BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə105/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   101   102   103   104   105   106   107   108   ...   542
186

 

 

 

     MƏMMƏDOV  PƏNAH  

   ABBAS  OĞLU 

 

23 aprel 1962-ci ildə  Bərdə rayonunun 

Qaraqoyunlu kəndində anadan olub. İbti-

dai təhsilinə 1969-cu ildə  Bərdə rayonu 

Ərəblər kənd səkkizillik məktəbində baş-

layıb. 1977-1979-cu illərdə Bərdə şəhər 6 

saylı orta məktəbində ibtidai təhsilini başa 

vurub.  


1980-1982-ci illərdə Moskva şəhərin- 

də hərbi xidmətdə olub. 1983-cü ildə Şuşa kənd təsərrüfatı baytarlıq tex-

nikumuna daxil olub. 1986-cı ildə texnikumu fərqlənmə diplomu ilə biti-

rib. Həmin ildə təyinatla Bərdə rayonu Məmməd Əsədov adına kolxozda 

ixtisası üzrə işlə təmin olunub. İşləyə-işləyə 1991-ci ildə S.Ağamalıoğlu 

adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olub. 1997-ci 

ildə ali təhsilini başa vurub. 1992-ci ildən islahat qurtarana yəni 1999-cu 

ilə qədər işlədiyi kolxozda baş baytar həkimi vəzifəsində çalışıb. 2000-ci 

ildən etibarən Bərdə rayon baytarlıq idarəsində sahə müdiri vəzifəsində 

çalışır. 2003-cü ildə Aqro İnformasiya Mərkəzi (AİM)-nin Uşaqları Qoru-

yun  Əməkdaşlıq Proqramı  çərçivəsində  təşkil etdiyi 15 (on beş) aylıq 

Kənd Təsərrüfatı Məsləhəti üzrə təlimatlandırma kursunu bitirib.  

Öz zəhməti və  xеyirxah  əməlləri ilə rayоn  əhalisinin böyük 

hörmət və rəğbətini qazanıb. Tanrı xеyirxah insanları dünyamız üçün qо-

rusun. 

Ailəlidir, 2 qız övladı və 2 qız nəvəsi var.  

 

 

 



 


 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin