156
HACIYEV SALEH
HİLAL OĞLU
25 oktyabr 1932-ci ildə Bərdə şəhə-
rində anadan olub. 1951-ci ildə Yevlax
şəhər orta məktəbini bitirib.Qarabağ Su
Tikinti idarəsində yol ustası işləyib.
1952-ci ildə Azərbaycan Dövlət Poli-
texnik İnistituna daxil olub. 1957-ci ildə
təhsilini müvəffəqiyyətlə başa vurub.
1960-cı ildə Kür-Araz Su Tikinti tres-
tində sahə rəisi kimi işə başlayıb və müxtəlif vəzifələrdə çalışıb. 1968-ci
ildə trest rəisinin I müavini vəzifəsinə irəli çəkilib. 1971-ci ildə Azərbay-
can SSRİ Kənd Tikinti naziri təyin edilib. 1974-cü ildə isə SSRİ Su Tə-
sərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Melorasiya Tikintisi idarəsi-
nin rəisi vəzifəsinə keçirilib. 1983-cü ildə Azərbaycan SSR Tikinti Quraş-
dırma nazirinin müavini, 1988-ci ildə isə Meliorasiya və Su Təsərrüfatı
naziri təyin olunub. İşlədiyi müddət ərzində 3 dəfə Azərbaycan SSR Ali
Sovetinə deputat seçilmiş, Azərbaycan KP MK-nın üzvü olmuşdur. Dəfə-
lərlə dövlət tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür.
Respublikanın Əməkdar mühəndisidir.
|