BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə78/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   74   75   76   77   78   79   80   81   ...   542
155

 

 



 

HACIYEV  ƏBÜLFƏT  

ƏHƏD  OĞLU

 

 



16 iyul 1952-ci ildə Bərdə rayonunun 

Hacıalılı kəndində anadan olmuşdur. 1959-

cu ildə  həmin rayonun Mehdixanlı  kən-

dindəki orta məktəbin 1-ci sinfinə getmiş, 

1969-cu ildə  məktəbi bitirmişdir. Həmin 

ili Çingiz İldırım adına Politexnik İnstitu-

tunun “Sənaye və mülki tikinti” fakültəsi-

nin axşam şöbəsinə daxil olmuş, elə hə- 

min ildən də Qaradağ rayonu “Neft və Qazçıxarma” idarəsində yeraltı tə-

mir üzrə operator, sonradan çilingər işləmişdir. 

1971-1973-cü illər Belarus Respublikasının Minsk şəhərində 

hərbi qulluqda olmuşdur. Ordudan tank qoşunları hissələrində siyasi işlər 

üzrə ehtiyatda olan leytenant hərbi rütbəsi ilə  tərxis olunmuşdur. Hərbi 

xidmətdən qayıtdıqdan sonra hələ orta məktəbdə oxuyarkən dedektiv ki-

tablara marağı, qanunçuluq keşiyində  fəaliyyət göstərmək həvəsi onu 

Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə gətirmişdir. 1974-cü 

ildə həmin fakültənin axşam şöbəsinə daxil olmuş, elə həmin ildən də Da-

xili  İşlər Nazirliyinin Hərbiləşdirilmiş Yanğından Mühafizə hissələrində 

əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə Hüquq fakültəsini bitirdikdən 

sonra Azərbaycan Respublikası DİN-in Bakı Baş Polis İdarəsində Cinayət 

Axtarışı  şöbəsində inspektor, baş inspektor və 5-ci bölmənin rəisi vəzi-

fəsində çalışmışdır. 1985-ci ildən 1992-ci ilə qədər Bakı şəhərinin Səbail 

rayon Polis İdarəsində müstəntiq, baş müstəntiq işləmişdir. 1993-cü ildə 

DİN-nin Nəqliyyatda Baş Polis İdarəsində mühüm işlər üzrə  baş müstən-

tiq, sonra istintaq şöbəsinin rəisi, Təşkilat  İnspektor idarəsinin (qərarga-

hın)  rəisi, 2001-ci ildən Baş İdarə rəisinin müavini işləmişdir. 2004-cü il-

dən 2008-ci ilə qədər Bakı Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin rəisi 

vəzifəsində fəaliyyət göstərmişdir. 

Hal-hazırda Bakı  şəhərinin Qaradağ rayon Polis İdarəsinin rəis 

müavini vəzifəsində işləyir. 1995-ci ildən polis polkovniki rütbəsindədir. 

İşlədiyi müddətdə qüsursuz xidmətlərinə görə  Azərbaycan Respublikası 

DİN-nin rəhbərliyi tərəfindən dəfələrlə I, II, III dərəcəli medallar, əla xid-

mətə görə döş nişanı və fəxri fərmanlarla təltif edilib.   



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin