Xəbər bülleteni №14


Ən böyük iqtisadiyyatı olan 10 ölkənin adı açıqlanıb



Yüklə 474,92 Kb.
səhifə2/7
tarix04.12.2016
ölçüsü474,92 Kb.
#748
1   2   3   4   5   6   7

Ən böyük iqtisadiyyatı olan 10 ölkənin adı açıqlanıb


11.11.2015

ABŞ 17,4 trilyon dollarlıq ümumi daxili məhsulla (ÜDM) ən böyük iqtisadiyyatı olan ölkədir. AZƏRTAC xəbər verir ki, Dünya Bankının hesabatına görə, ilk yerdə qərarlaşan ABŞ-ı təxminən 10,3 trilyon dollarlıq ÜDM ilə Çin, 4,6 trilyon dollarlıq ÜDM ilə Yaponiya, 3,9 trilyon dollarlıq ÜDM ilə Almaniya və 2,9 trilyon dollarlıq ÜDM ilə Birləşmiş Krallıq izləyir.

İqtisadiyyatın böyüklüyünə görə Fransa 2,8 trilyon dollarlıq ÜDM ilə 6-cı, Braziliya 2,3 trilyon dollarlıq ÜDM ilə 7-ci, İtaliya 2,1 trilyon dollarlıq ÜDM ilə 8-ci, Hindistan 2 trilyon dollarlıq ÜDM ilə 9-cu, Rusiya təxminən 1,9 trilyon dollarlıq ÜDM ilə 10-cu sırada qərarlaşıb.

Ölkələr üzrə göstəricilər

Dövlət Sərhəd Xidməti aylıq hesabat yayıb

11.11.2015



serhedDövlət Sərhəd Xidməti oktyabr ayına aid statistikanı açıqlayıb. Qeyd olunur ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 35 nəfər saxlanıb. Onların 27 nəfəri Azərbaycan, 3 nəfəri Nigeriya, 2 nəfəri İran, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun və Kot-Divuar vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 2 halda 2 nəfər, Xəzər dənizində 14 halda 26 nəfər saxlanıb. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının axtardığı 328 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

10 halda 6 kiloqram 476,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 44 halda ümumi dəyəri təqribən 245 min manat olan qaçaqmal, o cümlədən 1662 Azərbaycan manatı, 1380 ABŞ dolları, 900 ədəd pirotexniki maddə, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 1 ədəd motosiklet, 7 ədəd qayıq, 2146 qutu siqaret, 269 ədəd mobil telefon, 30 baş iri buynuzlu mal, müxtəlif ərzaq və sənaye malları saxlanıb.

Döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib

11.11.2015

Hərbi Hava Qüvvələri müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib. Döyüş atışlı təlimlərdə baş nazirin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər.

Aviasiya texnikasını ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanıb.

Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub.



hhq4

hhq1

Pərakəndə ticarət və ictimai iaşənin dövriyyəsi haqqında statistika

11.11.2015

dskDövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında istehlakçılara 20,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10 faiz artaraq 10168,3 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,4 faiz artaraq 10224,8 milyon manata bərabər olub.

On ayda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 milyon manat təşkil edib. Elektron ticarət dövriyyəsinin 96,3 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

2015-ci ilin yanvar-oktyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 841,6 milyon manat olub.

İlham Əliyev Hərbi-Hava Qüvvələrinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub

11.11.2015

qerargah
Noyabrın 11-də prezident, ali baş komandan İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub.

Prezidentə məlumat verilib ki, ərazidə əsgər yeməkxanası, yataqxanası, anqarlar, təlim-məşq sinfi, tibb məntəqəsi tikilib. Hərbi hissənin ərazisində qarovul binası, komanda məntəqəsi, qazanxana, elektrik yarımstansiyası yaradılıb.

Dövlət başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub, əsgər yataqxanasına baş çəkib.

Prezident İlham Əliyevə texnika parkı haqqında da məlumat verilib.

Sonra ali baş komandan hərbi hissənin raket anbarına baxıb. Dövlət başçısı S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirib, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.

Dövlət başçısı Ermənistana məxsus, bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxıb.

Ali baş komandan təlim-məşq kompleksi ilə tanış olub, raketlərin start mövqeyində atıcı qurğulara baxış keçirib.

Xəbəri AZƏRTAC yayıb.

On ayın vergi daxilolmaları haqqında məlumat açıqlanıb

11.11.2015



vergiler-nazirliyi 012015-ci ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 970 milyon 247 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1 faiz əməl edilib.

Hesabat dövründə vergi orqanlarında 65 367 vergi ödəyicisi qeydiyyata alınıb.

Məlumatı noyabrın 11-də Vergilər Nazirliyi yayıb.

Pənah Hüseynin şikayətinə baxıldı, nəticə dəyişmədi

11.11.2015

penah-huseyn-1Noyabrın 11-i Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə noyabrın 1-də keçirilmiş seçki ilə əlaqədar müraciətlərə baxılıb.

63 saylı Sabirabad dairəsindən deputatlığa namizəd, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn müraciətində səsvermənin nəticələri barədə qərarın ləğvini, səslərin yenidən sayılmasını istəyib. O, seçki məntəqələrində müşahidəçilərin olmadığını, seçki qutularına topa bülletenlər atıldığını, seçicilərin sayının şişirdildiyini, seçicilərin barmaqlarına mürəkkəb vurulmadığını iddia edib.

APA-nın məlumatına görə, MSK-nın apardığı araşdırma zamanı 13 saylı məntəqədə səslərin sayılması zamanı müvafiq normalara əməl edilmədiyi aşkara çıxıb. MSK həmin məntəqədə seçkinin nəticələrini ləğv edib, amma 63 saylı dairədə lider namizəd dəyişməyib, həmin dairədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, YAP üzvü Elçin Quliyev deputat olur (Nəticələr).

Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindən, Xalq Cəbhəsinin qurucularındandır. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub. 1993-cü ildən bəri iki dəfə uzun müddətə həbsdə yatıb. 2005-2010-cu illərdə 63 saylı Sabirabad birinci seçki dairəsindən Milli Məclisin deputatı olub.

Azərbaycandan yük daşınması bir ildə 9,3 faiz azalıb

12.11.2015



qatar
Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 39,3 milyon ton, yük dövriyyəsi 8313,1 milyon ton-kilometr olub. Yüklərin 22,86 milyon tonu və ya 58,2 faizi avtomobil nəqliyyatı, 11,70 milyon tonu və ya 29,8 faizi dəmir yolu nəqliyyatı, 4,72 milyon tonu və ya 12 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Transparency.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, ötən ilin 9 ayı ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 9,3 faiz azalıb. Dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasında müvafiq olaraq 21,3 və 30,8 faiz azalma qeydə alınıb. Avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi isə 5,8 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 18,3 faizini və ya 7,2 milyon tonunu tranzit yüklər təşkil edib.

Yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 247,5 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 5003,7 milyon sərnişin-kilometr olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması və sərnişin dövriyyəsi 7,8 faiz artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına qeydə alınıb.

Bu il 195-2-yə 10600-dən artıq müraciət daxil olub

12.11.2015



195_2Oktyabr ayında İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1300-dən çox, bu ilin yanvar-oktyabr aylarında 10600-dən artıq müraciət daxil olub. Economy.gov.az-ın məlumatına görə, müraciətlər əsasən sahibkarlıq, kreditlər, istehlakçıların hüquqları və nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub.

Çağrı Mərkəzinə bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edib 2 düyməsini yığmaqla müraciət etmək olar. Stasionar nömrələrdən 195-2 nömrəsinə edilən zənglər, Çağrı Mərkəzində göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı Mərkəzi qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9-dan 18-dək fəaliyyət göstərir.

İndiyədək 195-2 Çağrı Mərkəzinə 39600-ə yaxın müraciət edilib.

TANAP-da işlər nə yerdədir?

12.11.2015

tanap
Trans-Anadolu qaz kəməri — TANAP layihəsi üzrə görülən işlərlə bağlı hesabat yayılıb. TANAP-dan AZƏRTAC-a bildirilib ki, kəmər 19 kilometri Çanaqqala boğazı keçidi olmaqla ümumilikdə 1850 kilometrlik bir xətt boyunca Türkiyəni şərqdən qərbə qət edəcək: “Olduqca çətin ərazi və iqlim şərtlərində boruların təhlükəsiz sahəyə daşınması, yolların açılması, boruların düzülməsi və qaynaq işləri davam etdirilir. Ərdahandan başlayaraq Ədirnədə yekunlaşacaq TANAP Türkiyədə 20 vilayət, 67 rayon və 600 kənddən keçəcək. Layihə ən müasir texnoloji mühəndislik və dizayn imkanlarından, material və avadanlıqlardan istifadə edilərək reallaşdırılır. Boru xəttinin istismar təzyiqinin yüksək olması və marşrutu boyunca çoxlu sayda keçidlərin (çay, şose yolu, dəmir yolu, telekommunikasiya və elektrik infrastrukturları və s.) olduğu üçün kəmərin inşasında yüksək müqavimətli xüsusi istehsal olunan polad boru və dirsəklərdən istifadə edilir. Layihə planlaşdırılan qrafiki də üstələyərək sürətlə irəliləyir.

TANAP tamamlandıqda Türkiyə, Orta Şərq və Avropanın ən uzun (1850 km) və ən yüksək diametrli təbii qaz boru xətti olacaq. Bütün işlər üzrə layihədə 5 min 500 nəfər, ümumi işlərdə isə təxminən 10 min nəfər çalışır.

Hazırda 3 lot üzrə inşa edilən TANAP-da hər lot üzrə kanal qazma işləri davam edir, borular da sürətlə sahəyə yerləşdirilir. TANAP-ın keçdiyi ərazidə torpaq sahələrinin layihə üzrə istifadə edilən işləri tamamlanıb və boru yerləşdirmə işinin 800 kilometrlik hissəsi isə hazırda podratçılara təhvil verilib. Bu ilin sonuna kimi 3 lotun cəmində qaynaq işləri 150 kilometri ötəcək.

TANAP layihəsinin mühəndislik, satınalma, inşaat idarəçiliyi və digər layihə fəaliyyətləri London, Bombey, Ankara, Qars, Ərzurum, Ərzincan, Sivas, Yozqat və digər yerlərdə davam edir. Boru xəttinə dair detallandırılmış mühəndislik işlərinin tamamlanma mərhələsinə gəlinən TANAP-da stansiyaların (kompressor və ölçmə stansiyaları) detallandırılmış mühəndislik işləri hazırda icra olunur.

TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Boru kəməri ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq”.

Ekspert manatı qorumağın başqa yolunu təklif edir

12.11.2015



qubad ibadogluABŞ-da güclü iqtisadi artım dünya iqtisadiyyatında yeni tendensiyalara gətirir. Transparency.az-a danışan iqtisadçı Qubad İbadoğlu deyir ki, aşağı neft qiymətlərinin məcmu tələbə artırıcı təsiri, yumşaq monetar siyasət və davamlı liberallaşdırma siyasəti bu ölkədə iqtisadi artımı, məşğulluğu, deflyasiyanı və birbaşa xarici investisiyaları stimullaşdırır: “ABŞ-da ümumi daxili məhsul üçüncü rübdə əvvəlki rüblə müqayisədə 3,9 faiz, 2015-ci ilin 9 ayında isə 2,5 faiz artıb. Nəticədə sentyabrda işsizlik səviyyəsi 5,1 faiz, inflyasiya isə 0,04 faiz olub. ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu il üçün 2 faizlik hədəf inflyasiyası elan edib. Proqnozlara görə, 2015-ci ildə ABŞ-a birbaşa xarici investisiyaların həcmi 11 faiz artaraq 1,4 trilyon dollara çatacaq.

Bu müsbət tendensiyalar ABŞ dollarının beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir. Bununla yanaşı FES-in Açıq Bazar Komitəsinin 15-16 dekabrda keçiriləcək növbəti toplantıda banklar üçün uçot dərəcəsini (0,25 faizdir) yüksəldəcəyi ilə bağlı ehtimallar digər valyutalara, o sıradan da Azərbaycan manatına təzyiqi bir az da artırır.

Bundan başqa Avropa Mərkəzi Bankının monetar genişlənmə proqramını davam etdirməsi avronun dollara nəzərən məzənnəsini aprel ayından sonra ən aşağı səviyyəyə salıb. Beləliklə də xarici valyuta bazarlarında müşahidə olunan dəyişikliklərdən Azərbaycan manatı da təsirlənir. Xüsusilə son günlər ABŞ dollarının avroya nəzərən məzənnəsinin daha da möhkəmlənməsi Azərbaycanda nağd dollara tələbatı bir az da artırıb, həmçinin cəmi depozit bazasının valyutalar üzrə strukturunda bu ildən başlayan dəyişikliyi sürətləndirib. Bu il oktyabrın 1-nə olan məlumata görə, xarici valyuta ilə depozitlərin ümumi əmanətlərdə payı 75,4 faizə çatıb. 1 il əvvəl müvafiq göstərici 50,2 faiz idi”.

Ekspert deyir ki, bütün bunların nəticəsində bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı (AMB) daxili valyuta bazarında sabitliyi qorumaq üçün bazara 94 milyon dollar əlavə vəsait yerləşdirmək məcburiyyətində qalıb: “Getdikcə zəifləyən manat yalnız daxili bazarın vəziyyətindən qaynaqlanan təsirlərə deyil, həm də xarici makroiqtisadi şoklara reaksiya verməkdədir. Nəticədə manata olan işgüzar inam gündən-günə azalır, onu qorumaq AMB-yə getdikcə baha başa gəlir. Şübhəsiz, neft qiymətlərinin artması ehtimalının olmadığı yaxın illərdə valyuta bazarında müşahidə olunacaq şokları sadəcə valyuta rezervlərini xərcləməklə tənzimləmək perspektivli deyil. Yeni və təminatlı siyasət isə bütövlükdə iqtisadiyyatın, ayrıca isə valyuta bazarının liberallaşdırılması ola bilər. Milli iqtisadiyyatın liberal bazar tənzimlənməsinə keçidi nə qədər tez təmin olunsa, bir o qədər də tez dövlətin xərci azala və manatın iqtisadi əsaslarla formalaşma dövrü başlaya bilər. Əks təqdirdə nominal olaraq məzənnəsi qorunan, amma reallıqda dəyəri və iqtisadiyyatda rolu getdikcə aşağı düşən manatı xilas etmək mümkün olmayacaq. Bu sahədə islahatlar həm də hazırda qeyri-müəyyən şəraitdə gözləmə mövqeyində durub yaxın gələcəkdə sabit və işgüzar rejimdə fəaliyyət göstərmək istəyən sərmayəçilər və sahibkarlar üçün də vacibdir”.

İş yeri arayışı xidmətindən 177 750 dəfə istifadə olunub

12.11.2015



emek nazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, “Elektron hökumət” portalında təqdim olunan “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı artır. Bu ilin oktyabr ayında e-xidmətdən faydalananların sayı cari ilin əvvəli ilə müqayisədə 2,6 dəfə və ya sentyabr ayı ilə müqayisədə 13,7 faiz artaraq 25 986-ya çatıb.

Ötən ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesinin sürətlənməsinə səbəb olub. Həmin vaxtdan bəri əhali bu e-xidmətdən ümumilikdə 177 750 dəfə faydalanıb.



Yüklə 474,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin