BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə103/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   99   100   101   102   103   104   105   106   ...   542
 

 

 

 

 

 



 

184

 

 

 

 

 

LƏNBƏRANSKİ  CƏMİL 

NƏSİR  OĞLU 

 

Cəmil Lənbəranski Nəsir oğlu 1884-cü 



ildə Bərdə rayonunun Lənbəran kəndində 

anadan olmuşdur. O, 1908-ci ildə Bakı 

neft sahibkarlarının təqaüdü ilə Kiyevdə 

Müqəddəs Vladimir Universitetinin tibb 

fakültəsinə daxil olmuş və buranı 1913-cü 

ildə bitirmişdir. Sonra Vətənə qayıtmış və 

Tərtərdə kənd həkimi işləmişdir. Əhaliyə 

göstərdiyi yüksək tibbi xidmətə görə bütün Qarabağ mahalında məşhur-

laşmış, hamının hörmətini qazanmışdır.  

Cəmil Lənbəranski 1920-ci ildə Bakıya köçmüş və doktor Larino-

vun müalicəxanasında cərrah-ordinator işləmiş, Səhiyyə Komissarlığında 

müalicə  şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1922-ci ildə  Səhiyyə 

Komissarlığının əmri ilə cərrahlıq xəstəxanası təşkil etmiş və 1929-cu ilə-

dək onun başçısı olmuşdur. Bundan sonra o, 12 il Çaparidze adına xəstə-

xanada travmotoloji şöbənin müdiri işləmişdir. 

Cəmil Lənbəranski Böyük Vətən müharibəsi başlayan kimi ordu 

sıralarına səfərbərliyə alınmış və 1945-ci ilin noyabrında tərxis olunana-

dək Gəncədəki 296 saylı qarnizon hospitalının cərrahiyyə şöbəsinin rəisi 

vəzifəsində çalışmışdır. Sonra o, Bakıya qayıtmış, Ortopediya və  bərpa 

cərrahlıq ETİ-də baş həkim işləmişdir. 

Cəmil Lənbəranski 1947-ci ildə Böyük Vətən müharibəsi  əlilləri 

üçün yaradılan cərrahiyyə hospitalının aparıcı cərrahı olmuş, indiki Əfən-

diyev adına klinik xəstəxanada çalışmışdır. O, 1949-cu il oktyabrın 15-dən 

Azərbaycan Həkimləri Təkmilləşdirmə  İnstitutunun travmatologiya ka-

fedrasının dosenti, 1952-ci ildən həmin institutda Ortopediya, travmato-

logiya və hərbi səhra cərrahlığı kafedrasının müdiri vəzifələrində işləmiş-

dir. 

Cəmil Lənbəranski cərrahlığa aid bir neçə samballı əsərlərin müəl-



lifidir. Azərbaycan Respublikasının  Əməkdar həkimi, səhiyyə  əlaçısıdır. 

Bir neçə orden və medallarla təltif olunmuşdur.  

 



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin