Bəxtiyar Tuncay azərbaycan imperatorluğU (Əlyazması hüququnda) baki 2012 Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


"Hesab edirik ki, Qara dənizin quzey sahillərində qeydə alınmış "skolot" etnoniminin "iskutay", "iskuday"



Yüklə 2,81 Mb.
səhifə8/36
tarix31.01.2017
ölçüsü2,81 Mb.
#6956
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

"Hesab edirik ki, Qara dənizin quzey sahillərində qeydə alınmış "skolot" etnoniminin "iskutay", "iskuday" (Müəllif “işquz” etnonimini belə oxumaq lazım olduğunu düşünür) etnoniminə heç bir dəxli yoxdur, çünki, birincisi, bu etnonim (ərəb müəllifləri tərəfindən bulqarların bir qolu kimi qeyd edilən və Orta Asiyanın bir çox türk xalqlarında qorunub saxlanılan ad olan)"eskel", eşkil", "iskil", "eskil" etnonimindən və qədim türk dilindəki "-ut", "-"ot" cəm şəkilçisindən yaranmışdır, ikincisi, "skolot" bütün iskitlərin deyil, yalnız Qara dənizin quzeyində yaşayan iskitlərin adı olub."

Deməli, alimin haqlı olaraq qeyd etdiyi kimi, "skolot" adı "eskel" etnonimi və "-ut" cəm şəkilçisindən yaranmış bir etnonimdir. Yəni bu halda vaxtilə ərəb mənbələrində bulqar türklərinin bir qolu kimi qeydə alınmış eskel xalqından söhbət gedir. Maraqlıdır ki, hazırda Macarıstan və Rumıniyada yaşamaqda olan, artıq bütünlüklə macar dilində danışan, fəqət öz türk köklərini unutmayan bir xalq yaşayır. Onlar özlərini "sekel" adlandırırlar. Bu xalqın ən azı XVl əsrə qədər türk- -run (Orxon-Yenisey) əlifbasından istifadə etdiyi, bu əlifba ilə yazılmış zəngin ədəbiyyata malik olduğu, dillərinin isə Avropanın geniş əraziləində işləndiyi məlumdur. Bu barədə Murad Aci yazır:



"Münhendən olan həvəskar şərqşünas Frans Babinger Ausburqda Fuqqerlərə mənsub knyaz və qrafların arxivində işlərkən, 1553 - 1555-ci illərin hadisələrindən bəhs edən qədim mətnlərə rast gəldi. Bu mətnlər əvvəllər, çox güman ki, tövlə olmuş bir binanın divarlarından kopiyalanmışdı və heç kəs onlara heç bir əhəmiyyət vermirdi. Lakin Babinger Tomsenin əsərləri ilə tanış olduğundan bu mətnin hərflərinin qədim türk əlifbasının hərflərini xatırlatdığını dərhal sezdi və onları Kopenhagenə - Vilhelm Tomsenə göndərdi. Mətnləri alan Tomsen çətin vəziyyətə düşdü. Yazının hərfləri türk hərflərini xatırlatsa da, onlardan bir qədər fərqlənirdi. Yalnız xüsusi tədqiqatlardan sonra hər şey aydın oldu: Alimlərin önünə türk dilinin Avropa dialekti çıxmışdı."

Tapılan mətn macar salnamələrindən məlum olan bir hadisədən söhbət açdığı üçün onun Avropa mənşəliliyinə heç bir şübhə yox idi. Mətnin dilini Tomsen "qədim macar dili" adlandırdı. Sonralar məlum oldu ki, bu sekellərin dilidir. Sekellər artıq çoxdan macarlaşmış olsalar da və türk dilini unutsalar da, özlərinin türk mənşəliliyini unutmamışdılar.

Herodota istinadən skolotların, yəni sekellərin dörd soydan - avxat, katair, traspi və paralat soylarından ibarət olduğunu söyləyən Qiyasəddin Qeybullayev avxatların bu günə qədər qırğız türklərinin etnik qruplarından biri olan avaqatlar, paralatlların isə Cənubi Rus düzənliyində peçeneq türklərinin içərisində qeydə alınmış borotalmatlar olduğunu bildirir.

Bütün bu deyilənlərdən nəticə çıxmamalıdır ki, kimmerləri Azərbaycan və Ön Asiayadan sıxışdıranlar sekellər imiş. Çünki irəlidə görəcəyimiz kimi, bu xalq işquzlar olmuşlar və onların təqibindən yaxa qurtarmağa çalışan kimmerlərin tərkibində sakların bir qismi Qara dənizin şərq və şimal sahillərinə köçməli olmuşdular. Elə bu üzdən də Prokopiya keçmişdə "kimmer" adlanan utiqurlardan və hunlardan söhbət açarkən onlarla qonşuluqda saqinlərin (sakasinlərin), yəni sakların da adını çəkimişdir.

Kimmerlərin bir zamanlar Azərbaycanda yaşadıqlarını çoxsaylı etnotoponimlər də sübut etməkdədir. Artıq qeyd etdiyimiz kimi, Yusif Yusifov kimmerlərin adının aşşur mənbələrində "qimiraya" (qimirə mənsub) kimi çəkildiyini əldə əsas tutaraq, Zaqatala rayonu ərazisindəki Qımır və Qımırlı yer adlarının bu xalqdan yadigar qalan etnotoponimlər olduğunu bildirmişdir. Firidun Ağasıoğlunun yazdığına görə, Quzey Azərbaycandakı Qəmərli və Kəmərli, eləcə də Güney Azərbaycandakı Kəmər, Komar, Xomarlu kimi yer adları kimmerlərdən qalma yer adlarıdır. Qiyasəddin Qeybullayev Qərbi Aərbaycandakı Gümrü, Güney Azərbaycandakı Komar, Kəmər və Kəmərdaran topnimlərinin də kimmerlərlə bağlı olduğunu yazır və həmin kəndlərin azəbaycanlı, yəni türk kəndləri olduğunu vurğulayır. Alim eyni zamanda, XlX əsrdə Azərbaycan və Ermənistanda (Qərbi Azərbaycanda) 5 Kəmərlu adlı kəndin qeydə alındığını və onlarda da Azərbaycan türklərinin yaşadıqlarını diqqətə çatdırır, Qazax rayonu ərazisindəki Kəmərqaya və Borçalıdakı Böyük Kəmərli və Kiçik Kəmərli kəndlərinin kimmerlərin adını bu günə qədər yaşatdıqlarını vurğulayır, İranın müxtəlif bölgələrində yerləşən Kəmər (2 dənə), Kəmərabad, Qomar,Qəmərabad və s. yaşayış məntəqələrini, eləcə də Türkiyədəki Kemerli kəndini də eyni sıraya daxil edir. Müəllif İranın cənubunda yaşayan qaşqay türklərinin soylarından birinin bugünə qadər " qamər" adlandığını diqqətə çatdırmağı da unutmur.

Kimmerlər barədə tarixdə ilk dəfə söz açan ən ilk mənbələr onlardan Azərbaycan, daha dəqiq desək, Manna sakinləri kimi söz açmaqdadır. Bu etnik qrupun e.ə Vll əsrdə Kür - Araz ovalığında yaşadıqları barədə də yetərincə məlumat vardır. S. T. Yeremyana görə, iskitlər bura gələnə və onları sıxışdırana qədər kimmerlər Araz düzənliyində yaşamışlar.

Konkret olaraq sak adı ilə tanınan etnik qruplara gəlincə, birmənalı şəkildə deyə bilərik ki, kimmerlər, saklar, işquzlar və s. qədim mixi yazılardan da göründüyü kimi, eyni dildə və ya eyni dilin müxtəlif ləhcə və şivələrində danışan eyni etnosun müxtəlif konkret qrupları olmuşlar. Müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə olduğu dövrdə həmin qrupun adı digərləri üçün də ümumiləşdirici ad kimi çıxış etmişdir. Yuxarıda gördüyümüz kimi, müəyyən bir dövrdə bu qruplar üçün "kuti" və "kimmer" adlarıı ümumi ad idi. Sonrakı dövrdə isə saklar üstün vəziyyətə gəlmiş və digər qohum etnik qruplar da bu ümumiləşdirici adla tanınmışlar. Bu hal fars - Əhəmənilərin hakimiyyətə gəldikləri dövrə qədərki zaman kəsiyində baş verdiyi üçün qədim fars mənbələrində, ilk növbədə də Bisitun kitabəsində bütün bu qruplar eyni ad altında, yəni "sak" (saka) adı altında qeyd edilmişdir. Halbuki, bu xalqlardan yalnız biri gerçək saklar idilər.

Kimmerlərin və Qara dəniz iskitlərinin (sekellərin) irandilli deyil, türkdilli olduğunu yuxarıda göstərdik. Sakların da türkdilli olduğunu irəlidə göstərəcəyik.

Artıq qetd etdiyimiz kimi, saklardan fərqli olaraq kimmerlərin adına aşşur mənbələrində e.ə. Vlll əsrdən etibarən rast gəlinməkdədir. Bu mənbələr onları Aşşur sərhədlərində qeydə almışlar. Onların ardınca Ön Asiyada işquzlar peyda olurlar. Aşşurlar onları bir-birindən fərqləndirərək, onlardan birini "qimirri", digərini isə "işkuz" adlandırırdılar. Aşşurlara ayrıca saklar da məlum idi. Babil mənbələində isə Əhəmənilərin tarix səhnəsinə çıxışına qədər işquz və sakların adı ümumiyyətlə heç işlənməmiş, onların əvəzinə hər yerdə "qimirri", (yəni kimmer) yazılmışdır. M. A. Dandamayev və V. Q. Lukoninin fikrincə, bu hal ondan qaynaqlanırdı ki, birincisi, Babil ədəbiyyatında arxaikləşdirməyə meyl güclü idi, ikincisi, Ön Asiyaya yürüşlər təşkil edən ilk Şərq xalqı məhz kimmerlər olmuşlar.

Herodotun yazdığına görə, farslar bütün iskitləri "sak" adlandırırdılar. Onun haqlı olduğunu Bisitun kitabəsinin farsdilli yazıları bütünlüklə təsdiq edir. Burada saklarla qohum olan bütün etnik qruplar ümumiləşdirici "saka" adı ilə adlandırılır. Yunanlar isə bütün bu xalqları "iskit" hesab edirdilər. Bu üzdən də bir çox çağdaş müəlliflər özlərini çətinə salmamaq üçün "İskit-saklar", digərləri isə "kimmer-iskit-saklar" terminindən istifadə etmişlər. Mixi yazılarda isə bütün bu xalqların, o cümlədən onlarla etnik və dil baxımından qohum olan madayların (midiyalıların) "umman manda" (Manda ordusu) adlandırılması halı ilə də üzləşmək mümkündür. Məsələn, Nabopallasarın "Xronika"sında Midiya hökmdarı Kiaksar "umman Manda" hökmdarı kimi qələmə verilir. Halbuki, eyni yazıda o, sadəcə "madayya" (midiyalı) adlandırılır. Nabonidin kitabələrindən birində isə "Manda hökmdarı" ünvanı başqa bir Midiya hökmdarına-Astiaqa aid edilir. Fars hökmdarı Kirin Midiyanın işğalından bəhs edən silindirik möhürdə isə "umman Manda"lıların məğlub edildiyi göstərilir.


1. 5. İSKİT VƏ SAKLARIN MƏNŞƏYİ VƏ ETNİK MƏNSUBİYYƏTİ
Ayrı - ayrı aşşur kitabələrində kimmerlərin və sakların hökmdarı kimi qələmə verilən Tuqdamme (Toxtamış) bir yerdə "umman manda hökmdarı" adlandırılır. İ. M. Dyakonova görə, buradakı "umman manda" adı kimmerlərə verilən addır. Onun fikrincə, "Umman manda" və "Maday" Midiyanın fərqli adları olmuşdur. Kameron isə hesab edirdi ki, "umman Manda"lılar iskitlər idilər və Kiaksar e.ə. 612 - ci ildə iskitləri özünə tabe etdikdən sonra bu ad Midiya hökmdarlarına da şamil edilməyə başlanmışdır.

"Manda" kəlməsini "kim bilir" kimi tərcümə edən B. Landsberqer və T. Bauer bildirirlər ki, bu adla bir çox xalqların koalisiyası ifadə edilmişdir. B. B. Piatrovski və İ. Əliyevin fikrincə "umman manda" adıyla midiyalılar və şimal köçəriləri adlanmışlar.

Şübhəsiz ki, bütün bu eyniləşdirmələrin yalnız və yalnız bir səbəbi olmuşdur: bütün bu xalqlar, yəni həm kutilər, həm kimmerlər, həm saklar, həm işquzlar, həm də madaylar (midiyalılar) eyni etnosun ayrı - ayrı qrupları, başqa sözlə, soy və boyları idilər. Əslində bu məsələdə alimlər arasında heç bir fikir ayrılığı yoxdur. Fikir ayrılığı onların hansı etnosun qrupları olduqları və hansı dildə danışdıqları barədədir. Bəziləri onları irandilli hesab etməkdə, digərləri isə türkdilli olduqlarında israr etməkdədirlər. Birinci versiyanın tərəfdarları əsasən tarixçilər, ikinci versiyanın tərəfdarları isə əsasən dilçilərdir. Birincilərin arqumentləri o qədər əsassız və məntiqsizdir ki, həmin versiya üzərində durmaq belə mənasızdır. İkincilərin arqumentləri isə təkzibedilməz faktlara söykəndiyi üçün tədqiqatımız baxımdan böyük önəm daşımaqdadır. Çünki bütün bu etnik qruplar Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmişlər.

Qeyd edək ki, yunanların "iskit", farsların isə "sak" adlandırdıqları bu qohum xalqlara aid indiyə qədər Avrasiyanın geniş düzənliklərindən - Şərqi Avropadan, Qara dənizin qərb və şimal sahillərindən tutmuş Çin səddinə qədər, Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit okean sahllərinə qədər yüzlərlə kurqan tapılmış və tədqiq edilmişdir. Həmin kurqanlardan tapılan zəngin mədəniyyət nümunələri bütün bu böyük regionda ağlasığmaz mədəni eyniliyin və vahid standartların mövcudluğunu göstərmişdir. Məhz bu eyniliyi əsas götürən, demək olar ki, bütün mütəxəssislər sözügedən nəhəng ərazidə eyni etnosa aid etnik qrupların yaşadığını söyləmişlər. Onların incəsənəti isə müxtəlif heyvan motivlərinin çoxluq təşkil etməsi səbəbindən "heyvani üslub" adlandırılmışdır.

Məsələn, bütün bu etnik qrupları "sak" adlandıran və onları irandilli hesab edən İ. M. Oranski onların iki min il ərzində Qara dəniz sahillərindən Çin səddinə qədər uzanan geniş bir ərazidə yaşadıqlarını yazmışdır.

Eynən Oranski kimi iskitləri və sakları irandilli hesab edən R. Fray yazmışdır:



"İran tayfaları təkcə Güney Rusiyanın və Quzey Qafqazın deyil, eyni zamanda Sibir, Altay, eləcə də Şərqi və Qərbi Türküstanın geniş ərazilərində məskun idilər... Altay və hətta Çin səddindən tutmuş Transilvaniyaya qədər uzanan geniş ərazilərdə ən azı min il boyunca, yəni yeni eranın ilk əsirlərində baş vermiş hun hücumlarına qədərki dövrdə müəyyən bir eynilik müşahidə olunmaqdadır. Belə aydın olur ki, irandilli tayfalar burada xüsusi rola sahib olmuşlar."

B.Q.Qafurov bildirir:



"İran dillərinin qədim zamanlarda yayılma arealı orta əsrlərə və indiki dövrə nisbətən daha geniş idi. Bu areal Quzey Qara dənizdən Şərqi Türküstana qədər uzanırdı. İran xalqlarının ümumi vətəni də bu sərhədlər içərisində mövcud olmuşdur."

E.A.Qrantovski yazmışdır:



"E.ə. l minillikdə irandilli tayfalar və xalqlar bizim ölkəmizin (keçmiş SSRİ - nin) - Çin sərhəddindən Dunay çayına qədər geniş ərazilərində məskun idilər.

Yuxarıda əsərlərindən sitatlar təqdim etdiyimiz müəlliflərin hamısı sözüge-dən etnik qrupları irandilli hesab etməklə yanaşı, onların qohum olduqlarını və Avrasiyanın geniş ərazilərində məskun olduqlarını təsdiq etmişlər. Bizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə türk etnosundan getdiyini irəlidə görəcəyik. Əslində isə yuxarıda kimmerlərin və sekellərin (skolotların) dili barədə söylədiyimiz arqumentlər bu cəfəng fikirlərin üzərindən birdəfəlik xətt çəkmək üçün yetərlidir.

Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V. İ. Abayev olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də, Herodot da daxil olmaqla, bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. Onların belə düşünmələrinə isə Herodotun və Siciliyalı Diadorun iskitlərin ilkin vətəni kimi Araz çayı sahillərinin adını çəkməsi və Araz çayının yanlış olaraq bəzi hallarda Volqa, bəzi hallarda isə Amu Dərya çayı ilə eyniləşdirmələri səbəb olmuşdu. Halbuki, bu halda söhbət həmişə Azərbaycandakı Araz çayından getmişdir. Bu barədə irəlidə söhbət açılacaqdır.

A.P.Smirnov iskit kurqanlarından tapılan maddi mədəniyyət nümunələrini Asiya mənşəli hesab edərək, yazmışdır:



"Buradan bir qədər şərqdə - Qazaxıstan, Orta Asiya və Altayda ümumi etnomədəni dəyərlərə sahib olan... qəbilələr məskun idilər. Məhz bu ərazilər iskitlərin qaynağı və Ata yurdu olmuşdur, məhz buradan onlar Şərqi Avropaya gəlmişdilər."

A. İ. Terenojkin isə başqa, gercəyə daha yaxın bir fikir söyləyərək bidirmişdir ki, iskitlərin bir qismi Ön Asiyadan Orta Asiya və Sibirə getmişlər:



"İskitlər, görünür, Qara dənizin quzeyində və Quzey Qafqazda peyda olmamışdan öncə Ön və Kiçik Asiyada yaşamışlar."

İskitlərin və sakların Azərbaycana gəlmə olduqları barədə fikirlərin heç bir elmi və məntiqi əsası yoxdur. Birincisi ona görə ki, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ata yurdu kimi Araz çayı sahillərinə işarə edirlər, Bu çayın isə Azərbaycandakı Araz çayı olduğunu Herodotun öz yazdıqları sübut edir:



"Araz çayı isə öz başlanğıcını Matien dağlarından götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tökülür..."

"(Farslardan, midiyalılardan, saspirlərdən...) şimalda Xəzər dənizi və şərqə tərəf axan Araz çayı yerləşir..."

İkincisi ona görə ki, iskit - sak dairəsinə daxil olan xalqların - kimmerlərin, sakların və işquzların adlarına ilk dəfə məhz mixi yazılarda rast gəlinir və bu yazı-larda onlardan məhz Azərbaycan (Manna) və Ön Asiya sakinləri kimi söz açılır. Üstəlik də Herodotun söylədiklərindən onların Araz çayı sahilinə haradansa kənardan gəlmələri barədə bircə kəlmə belə söz deyilmir. İskit və sakların Azərbaycan ərazisinə guya kənardan gəlmələri barədə yanlış versiyanı Araz çayını Volqa və ya Amu Dərya ilə eyniləşdirənlər uydurmuşlar və sonrakı müəlliflər də ağına-bozuna baxmadan onları təkrar etmişlər. Herodot isə belə yazmışdır:



"Midiya və Lidiya şahlıqlarının sərhəddi Ərmən dağ silsiləsindən başlayaraq Kilikiyanın içi ilə axan Qalis çayıdır. Sonra isə o, sağdan matienləin, soldan isə friqiyalıların torpaqlarının arasından axır...

(Böyük Midiyanın çarı aşşurlara qalib gəlib, Nin şəhərini mühasirəyə aldığı zaman), onun dövlətinin ərazilərinə Prototiyin oğlu çar Madisin başçılığı altında çoxsaylı iskit orduları daxil oldular. Kimmerləri Avropadan sıxışdıran iskitlər onları Asiyada da təqib etdilər və indi də Midiya torpaqlarına soxuldular.

(Midiya və Kolxida arasında) saspir adlanan bir xalq yaşayır. Onlardan yan keçməklə Midiyaya çatmaq mümkündür. İskitlər isə Midiyaya, hər halda, bu yolla girmədilər, düz yoldan dönüb yuxarı, daha uzun yolla, Qafqaz dağlarını sağ tərəfdə qoyaraq getdilər. Elə buradaca midiyalılarla iskitlər arasında döyüş oldu. Midiyalılar məğlub oldular, onların qüdrəti itdi. İskitlər isə bütün Asiya üzərində öz hakimiyyətlərini bərqərar etdilər."

Bu sözlərdən belə aydın olur ki, iskitlər sağlarında hər zaman Qafqaz dağları olmaq şərti ilə irəliləyərək Midiya (Maday) torpağına daxil olmuşlar. Midiya ilə Lidiya arasındakı sərhəddin yerini nəzərə alsaq, yəni Şərqi Anadolunun Midiya dövlətinə daxil olduğunu göz önündə tutsaq, belə çıxır ki, onlar Araz çayını onun şimaldan cənuba axdığı yerdən (Qərbi Azərbaycan, yəni bugnkü Ermənistanla və Naxçıvanla bugünkü Türkiyə arasında Araz çayı şimaldan cənuba axır, sonra istiqamətini şərqə çevirir) keçərək Anadolu ərazisinə daxil olmuşlar. Bunu Herodotun aşağıdakı sözləri də təsdiq edir:



"Köçəri iskit tayfaları Asiyada yaşayırdılar. Massagetlər onları oradan sıxışdırdıqda onlar böyük hərbi qüvvə ilə Araz çayının keçib kimmerlər ölkəsinə gəldilər."

Bu məlumatdan isə belə məlum olur ki, iskitləri Araz çayını keçməyə massagetlər məcbur etmişdilər. Massagetlərin isə ən azı e.ə Vll əsrdən Azərbaycan sakinləri olduqlarını bütün mənbələr birmənalı şəkildə təsdiqləyir. Yəni iskitlər Azərbaycana kənardan gəlməmişdilər, əksinə ilk vətənləri olan Azərbaycandan qovulmuşdular. Kimmer torpaqlarına daxil olmaları isə onu göstərir ki, onlar Araz çayını keçib Van sahilləri və Ağrı dağı istiqamətinə üz tutmuşlar. Çünki kimmerlərin onlardan öncə ələ keçirdikləri və məskunlaşdıqları yer Urartu ərazisi idi və bu ərazi Ağrı dağı, Van gölü və ətrafını əhatə edirdi. Eyni zamanda o da məlumdur ki, kimmerlərin əlində olan torpaqlar arasında Kappadokiya da var idi.

Üçüncüsü, iskit və saklara xas mədəniyyətin ən qədim nümunələri Azərbaycan ərazisindən (Qədim Manna ərazisi) tapılmışdır. Söhbət Güney Azərbaycanın Ziviyə adlı yaşayış məntəqəsindən tapılan, sensasiyaya səbəb olan, fəqət çox hissəsi oğurlanan xəzinədən gedir. Həmin xəzinə 1947 - ci ildə Sakkız şəhərindən 40 kilometr şərqdə, Həsənlu yaxınlığından tapılmışdır. Maraqlıdır ki, R. Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu söyləməkdədir.

Qədim Manna ərazisində iskit incəsənətinin qaynaqlarının tapılması iskit və sakları Azərbaycan və Ön Asiyaya gəlmə hesab edən alimləri çaş-baş salsa da, onların hamısı iskit-sak incəsənətinin Ön Asiya mənşəli olduğunu etiraf etməyə məcbur qalmışlar. Belələrindən biri də Y.Y. Kuzminadır. O, bu incəsənətin Ön Asiyadan Avrasiya çöllərinə və Altaya qədər yayıldığını bildirmişdir.

İskit və saklara aid edilən "heyvani üslub" barədə bir çox alimlər fikir söylə-mişlər. Bu baxımdan A. Alfoldi, D. Karter, E. Farkaş, V. Abayev, K. Şefold, İ. Yatsenko, Q. Fyodorov - Davıdov, A. Xazanov, A. Şkurko, M. Rostovtsev, İ. Braginski, K. Trever, S. Tolstov, Q. Puqaçenkova, S. Rudenko, B. Litvinski, V. Lukonin, D. Rayevski, Q. Bonqard - Levin, A. Akişev, B. Mazolevski, V. Qolmsten, A. Qraç, L. Dyula, Q. Qeybullayev və s. kimi elm adamlarını göstərmək olar. Və bütün bu alimlər iskit incəsənətinin qaynaqlarının Manna ərazisi ilə bağlı olduğunu, Aşşur və Urartu mədəniyyətlərinin təsiri ilə formalaşdığını qeyd etmişlər.

Məsələn, A. M. Xazanov iskit incəsənətinin On Asiyanın mədəni ölkələrinin təsiri ilə formalaşdığını söyləməkdə, B.A.Texov isə iskit mədəniyyətinin Kiçik və Ön Asiyadan yayıldığını qeyd etməkdədir.

Maraqlıdır ki, iskit incəsənətinin Ön Asiyanın mədəni xalqlarının incəsənətinin təsiri ilə formalaşdığn söyləyən təkcə A.M. Xazanov deyildir. Bənzər fikri bir çox digər rus alimləri də dilə gətirmişlər. Belələri içərisində M. Dandamayev və V. Lukoninin adlarını da xüsusi çəkmək lazımdır. İskit – sak incəsnətinin, bütövlükdə Manna mədəniyyətinin guya Aşşur və Urartu mədəniyyətinin təsiri ilə formalaşdığını iddia edən bu alimlər fikirlərini isbat etmək üçün e.ə Vlll əsrə aid Aşşur və Uratu sənət nümunələri içərisində rast gəlinən paralelləri misal çəkmişlər. Fəqət e. ə. Vlll əsrə aid incəsənət əsərlərinin e.ə. lX əsrdə, yəni özündən 1 əsr öncə yaranmış iskit – sak (Manna) mədəniyyətinə necə təsir göstərə biləcəyini izah etməmişlər. Məsələn, M. Dandamayev və V. Lukonin birlikdə qələmə aldıqları “Qədim İranın mədəniyyəti və iqtisadiyyatı” (M. 1980) adlı kitabın 91 – ci səhifəsində Ziviyədən və Həsənludan tapılan Manna, eləcə də iskit – sak incəsənət nümunələrinin e.ə lX əsrə aid olduğunu təsdiq edirlər. Həmin kitabın 92 – ci səhifəsində bu mədəniyyətin Aşşur və Urartu mədəniyyətinin təsiri ilə yarandığını iddia edən bu müəlliflər bu iddianı “sübut etmək” üçün 95 – ci səhifədə e.ə. Vlll əsrə aid Aşşur barelyefindəki bir təsviri misal gətirirıər.

Qəribədir, deyilmi? Açıq - aydın görünür ki, bu cür cəfəng, qeyri – elmi və qeyri – məntiqi fikrlərin ortaya atılmasında məqsəd Azərbaycan (Manna) – türk (iskit) mədəniyyətinin özünəməxsusluğunu və önəmini azaltmaq, buna kölgə salmaqdır. Həqiqət isə budur ki, şumer mənbələrindən göründüyü kimi, e.ə. lll - ll minilliklərdə Şumer mədəniyyətinə güclü təsir göstərmiş Azərbaycan – türk mədəniyyəti e.ə l minillikdə də Aşşur – Babil və Urartu (e.ə. Vlll – Vll əsrlər), eləcə də fars – Əhəməni incəsənətinə təkan vermiş, həlledici təsir göstərmişdir. Ədalət xatirinə söyləyək ki, adıçəkilən müəlliflər fars-Əhəməni mədəniyyətinin Manna – Midiya mədəniyyətinin, yəni Azərbaycan mədəniyyətinin təsiri ilə yarandığını inkar etməmişlər.

İskit və sakların incəsənətini dərindən tədqiq edən M.İ.Artomonov "heyvani üslubun" əsas motivinin maral motivi olduğunu göstərmişdir. Bu təsbitin iskit və sakların, eləcə də onların incəsənətinin mənşəyini anlamamız baxımından böyük önəmi var. Gerçəkdən də maral motivi iskit-sak incəsənətində ən yayğın motivdir. Eyni motivə elm aləmində "iskit maral daşları" adı altında tanınan daşların üzərində də rast gəlinməkdədir. Və "iskit maral daşları"nın kökləri e.ə. lX əsrdə formalaşan "heyvani üslub"dan daha qədim dövrlərə qədər uzanır. Və bu köklər də məhz Azərbaycana işarə edir.

Mövzu ilə bağlı tarixçi alim X. Mahmudova deyir:



"Maral daşları iskitlər dövrünün incəsənətini, ideologiyasının və sosial həyatının öyrənilməsi baxımından əvəzsiz mənbədir. XX əsrin 70 - ci illərindən geniş tədqiq edilməyə başlayan bu daşlar təkcə Asiyada deyil, Avropada da təsbit edilmişdir. Belə abidələrə Kabarda - Balkar ərazisindəki Qızburun - 1 kurqanında, Rumıniyada, Dinoqeti - Tarvanadlı yerdə, Bolqarıstanda, Almaniyada, Gürcüstan-da, Şərqi və Mərkəzi Qazaxıstanda, Baykal gölü ətrafında və Monqolustan ərazisində rast gəlinmişdir.

Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir. Bu nümunələr özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı olmuşdur.”

Maraqlıdır ki, qaya üzərində cızılmış ən qədim maral təsvirlərinə Qobustanın petroqlifləri içərisində rast gəlinmişdir.

Nəsir Rzayevin yazdığına görə, son Eneolit və ilk Tunc dövrü qaya təsvirləri üçün xarakterik olan əsas cəhətlərdən biri təsvirlərin realistikliyldir. Bu dövrdə ən çox rast gəlinən petroqliflər müxtəlif maral və aslan təsvirləridir. Qobustandakı Yazılı təpənin 24 № - li daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvirlərdən öz gözəlliyi ilə fərqlənməkdədir. Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsindəki 59 № - li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar.

Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə, yəni Avropanın içlərindən uzaq Sibir, Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata “İskit maral daşları” adı altında düşmüş daşlarda, daha sonra isə iskit zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir. Qobustan marallarının elmi baxımından əsas önəmi ondadır ki, bu təsvirlər iskit - sak mədəniyyətinin köklərinin bilavasitə Azəbaycan ərazisi ilə bağlı olduğunu söylə-məyə ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir. Fəqət Qobustan təsvirləri eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə sərməkdədir. Və onun kökləri Eneolit dövrünə qədər uzanır.

Yeri gəlmişkən qeyd edək, maral motivi Altaydakı saklara aid Pazırıq kurqanından tapılmış (e.ə V əsr) dünyanın ən qədim xalısında da özünü göstərməkdədir.

Artıq qeyd etdiyimiz kimi, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ilk öncə Araz çayı sahilində yaşadıqlarını, sonradan Avrasiyanın geniş torpaqlarına yayıldıqlarını bildirmiş, digər yunan müəllifləri isə mis alətlərin yaradılmasını, dolayısı ilə Eneolit dövrü səhifəsinin açılmasının iskitlərlə bağlı olduğunu qeyd etmişlər. Bu qədim türk xalqı haqqında elmə məlum ən qədim yazılı mənbələr eramızdan əvvəl Vll - Vl əsrlərə aid Aşşur mənbələridir və bu mənbələr həmin xalqdan Azərbaycan əhalisi kimi söz açmaqdadır. Təbii ki, Eneolitin başlanğıcına təsadüf edən yazılı mənbələr ola bilməzdi və yox idi də. Lakin fakt budur ki, bu gün Araz çayı sahillərində yerləşən Naxçıvan ərazisi dünyada misin ilk dəfə emal edilməyə başladığı ən qədim ocaqlardandır.

Tarixçi alim A. Seyidov bununla bağlı bildirir:

Naxçıvan ərazisi çox - çox qədim zamanlardan, eramızdan əvvəl Vl minillikdən başlayaraq, yaxın Şərq və Qafqazın müstəqil metallurgiya mərkəzlərin-dən biri kimi çıxış etmişdir. Burada çox sayda qədim metal məmulatı nümunəsi, eləcə də metal emalı sənayesi qalıqları tapılmışdır ki, bu da Naxçıvanda ən qədim zamanlardan metallurgiya sahəsində bilik və vərdişlrin ortaya çıxdığını sübut edir. Eyni zamanda bu tapıntılar bir sıra həllini gözləyən məsələlərin həllinə yardım edir.



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin