BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA PUBLİSİSTİKA
Bayram GÜNDOĞDU
Qafqaz Üniversitesi
Türk Dili ve Edebiyatı
Bakı/AZERBAYCAN
bayramgundogdu@mynet.com
XÜLASƏ
Еъкл вътнфыэтэт ьцжргк жфшкш Ицчешнфк Мфрфияфвц нфкфвэсэдэхэтэт фтф чцеештш ецжлшд увцт жукдцкшндц
ицкфицк ьбмяг сцрцештвцт мц уыеуешл сцрцевцт яцтпшт, флегфд мц щдвгйсф ыцмшннцдш щдфт ышнфыш мц шсешьфш
ыфрцдцквц нфявэхэ нфяэдфкэ шдц вц вшййцеш юцльцлвцвшк. Юътлъ згидшышыешлф сцьшннцешт штлшжфаэтвф ибнъл кщд
щнтфнфт шсешьфш ашлкшт нфкфтьфыэтэ, ащкьфдфж-ьфыэтэ ецьшт уеьцл ъюът ибнъл шьлфтдфкф ыфршившк. Ицчешнфк
Мфрфияфвц Йцкиш Фмкщзф, Кгышнф, Еъклшнц мц Фяцкифнсфтвф нфкфтьэж згидшышыешлф цтцтцдцкштшт цт пбяцд
тъьгтцдцкшт-вцт bцhrцlцnцrцk ьъфышк мц ьшддш ишк згидшышыешлф сэхэкэ фюьэжвэк.
Ицчешнфк Мфрфияфвц огктфдшыешлфтэт ьъчецдша ыфрцдцкштвц (ышнфыш, цчдфйш, уыеуешл, фтфдшешл, ицвшш ) мц
офткдфкэтвф (кузщкефо, ецтйшв, ьцйфдц, ьцлеги) йшньцедш мц вбмкът флегфд зкщидуьдцштц ецьфы увцт цыцкдцк
нфяьэж, ьшддш згидшышыешлф ыцтцештш ашлшк, m hецмф, ьбмяг, вшд мц ъыдги ифчэьэтвфт ющч яцтпштдцжвшкьшжвшк.
Ицчешнфк Мфрфияфвцтшт згидшышыешлфыэ бяътвц цвциш мц удьш ецацллъкъ мцрвце рфдэтвф цлы уевшкьшж, игтгт
тцешсцыштвц щчгсгдфкф вфрф ющч ецышк пбыецкьшжвшк.
Ицчешнфк Мфрфияфвцтшт згидшышыешлфыэ цвциш сцрцевцт ишк лфьшддшл тъьгтцышвшк.
Açar sözlər: Publisistika, iсешьфш fшлшк, цвциш ецацллък
PUBLICITY IN THE WORKS OF BAHTIYAR VAHABZADE
ABSTRACT
The famous poet of the Turkish world Bahtiyar Vahabzade is also well known for his articles which he wrote
about politics and social areas, because publicity plays an important role in the process of affecting and developing
nations to a wide extent. He was affected by some particular and significant parts of Western Europe, Russia, Turkey
and Azerbaijan’s traditions and made up a modern and national publicity.
In different parts of journalism, Bahtiyar Vahabzade has written on politics, morals, art, daily problems in the
society and has enriched the art of national publicity in terms of content, subject, language, and manner.
Bahtiyar Vahabzade’s journalism displays excellence in terms of art.
Key Words: Publicism, social opinion, literary thought
1. PUBLİSİSTİKANIN TARİXİ-ƏDƏBİ QAYNAQLARI
Azərbaycanın ünlü şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında ana sahə-ni poeziya təşkil
etsə də bu gözəl poeziyanın yanında onun mövzu baxımından zəngin və aktual, sənətkarlıq
baxımından mükəmməl olan publisistik yaradıcı-lığı da diqqəti çəkir. Bəxtiyar Vahabzadənin
publisistikası Azərbaycan ədəbi-ictimai fikrinin formalaşmasında, inkişafında önəmli rol oynamış
və öz təsir gücünü bu gün də daşımaqdadır.
Bəxtiyar Vahabzadə vətəndaş şairdir. Milllətinin, ölkəsinin ağrı-acılarını, uğurlarını,
sevinclərini bütün varlığıyla yaşamış və yaşamaqdadır. Belə bir şairin isə publisistikaya müraciət
etməsi çox təbiidir.
Publisistika həyatın bütün sahələrində (siyasi, iqdisadi, əxlaqi-etik) təşək-kül edən
situasiyaları, ən aktual-güncəl problemləri həm elmi, məntiqi dəlillərlə, həm də obrazlı, bədii
vasitələrlə əks etdirən yaradıcılıq sahəsi olduğuna görə istər obyektiv gerçəklikdəki istərsə də
elmdə, sənətdə (ədəbiyyat və incəsənət), mətbuatda, hətta sənədlər, faktlar toplusunda əks
etdirilmiş çağdaş həyat sahə-lərinin bütün cəhətləri bu janrın predmetidir. Çağdaş cəmiyyətdəki
ictimai fikrə təsir etmək, onu məqsədyönlü şəkildə formalaşdırmaq, sosial-siyasi qurumlara fəal
şəkildə təsir göstərərək onları daha da möhkəmləndirmək isə publisistikanın başlıca ictimai
funksiyasıdır. Publisistika daim çağdaş cəmiyyətdəki mütərəqqi sosial-əxlaqi ideala uyğun olaraq
hərəkət edir, onu əldə əsas tutur.
Cəmiyyətin inkişafında böyük və müəyyənləşdirici rol oynayan ictimai fikrin
formalaşmasında publisistikanın geniş imkan və vasitələri vardır. Publi-sistikanın tanınmış
nəzəriyyəçilərindən olan Yevgeni Pavloviç Proxorov ictimai fikrin cəmiyyətdə rolu ilə bağlı
yazır: “İctimai fikir, yəni kütlələrin baxışına, cəmiyyətin mənafeyinə uyğun olaraq ictimai
həyatın mühüm hadisələrini və xarakterik tendensiyalarını təşkil edən bütün cəhətlərinin
qavranılması, başa düşülməsi və dəyərləndirilməsi xeyli dərəcədə nəzəri və bədii şüurun
inkişaf dərəcəcəsindən asılıdır. İctimai fikir çevrədəki hadisələrin dərk edi-lib
dəyərləndirilməsinə, kütlələrin nə dərəcədə hazır olmasından, ictimai hadisələrin
mürəkkəb, coxcəhətli, daim dəyişən aləmində onların nə dərə-cədə geniş, dərin və dəqiq baş
çıxarma bacarığından asılıdır”
1
Publisistika sosial informasiyanın təşkilində və ötürülməsində olduqca sə-mərəli bir
üsuldur. Bu baxımdan publisistika sonrakı nəsil üçün əvəzsiz qaynaq-dır, tarixdir, dövrün çağdaş
həyat hadisələri gedişinin obrazlı, canlı mənzərəsi-dir. Publisistikanın çagdaş həyat hadisələrini,
konkret situasiyaları əks etdirmə-də, cəmiyyəti, milləti, geniş xalq kütlələrini məqsədyönlü
şəkildə, yəni sosial ideala uyğun yönləndirmədə gücü oradan irəli gəlir ki, publisistika həm ağıla,
həm də hissə, emosiyalara müraciət edir, onları göz önündə tutur.
Publisistika tarixi inkişaf mərhələlərində daşıdığı funksiyalardan asılı ola-raq sahələrə,
ideya-mövzu növlərinə ayrılmış, onun müxtəlif janrları, üslubları ve üslub özəllikləri
müəyyənləşmişdir.
Yuxarıda qısaca şəkildə göstərdiyimiz məzmun və mahiyyətinə, predmet və funksiyalarına
görə publisistika olduqca çevik, fəal xarakter daşıyan bir yaradıcılıq növüdür. Buna görə də hər
dövrdə cəmiyyətin, millətin, xalqın irəli-ləyişi durumuna laqeyd olmayan böyük siyasi-ictimai
xadimlər, mütəfəkkir və dərin zəkalı şəxsiyyətlər publisistika janrına müraciət etmiş, onun imkan
ve vasitələrindən bu və ya digər dərəcədə istifadə etmişlər. Belə dərin zəkalı və mütəfəkkir
şəxsiyyətlərdən biri Azərbaycanın görkəmli şair-alimi, ictimai xadim-publisisti olan Bəxtiyar
Vahabzadədir.
Bəxtiyar Vahabzadənin bədii yaradıcılığı indiyə qədər müəyyən dərəcədə araşdırılsa da
(baxmayaraq ki, bu sahədə də yeni elmi araşdırmalara böyük ehti-yac var), görkəmli şairin
publisistika yaradıcılığı dərin elmi araşdırmalar obyek-tinə cevrilməmiş, nəticədə Bəxtiyar
Vahabzadə publisistikasının öyrənilməsində böyük bir boşluq yaranmışdır. Halbuki Azərbaycanın
indiki tarixi dönüş mərhə-lələrində buna böyük ehtiyac duyulmaqdadır.
Əlbəttə, kicikhəcmli bir məqalədə biz Bəxtiyar Vahabzadə publisistika-sını ümumi və cox
yığcam şəkildə gözdən keçirəcəyik, yəni bu publisistikanın ümumi (genəl) bir dəyərləndirilməsini
təqdim edəcəyik.
2. QİDALANDIĞI PUBLİSİSTİKA ƏNƏNƏLƏRİ
Bəxtiyar Vahabzadə publisistikasından danışarkən ilk öncə bu publisisti-kanın tarixi-ədəbi
qaynaqlarını, qidalandığı publisistika ənənələrini qısa şəkildə olsa da xatırlamağımız gərəkir. Bu
qaynaqları, ənənələri sırasıyla Qərbi-Avropa, Rusiya, Türkiyə və Azərbaycan sosial-siyasi və
ədəbi mühitlərində təşəkkül et-miş olan publisistik ənənələr təşkil edir. Bəxtiyar Vahabzadə Qərbi
Avropa və Rusiyada, Türkiye və Azərbaycanda pulisistika ənənələrinin ən yaxşı cəhətlərini
mənimsəmiş və milli ruhlu müasir bir publisistikanı ortaya qoymuşdur.
1
Yevgeni Pavloviç Proxorov. Publisistika v jizni obşşestva, Moskvskovo, İzdatelstvo Moskova Üniversiteta,1968, S.46
XVII – XVIII-ci əsrlərdə, maarifçilik dövründə İngiltərədə Conatan Svift, Daniyel Defo,
Henri Fildunq, Fransada Volter, Deni Dıdro, Jan Jak Russo kimi görkəmli ədiblərin publisistik
əsərləri dövrün, zamanın sosial-siyasi hadisələ-rinə böyük təsir göstərmiş, güclü ictimai rəy
formalaşdırmışdır. 19-cu əsrin birinci yarısında Almaniyada Lüdviq Börn, Henrix Heyne, 19-cu
əsrin ikinci yarısında isə Fransada Viqtor Hüqo, Emil Zolya, 20-ci əsrdə ümumiyyətlə, Qərbdə
Romen Rollan, Anri Barbüs, Henri Mann, Tomas Mann, Bertolt Brext, Teodor Drayzer, Ceyms
Oldriç, Alber Kamyu, Alberto Moravia, Henri Böll və s. kimi dünya çapında olan bədii söz
ustaları həm də gözəl publisistik əsərlərin müəllifiydilər.
Rusiyada A.S.Puşkin, İ.S.Turgenyev, F.M.Dostoyevski, L.N.Tolstoy, A.P.Çexov və s.
dünya şöhrətli şair və yazıçıların yaradıcılığında publisistika mühüm yer tutur. Onlar 19-20 -ci
əsrlərdə Rus publisistikasını yeni bir inkişafa çatdırmışlar.
Türkiyədə islahatlar dövrü kimi xarakterizə olunan Tənzimat dövründə (1839-1876)
cəmiyyət həyatının bütün sahələrində yeniləşmə hərəkatları baş-landı. Tənzimatın özəlliklə ikinci
dönəmində, mərhələsində (1856-1876) Türki-yədə müasir anlamda mətbuatın, publisistikanın
doğuşu baş verdi. 19 -cu əsrin birinci yarısında Ali Suavi, Namiq Kamal, Ziya Paşa, Əhməd
Midhəd və Şəm-səddin Sami’nin publisistik yazılarında dövrün ən aktual, güncəl sosial-siyasi,
iqdsadi, fəlsəfi, əxlaqi-etik, ədəbi və s problemlərinə toxunulur, təhlillər aparı-lırdı. 19-cu əsrin
sonu 20-ci əsrin başlarında M. Emin Yurdaqul, Ömər Seyfəddin, Ziya Göyalp, Rza Tofiq və s
kimi istedadlı yazarlar dövrün dərdlə-rini, probləmlərini əks etdirən publisistik əsərləriylə
Türkiyədə publisistika yaradıcılığının inkişafına təkan verdilər, onu zəngınləşdirdilər. Məhz
Tənzima-tın ikinci mərhələsindən başlayaraq 19-cu əsrin sonu 20-ci əsrin ilk onilliklə-rində
Türkiyə və Azərbaycan elmi-ədəbi mühiti arasında sıx əlaqə yarandı. 19-cu əsrin ikinci yarısında
20-ci əsrin başlarında Azərbaycanda M.F.Axundov, Q.B.Zakir, H.B.Zərdabi, Ə.B.Hüseynzadə,
Ə.B.Ağaoğlu, M.Hadi, Ə.B. Haqverdiyev, H.Cavid, N.Nərimanov, C.Məmmədquluzadə və s
kimi görkəmli ədiblər, şair və nasirlər Azərbaycan cəmiyyətinin, xalqın bütün aspektlərinə
toxunan, gələcək inkişaf üçün yollar arayan publisistik əsərlər ortaya qoydular.
Cumhuriyyət dövründə, 20-ci əsrdə Türkiyədə yüksək səviyyəli publi-sistika formalaşdı.
Yahya Kamal, Orxan Seyfi Orxon, Yusif Ziya Ortaç, F.N. Çamlıbel, T.S. Halman, O.V. Kanık,
Ceyhun Atıf Qansu, N.F. Kısakürək, Ə.H. Tanpınar, Ə.Q. Təcər, Əziz Nesin və s kimi istedadlı
şair və nasirlər publisis-tikanın gözəl örnəklərini yaratdılar.
Biz yuxarıda Tanzimat dövründə Türkiyənin ədəbi-ictimai, elmi mühitin-dəki yeniləşmə
hərəkatının 19-cu əsrin ikinci yarısında və 20-ci əsrin başlarında Azərbaycanın ədəbi mühitinə
təsirini qeyd etdik. Azərbaycan publisistikasının tarixi orta çağlara qədər gedib çıxır. Füzulinin
‘Şikayətnamə’si publisistikanın ən gözəl örnəklərindən biridir.
19-cu əsrin ikinci yarısı və 20-ci əsrin başlarında M.F. Axundov, İsmayıl Bəy Qutqaşınlı,
H.B. Zərdabi, N.B.Vəzirov, 20-ci əsrin ilk onilliklərində C. Məmmədquluzadə, C. Cabbarlı, Ö.F.
Nemanzadə, Ə. Nəzmi, M.Ə. Sabir, Ə. Haqverdiyev, M.S.Ordubadi, sovet rejimi dövründə
S.Vurğun, M.Müşfiq, Mirzə İbrahimov, Mehdi Hüseyn, R.Rza,Əli Vəliyev, S.Rəhimov,
S.Rəhman, İlyas Əfəndiyev, B.Nəbiyev, N.Babayev kimi istedadlı şair və nasirlər, ədəbiyyat-
şünaslar ilə bir sırada B.Vahabzadə də olmaqla, gözəl publisistik əsərlər yarat-mışlar. Onların
publisistika sahəsində yaradıcılıqları Azərbaycan publisistika-sını istər problematika, janr
müxtəlifliyi, istərsə də sənətkarlıq baxımından yüksək bir səviyyəyə qaldırdı.
Burada biz diqqəti başlıca olaraq publisistik yaradıcılığa da müraciət edən şair və nasirlərə
yönəltdik. Bununla həm də demək istəyirik ki, hər şeydən öncə şair olan B.Vahabzadənin
publisistik fəaliyyəti heç də təsadüfi olmayıb, dərin kök atmış bir ənənənin davamıdır.
3. B. VAHABZADƏ PUBLİSİSTİKASININ MÖVZULARI
B.Vahabzadə’nin publisistika sahəsində yaradıcılığının tarixi keçən əsrin 50-ci illərindən
başlayaraq günümüzə qədər uzun bir yol keçmişdir. Görkəmli şairin yaradıcılığı olduqca geniş,
əhatəli və zəngindir. Böyük miqdarda lirik-epik şerlərin, poemaların, pyeslərin, hekayələrin,
senarilərin, monoqrafiya, elmi və elmi-publisistik məqalələrin, müxtəlif çıxışların, müsahibələrin
müəllifidir. Bu geniş və coxsahəli yaradıcılıqda B.Vahabzadə publisistikasının özəl, mühim yeri
var.
B.Vahabzadə uzun illər boyu publisistikanın müxtəlif sahələrində (siyasi, əxlaqi-etik və s.),
müxtəlif növ (analitik, bədii) və janrlarında (müsahibə, rəy, məqalə, oçerk (fıkra), yol qeydləri-
səfərlər, təssüratlar, məktub və s) dəyərli və zamanın ən aktual, güncəl problemlərinə toxunan
əsərlər ortaya qoymuş, milli publisistikanı ideya-məzmun, mövzu, dil və üslub baxımından daha
da zəngin-ləşdirmişdir.
B.Vahabzadənin publisistikası orijinallığı, bədii və elmi təfəkkürü özündə bir bütün
şəklində təcəssüm etdirməsi, canlandırması ilə, nəticədə oxucu kütlə-sinə daha güclü, effektiv
təsiri ilə fərqlənir, seçilir. Hələ 1976-cı ildə tənqidçi-ədəbiyyatşünas alim Bəkir Nəbiyev şairin
məqalələrini, publisist yazılarını əhatə edən ilk kitabına yazdığı ön sözdə B.Vahabzadə
publisistikasının bu özəlliyinə, xüsusiyyətinə diqqəti yönəldərək göstərirdi ki, “əlimizdəki
məqalə-lərin hər səhifəsində analitik alim təfəkkürü ilə zərif bir şairin ürək çırpın-tıları
duyulmaqda və fikrin təsir qüvvəsini artırmaqdadır”
2
B.Nəbiyev sözünə davam edərək fikrini
belə dəqiqləşdirirdi: “Bu publisistikanın başqala-rından seçilən xüsusiyyəti siyasi kəskinliklə
bədiiliyi uğurla özündə birləş-dirməsidir. Yeri gəldikcə öz şerlərindən, habelə qələm
dostlarının poeziya-sından, tükənməz xalq ədəbiyyatı xəzinəsindən gətirdiyi nümunələr
şairin məqalələrinin bədii səviyyəsini daha da yüksəldir, əsərlərinə emosional təsir
aşılayır.”
3
B.Vahabzadə publisistikasında bədii düşüncə və zövq ilə elmi düşüncə və zövqün bir-birini
uyumlu, ahəngdar şəkildə tamamlaması və bu tamamlamanın, vəhdətin hər bir publisist yazıının
təsir gücünü artırması sonralar şairin yara-dıcılığını araşdıran mütəxəssislər tərəfindən dönə-dönə
göstərildi. Məsələn, alim N.Cəfərov öz fikrini belə ifadə edir: “B.Vahabzadənin təfəkkürünün
həm bədii, həm elmi-fəlsəfi, həm də publisistik təfəkkür olmasında şübhəsiz, uşaqlıq
dövründən bəri keçmiş olduğu “idrak məktəbi” müəyyən rol oyna-mış, o milli təfəkkürün
ən müxtəlif sahələrini öz gnoseoloji imkanlarında ehtiva etməyə çalışmışdır”
4
B.Vahabzadə publisistikasının problematikası olduqca geniş və zəngindir. Bu publisistika
və onun problematikası ümumbəşəri problemlərə xor baxmayan bir milliliyə, fəlsəfi lirizmə,
poetik pafosa söykənir və müəllifin qələmində analitik təfəkkür süzgəcindən keçir.
B.Vahabzadənin toxunduğu problemlər, mövzular olduqca aktual, güncəl önəm daşıyır, qələmiylə
tarixin keçmiş səhifə-lərində gəzişərkən belə, toxunduğu məsələlər yaşadığı cağdaş dövrün
qayğıla-rıyla, problemləriylə tam səsləşən mövzulardır.
Bədii publisistika, ədəbi-tənqidi yazılar B.Vahabzadə publisistikasında cox önəmli yer
tutur, bu publisistikanın xarakterində müəyyənləşdirici rol oynayır. İstər özündən öncəki, istərsə
də içində yaşadığı çagdaş dövrün ədəbiy-yat və sənət probləmləri müəllifin-şairin yaradıcılıq
labaratoriyasında orjinal şəkildə diqqətlə araşdırılır və dəyərli fikirlər irəli sürülür, təhlillər
aparılır. Burada yeri gəlmişkən onu da qeyd edək ki, ədəbi tənqidi yazılara, bədii pub-lisistikanın,
ümumiyyətlə publisistikanın bir növü kimi baxmaq daha doğrudur. Vaxtilə 19-cu əsrdə Fyodor
Mixayloviç Dostayevski bu fikrə qarşı cıxanlara tutarlı cavabları ilə etiraz edir və yazırdı:
“Ancaq hər bir tənqidçi publisist olmalıdır; o mənada ki, hər bir tənqidçinin vəzifəsi nəinki
möhkəm əqidə-lər daşımaqdır, həm də öz əqidəsini yürütməyi bacarmaqdır. Öz əqidəsini
yeritmək bacarığı isə hər bir publisistin başlıca mahiyyətidir”
5
2
Nəbiyev, Bəkir, Ön Söz- Bəxtiyar Vahabzadə, Sənətkar və zaman, B. Gənçlik, 1976, səh. 5
3
A.g.e, səh. 7
4
Cəfərov, Nizami, Bəxtiyar Vahabzadə B.”Azərbaycan”, 1996, səh. 12
5
Dostoyevskiy, F.M., Primeçanie, K statye N. Straxova “Vospominaniya ob Apollone Aleksandroviça Qrigoryeva” Polnoye
sobraniye soçineniy, T.20, L., Nauka. Leningradskoye otdeleniye, 1980, Səh. 136
B.Vahabzadə publisist yazılarında, ədəbi-tənqidi məqalələrində də həm klassiklərə, həm də
içində yaşadığı çağdaş dövrün ədəbiyyat və sənət sahəsində çalışan sənətkarlara münasibətini
ifadə etmiş, bu sənətkarların özünəməxsus-luğunu ustalıqla, obrazlı şəkildə göstərmişdir.
Görkəmli mütəfəkkir-şair Azər-baycanın ədəbiyyat və sənət problemlərinə ümumtürk
kontekstində yanaşmışdır ki, bu da onun daha doğru yolda olduğunu, üstünlüyünü bildirir.
Özəlliklə Tür-kiyə’nin çağdaş və klassik sənətkarlarının yaradıcılıqları onun böyük sevgi ilə
yanaşdığı və təbliğ etdiyi mövzulardır.
B.Vahabzadə gəncliyə böyük qayğı ilə yanaşır, onların uğurlarını sevinc-lə qarşılayır, üstün
cəhətlərini dərhal sezib dəyərləndirir, bəzi nöqsanlarını təssüflə qarşılayaraq daha uğurlu
addımlar atmaq üçün onlara tutarlı məsləhətlər verir, əlvərişli yollar göstərir.
B.Vahabzadə publisistik əsərlərində, ədəbi-tənqidi yazılarında ədəbiyya-tın problem
məsələlərini yüksək bədii-elmi həssaslıqla araşdırarkən söz yaradı-cılığına, sözə və dilə
ədəbiyyatın başlıca məsələsi kimi baxır, söz və dili sənət-karlığın, bədii ustalığın başlıca
müəyyənedici meyarı kimi təqdim edir. Professor Yusif Seyidov haqlı olaraq qeyd edir ki, “bir
sıra hallarda şair Bəxtiyarla alim Bəxtiyarın problematikası üst-üstə düşür. Bunlaradan
birini qeydlə kifayətlənirik. O da sözə, dilə baxışdır ki, B.Vahabzadənin bədii əsərlərində,
monoqrafiyalarında, tənqidi və publisistik məqalələrində də özünəməxsus yer tutur.”
6
Görkəmli şairin yaradıcılığının digər sahələrində olduğu kimi publisisti-kasında da vətən,
vətənsevərlik, milli varlıq baş mövzudur. O, vətənın, vətən torpaqlarının, ana dilinin
müqəddəsliyini publisistik yazılarında da yüksək səviyyədə obrazlı, ehtiraslı, bədii bir dillə
tərənnüm edir. “Vətən sevgisi” adlı məqaləsində bu sevgini belə tərif edir: “Vətən sevgisi insani
duyğuların ən alisi, ən yüksəyi və ən müqəddəsidir. İnsan mənsub olduğu vətəni sevməklə
özünü, cəmiyyət qarşısındakı borcunu tapmış olur. Vətən və xalq hissindən məhrum olan
şəxs bütün insani hisslərdən məhrumdur. Vətəni sevən adam həyatı sevir, dünyanı sevir.
Çünki o nə üçün yaşadığını, nəyin naminə çalış-dığını bilir. Vətən sevğisi insana məslək,
amal gətirir. Məslək isə ürəyə cəsarət, qollara qüvvət, gözlərə işıq verir”
7
B.Vahabzadə sözə və dilə iki baxımdan; bir yandan bədii yaradıcılıq, sənətkarlıq
baxımından, digər yandan isə sözə və dilə vətənin, milli varlığın ayrılmaz tərkib hissəsi (həm də
başlıca müəyyənləşdirici ünsürləri kimi), millili-yin rəmzi və meyarı kimi yanaşır. Onun
publisistik yaradıcılığını öyrənərkən, biz bunun bir daha şahidi oluruq. “B.Vahabzadə vətən və
millət eşqini, ana dili sevgisini bir dağ kimi qəlbində daşımış və bunu oxucularına verməyə
çalışmışdır. Haqq və həqiqət yolunda qarşısına cıxan bütün əngəllərə bax-mayaraq apardığı
mübarizədən bir an belə əl çəkməmişdir”
8
Sovet rejiminin ağır basqıları şəraitində əlverişli vasitələrlə, üsullarla amansız senzuradan
yayınmaq üçün mətnaltı anlamlarla milli istiqlaliyyət məsə-ləsini dilə gətirən, millətini, xalqını
azadlıq uğrunda mübarizəyə səsləyən şair burada da ümumtürk kontekstindən cıxış edirdi.
B.Vahabzadə erməni təcavü-zünü, azğın erməni şovinizmini kəskin bir dillə, inandırıcı dəlillərlə
ifşa edərək onun çürük əsaslarını açıb göstərir və Azerbaycan torpaqlarının işğaldan qurtu-luşuna
sarsılmaz inamını bildirir və bu qurtuluş yollarını müəyyənləşdirir.
B.Vahabzadə milli təlim-tərbiyə, təhsil sistemi məsələlərinə Azərbayca-nın və bütün Türk
dünyası’nın xoşbəxt gələcəyinin ən mühim şərtləri kimi baxır, yüksək səviyyəli, milli şüurlu
ziyalıların-aydınların yetişdirilməsini, ən müasir qüdrətli təhsil sisteminin yaradılmasını günün və
gələcəyin təminatı, tələbi kimi göstərir.
Mütəfəkkir şair zamanın siyasi, iqdisadi, social, əxlaqi-etik problemləri-nin ən incə
təfərrüatlarına qədər enir, bu sahələrdəki catmamazlıqları, aşınma-ları ürək ağrısıyla qələmə alır,
eyni zamanda bunlardan qurtuluş yollarına dair fikir və mülahizələrini söyləyir. Burada onu da
6
Seyidov, Yusif. Şairin fikir dünyası, B., Bilik cəmiyyəti, 1985, səh.5
7
Vahabzadə, Bəxtiyar. Sənətkar və zaman. B., Gençlik, 1976, səh.211
8
Gündoğdu, Bayram. Ön Söz Vahabzade, Bahtiyar. Soru İşareti. İstanbul, 2002, Səh.7
demək yerində olar ki, keçən əsrin 80-ci illərinin sonları 90-cı illərin əvvəllərindən B.
Vahabzadənin fəaliyyə-tinin publicist-ictimai xadim tərəfi daha qabarıq şəkildə görünməyə
başladı. Bu illərdə biz B.Vahabzadənin şəxsində Azərbaycanın yorulmaz publisist-ictimai
xadimini görürük. O, lirik şairdən publisist , ictimai xadimə qədər mübarizələr, savaşlar ilə dolu
şərəfli bir ömür yaşadı.
Fəlsəfilik B.Vahabzadənin coxsahəli zəngin yaradıcılığının xarakterik özəlliyidir. Fəlsəfi
lirizm, fəlsəfi təfəkkür, analitik düşüncə tərzi, bədii və elmi müşahidə və ümumiləşdirmələr
B.Vahabzadənin coxsahəli yaradşcılığında har-monik bir bütünlük təşkil edir. “B.Vahabzadənin
fəlsəfəsi onun şerlərindən publisistikasına, ictimai-siyasi fəaliyyətinə keçir, ümumən, bütün
özünüifa-dəsinə fəlsəfi ton verir…”
9
B.Vahabzadə publisistikası sənətkarlıq baxımından mükəmməl bir publisistikadır. O, Qərbi
Avropa, Rusiya, Türkiyə və Azərbaycanın mütərəqqi publisistik ənənələrindən faydalanaraq həm
problematika, həm də sənətkarlıq baxımından orijinal bir publisistika təqdim etmişdir. Müraciət
etdiyi hər janrın (publisistik) özünəməxsusluğuna uyğun olaraq yazılarını maraqlı sujet və kom-
pozisiyada, konfliktlər əsasında təqdim edərək məqsədinə uğurla çatır. Əlbəttə, burada söhbət
bədii ədəbiyyatın süjet, kompozisiya və konfliklərindən fərqli olan publisistik əsərlərin,
B.Vahabzadə publisistikasının sənətkərlıq xüsusiyyət-lərindən gedir.
B.Vahabzadə publisistikanın dil və üslub özəllikləri rəngarəngdir. Hər janrın daşıdığı
ictimai funksiyanı göz önündə tutaraq əlverişli üslublar seçmiş, xalq deyimlərindən,
bayatılaradan, məna tutumu samballı olan söz və ifadələr-dən, poetik örnəklərdən məharətlə
istifadə etmiş, bu da yazının obrazlılığını, cazibəsini, emosionallığını yüksəltmişdir.
Ümumiyyətlə, B.Vahabzadə publisis-tikası obrazlılıq ilə səciyyələnir.
Beləliklə, Bəxtiyar Vahabzadə publisistikası mövzu, predmet, toxunduğu problemlər
baxımından zəngin və geniş olub, yüksək, mükəmməl bir sənətkarlıq örnəyidir, Bu publisistika
uzun illər sovet rejiminin ağır basqısı altında yaşamış Azərbaycanın social-siyasi, əxlaqi-etik
tarixinin, zəngin mənəviyytının, istiqla-liyyət uğrunda savaşlarının, nəhayət milli bağımsız dövlət
quruculuğu tarixinin obrazlı inikâsıdır, güzgüsüdür. Azaərbaycanın parlaq gələcəyinə gedən
yollara işıq tutur.
B.Vahabzadə publisistikası bütün yüksək keyfiyyətləri ilə Azərbaycanın milli
publisistikasında yeni bir inkişaf mərhələsini təsbit edir.
QAYNAQLAR
–
Yevgeni Pavloviç Proxorov. Publisistika v jizni obşşestva, Moskvskovo, İzdatelstvo Moskova
Üniversiteta,1968
–
Nəbiyev, Bəkir, Ön Söz- Bəxtiyar Vahabzadə, Sənətkar və zaman, B. Gənçlik, 1976
–
Cəfərov Nizami, Bəxtiyar Vahabzadə B.”Azərbaycan”, 1996
–
Dostoyevskiy, F.M. Primeçanie, K statye N. Straxova “Vospominaniya ob Apollone Aleksandroviça
Qrigoryeva” Polnoye sobraniye soçineniy, T.20, L., Nauka. Leningradskoye otdeleniye, 1980
–
Seyidov, Yusif. Şairin fikir dünyası, B., Bilik cəmiyyəti, 1985
–
Vahabzadə Bəxtiyar. Sənətkar və zaman. B., Gençlik, 1976
–
Gündoğdu Bayram. Ön Söz Vahabzade, Bahtiyar. Soru İşareti. İstanbul, 2002
–
Türk dünyası El Kitabı. 3. cilt. Edebiyyat-2 baskı. Türk Kültürünü Araştırma Ensritüsü. Ankara-1992
–
Mutluay Rauf. 100 soruda Türk Edebiyyatı. Genişletilmiş 4 baski. İstanbul-1978
–
Türk Dili ve Edebiyyatı Ansiklopedisi. Cilt 3. Dergah Yayınları, İstanbul-1979
9
Cəfərov Nizami, Bəxtiyar Vahabzadə B.”Azərbaycan”, 1996, səh. 44
Dostları ilə paylaş: |