.az-a açıqlama verən fond rəhbəri deyib ki, sığorta ehtiyatları Avropa standartları ilə müəyyən edilmiş normadan 2 dəfə çoxdur: “Avropa standartlarına görə, əmanətlərin sığortalanması ilə məşğul olan fondun sığorta ehtiyatları bütün əmanətlərin 0,8%-i qədər olmalıdır. Yəni bu gün Azərbaycanda 7,3 milyard manat əmanət varsa, ƏSF-nin sığorta ehtiyatları 58 milyon manat olmalıdır. Halbuki bizdə bu rəqəm 109 milyon manatdır.

Onu nəzərə almaq lazımdır ki, əmanətlərin böyük hissəsi iri banklarda yerləşdirilib və onlarda sığorta hadisəsinin olması ehtimalı azdır. Nisbətən kiçik 20 bankda isə cəmi 100 milyon manat əmanət var. Həmin banklarda problem yaransa, fond əmanətləri qaytarmaq gücündədir. Odur ki, əmanətlərlə bağlı narahatlığa ehtiyac yoxdur”.

Azad Cavadov əlavə edib ki, ƏSF-nin sığorta ehtiyatları bütün sığortalı əmanətləri qaytarmağa imkan verməsə, bu işi dövlət edəcək: “Bütün bank sisteminin çökməsi onsuz da mümkün deyil. Amma sığorta ehtiyatlarımız əmanətləri qaytarmağa imkan verməsə belə, əmanətlərin sığortalanması qanunvericiliyinə uyğun olaraq fond istiqraz buraxmaqla, ən pis halda dövlətdən vəsait cəlb etməklə əmanətləri qaytara bilər. Bu təcrübə başqa ölkələrdə olub. Məsələn, 1998-ci ildə Yaponiyada, 2003-cü ildə Türkiyədə əmanətlər dövlətin hesabına qaytarılıb. Eləcə də bu yaxınlarda Rusiya və Ukraynada əmanətlərin sığortalanmasına cavabdeh fondların pulu çatmayanda əmanətçilərin pulunu dövlət qaytardı. Azərbaycanda da bunu etmək olar”.


Yüklə 474,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin